Məhkəmə qərarları › İş №3(011)-1386/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1386/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1386/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Bakı Reabilitasiya Mərkəzi”-nin nümayəndəsi X1 iştirakları ilə, “Bakı Reabilitasiya Mərkəzi”-nin barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 405-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli əmri ilə X3 Bakı Reabilitasiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Lakin dəyişiklik 40 iş günü ərzində yox xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Bununla da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan “Bakı Reabilitasiya Mərkəzi”-nin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək, izahatında göstərmişdir ki, hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu qəbul edir, belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli əmri ilə o, Bakı Reabilitasiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Lakin “Bakı Reabilitasiya Mərkəzi”-nin fəaliyyəti ilə bağlı işlərinin çox olduğundan, həmçinin pandemiya səbəbindən həmin dəyişikliyin dövlət qeydiyyatına alınması üçün Hüquqi şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsində nəzərdə tutulmuş 40 iş günü ərzində deyil, xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Son olaraq məhkəmədən hüquqi şəxsin barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 izahat verərək, hüquqi şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məaələaini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli, **********3 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********8 nömrəli razılığı, X1 ərizəsi və onunla xx xxxxxx 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi əsasında sonuncu “Bakı Reabilitasiya Mərkəzi”-nin direktoru vəzifəsinə təyin edilmişdir. Hüquqi şəxslərin(təşkilatın) filialının(bölməsinin) vergi uçotuna alınması haqqında ərizədən görünür ki, ərizə X3 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə doldurulmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqşünası tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “Bakı Reabilitasiya Mərkəzi” X5i təmsilçisinin dəyişdirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli qərarı 40 iş günü ərzində deyil, xx.xx.2021-ci il tarixdə təqdim etdiyi üçün Azərbaycan Respublikasının İXMnin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 405-ci maddəsinə əsasən hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Bakı Reabilitasiya Mərkəzi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli əmri ilə X1 Bakı Reabilitasiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı dəyişiklik dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulmuş 40 iş günü ərzində yox xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Bununla da “Bakı Reabilitasiya Mərkəzi” X8 olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “Bakı Reabilitasiya Mərkəzi” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Bakı Reabilitasiya Mərkəzi” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar