Məhkəmə qərarları › İş №3(011)-1389/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1389/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1389/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, şikayətçi «xxxx» Qapalı Səhmdar Cəmiyyəti X28 Donanmasının rəisi X1 (bundan sonra mətndə T.A.Qurbanov) müdafiəçisi X5, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X13 iştirakları ilə, T.A.Qurbanovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: T.A.Qurbanov şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. T.A.Qurbanov şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən koronovirus epidemiyasının qarşısının alınması ilə əlaqədar ASCO-nun Ə-21 saylı xx xxxx 2020-ci il tarixli əmri ilə ASCO üzrə xüsusi əmək rejimi tətbiq edilmişdir. X28 Donanmasının üzən heyət üzvlərinin iri su tutumlu gəmilərində xx.xx.2020-ci i! tarixdən etibarən növbəli iş - iki aylıq istirahət iki aylıq iş qafiki üzrə 2020-ci il üçün istehsalat təqvimi planında nəzərdə tutulmuş aylıq iş vaxtı normalarına uyğun olaraq iş rejimi tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixindən növbəyə təyin olunan heyət üzvlərinin növbə müddətinin bitməsi xx.xx.2020-ci il tarixinə nəzərdə tutulmuşdur. Həmin rejimə uyğun olaraq, xx.xx.2020-ci il tarixində növbə dəyişikliyi zamanı üzən heyət üzvlərinin istismar rejimində işləyən gəmilərində oktyabr ayı ərzində (01-31 dövrü) işlə təmin olunduğu halda hesablanan əmək haqqı (tarif vəzifə maaşı və normadan artıq iş vaxtı saatları daxil olmaqla) avqust və oktyabr (2020-ci il) aylarının aylıq iş vaxtı norması üzrə tənzimlənmişdir. X6 avqust ayında oktyabr ayı norması hesabına əvvəlcədən (avans) ödəniş olmuş, xx.xx.2020-ci il tarixdə növbə dəyişikliyi zamanı, yəni işə çıxmalı olduğu halda əmək məzuniyyətindən istifadə edib (xx.xx.2020-xx.xx.2020, 01-xx.xx.2020) və 16- 31 dövrü üçün işləyərək əvvəlcədən avqustda ödənilmiş avans borcunu bağlamışdır. X2 avqust ayında oktyabr ayı norması hesabına əvvəlcədən (avans) ödəniş olunmuş, xx.xx.2020-ci il tarixdə növbə dəyişikliyi zamanı, işə çıxmış (16-30.09) müvafiq qaydada əməkhaqqı hesablanması aparılmış, xx.xx.2020- xx.xx.2020 dövrü iş vaxtı, xx.xx.2020xx.xx.2020 dövrü müddətində əmək məzuniyyətindən istifadə etmişdir. İşçiyə əvvəlcədən avqustda ödənilmiş avans borcu tutularaq yenidən hesablama aparılmışdır. X8 avqust ayında oktyabr ayı norması hesabına əvvəlcədən (avans) ödənişi olmuş, xx.xx.2020-ci il tarixdə növbə dəyişikliyi zamanı, yəni işə çıxmalı olduğu halda əmək qabiliyyətinin itirilməsi barədə xəstəlik vərəqəsi təqdim olunmuş (xx.xx.2020-xx.xx.2020,01-xx.xx.2020) və 16-31 dövrü üçün işləyərək əvvəlcədən avqustda ödənilmiş avans borcunu bağlamışdır. Hər üç işçiyə əmək haqları düzgün hesablanmış və ödənilmişdir. Bununla bağlı təqdim olunmuş sübutlardanda müəyyən olunur ki, XDND tərəfindən hər hansı bir inzibati xətanın törədilməsinə yol verilməmişdir. Məhkəmə iclasında iştirak edən T.A.Qurbanovun müdafiəçisi X11 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verib xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X21 şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 Donanmasının müsahibi X18 izahatında göstərmişdir ki, X6 avqust ayında oktyabr ayı norması hesabına əvvəlcədən (avans) ödəniş olmuş, xx.xx.2020-ci il tarixdə növbə dəyişikliyi zamanı, yəni işə çıxmalı olduğu halda xx.xx.2020-xx.xx.2020, 01-xx.xx.2020-ci il tarixlərdə əmək məzuniyyətindən istifadə etmiş, 16-31 dövrü üçün işləyərək əvvəlcədən avqustda ödənilmiş avans borcunu bağlamışdır. X2 avqust ayında oktyabr ayı norması hesabına əvvəlcədən (avans) ödəniş olunmuş, xx.xx.2020-ci il tarixdə növbə dəyişikliyi zamanı, işə çıxmış (16-30.09) müvafiq qaydada əməkhaqqı hesablanması aparılmış, xx.xx.2020- xx.xx.2020 dövrü iş vaxtı, xx.xx.2020-xx.xx.2020 dövrü müddətində əmək məzuniyyətindən istifadə etmişdir. İşçiyə əvvəlcədən avqustda ödənilmiş avans borcu tutularaq yenidən hesablama aparılmışdır. X8 avqust ayında oktyabr ayı norması hesabına əvvəlcədən (avans) ödənişi olmuş, xx.xx.2020-ci il tarixdə növbə dəyişikliyi zamanı, yəni işə çıxmalı olduğu halda əmək qabiliyyətinin itirilməsi barədə xəstəlik vərəqəsi təqdim olunmuş və 16-31 dövrü üçün işləyərək əvvəlcədən avqustda ödənilmiş avans borcunu bağlamışdır. İşçilərin əmək haqqının hesablanmasında və ödənilməsində hər hansı pozuntuya yol verməmişlər. Məhkəmə şikayət ərizəsini, şikayətçinin, inzibati orqanın nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X28 Donanması X15 Xidmətinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən koronavirus epidemiyasının qarşısının alınması ilə əlaqədar ASCO-nun Ə-21 saylı xx xxxx 2020-ci il tarixli əmri ilə müəyyən edilmiş xüsusi əmək rejimində ASCO üzrə iş rejimi tənzimlənmişdir. X28 Donanmasının üzən heyət üzvlərinin iri su tutumlu gəmilərində xx.xx.2020-ci il tarixindən etibarən iki aylıq istirahət iki aylıq iş qrafiki üzrə 2020-ci il üçün istehsalat təqvimi planında nəzərdə tutulmuş aylıq iş vaxtı normalarına uyğun olaraq iş rejimi tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixindən növbəyə təyin olunan heyət üzvlərinin növbə müddəti xx.xx.2021-ci il tarixinədəkdir. Həmin rejimə uyğun olaraq xx.xx.2020-ci il tarixində növbə dəyişikliyi zamanı üzən heyət üzvlərinin istismar rejimində işləyən gəmilərində oktyabr ayı ərzində (01-31.12 dövrü) işlə təmin olunduğu halda hesablanan əmək haqqı (tarif vəzifə maaşı və normadan artıq iş vaxtı saatları daxil olmaqla) avqust və oktyabr (2020-ci il) aylarının aylıq iş vaxtı norması üzrə tənzimlənmişdir. X6 avqust ayında oktyabr ayı norması hesabına əvvəlcədən (avans) ödəniş olmuş, xx.xx.2020-ci ildə növbə dəyişikliyi zamanı, yəni işə çıxmalı olduğu halda əmək məzuniyyətindən istifadə edib (xx.xx.2020-xx.xx.2020, 01-xx.xx.2020) və 16-31 dövrü üçün işləyərək əvvəlcədən avqustda ödənilmiş avans borcunu bağlamışdır. X3 avqust ayında oktyabr ayı norması hesabına əvvəlcədən (avans) ödəniş olmuş, xx.xx.2020 tarixində növbə dəyişikliyi zamanı, işə çıxmış (16-30.09) müvafiq qaydada əməkhaqqı hesablanması aparılmış, xx.xx.2020-xx.xx.2020 dövrü iş vaxtı, xx.xx.2020xx.xx.2020 dövrü müddətində əmək məzuniyyətindən istifadə etmişdir. İşçiyə əvvəlcədən avqustda ödənilmiş avans borcu tutularaq yenidən hesablama aparılmışdır. X8 avqust ayında oktyabr ayı norması hesabına əvvəlcədən (avans) ödənişi olmuş, xx.xx.2020 tarixində növbə dəyişikliyi zamanı, yəni işə çıxmalı olduğu halda xəstəlik vərəqəsində olub (xx.xx.2020-xx.xx.2020, 01-xx.xx.2020) və 16-31 dövrü üçün işləyərək əvvəlcədən avqustda ödənilmiş avans borcunu bağlamışdır. X15 Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, X28 Donanmasının rəhbərliyi xx.xx.2021-ci il tarixdə X15 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunmuş, məktub ünvan 3nına göndərilmişdir. T.A.Qurbanovun X15 Xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli teleqramdan görünür ki, məktubda ünvanın düzgün qeyd edilmədiyi səbəbindən məktubun ona xx.xx.2021-ci il tarixdə daxil olduğunu, bu səbəbdən işə baxılmasının başqa tarixə keçirilməsini və bu barədə əvvəlcədən məlumat verilməsini xahiş etmiş, Donanmanın ünvanının ünvan 2espublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X4 və digərilərinin əmək haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmiş, nəticədə X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, X4 və digərilərinin əmək haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmiş, bu səbəbdən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbehi tədbiri tətbiq edilmişdir. iş vaxtının uçotu tabelindən çıxarışdan görünür ki, X10 xx.xx.2020-ci ildə növbə dəyişikliyi zamanı işə çıxmalı olduğu halda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək məzuniyyətindən istifadə etmiş, X9 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək məzuniyyətindən istifadə etmiş, X12 xx.xx.2020 tarixində növbə dəyişikliyi zamanı, işə çıxmalı olduğu halda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xəstəlik vərəqəsində olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İlk olaraq məhkəmə qeyd edir ki, həm inzibati xəta haqqında protokolda, həm də inzibati tənbeh vermə haqqında qərarda İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin dispozisiyası sadalanmış, X4 və digərilərinin əmək haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi qeyd edilmiş, lakin, qanun pozuntusunun konkret olaraq nədən ibarət olması, yəni, əmək haqlarının hansı qaydada hesablanmalı və ödənilməli olduğu halda hesablanmaması və ödənilməməsi göstərilməmişdir. Digər tərəfdən, X4 və digərilərinin hansı ayda və ya aylarda əmək haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi də nə inzibati xəta haqqında protokolda, nə də inzibati tənbeh vermə haqqında qərarda göstərilməmişdir. İş materiallarından müəyyən edilir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən şikaytçinin iştirakı da təmin edilməmişdir. Belə ki, X15 Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxx 2021-ci il tarixli məktubu ilə X28 Donanmasının rəhbərliyi xx.xx.2021-ci il tarixdə X15 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunmuş, həmin məktub X28 Donanması Bakı şəhəri Xətai rayonu Əbilov küçəsi 25 ünvanında yerləşməsinə baxmayaraq ünvan 3nına göndərilmiş, T.A.Qurbanov X15 Xidmətinə teleqram ünvanlayaraq məktubda ünvanın düzgün qeyd edilmədiyi səbəbindən məktubun ona xx.xx.2021-ci il tarixdə daxil olduğunu, bu səbəbdən işə baxılmasının başqa tarixə keçirilməsini və bu barədə əvvəlcədən məlumat verilməsini xahiş etmiş, Donanmanın ünvanının ünvan 4raq, həmin tarixdə şikayətçinin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilmiş, həmçinin, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən də şikayətçinin iştirakı təmin edilməmişdir. Digər tərəfdən, X15 Xidmətinin Bakı şəhər İdarəsi X28 Donanmasına ünvanladığı xx xxxxxx 2021-ci il tarixli məktubunda araşdırma zamanı M.Quliyev və digərilərinin izahatından və əmək haqlarının ödənilməsinə dair bank çıxarışlarından işçilərin əmək haqlarının ödənilməməsi qeyd edilmişdir. X28 Donanması xx xxxxxx 2020-ci il tarixli məktubla X15 Xidmətinə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən koronavirus epidemiyasının qarşısının alınması ilə əlaqədar ASCO-nun Ə-21 saylı xx xxxx 2020-ci il tarixli əmri ilə müəyyən edilmiş xüsusi əmək rejimində ASCO üzrə iş rejimi tənzimlənmişdir. X28 Donanmasının üzən heyət üzvlərinin iri su tutumlu gəmilərində xx.xx.2020-ci il tarixindən etibarən iki aylıq istirahət iki aylıq iş qrafiki üzrə 2020-ci il üçün istehsalat təqvimi planında nəzərdə tutulmuş aylıq iş vaxtı normalarına uyğun olaraq iş rejimi tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixindən növbəyə təyin olunan heyət üzvlərinin növbə müddəti xx.xx.2021-ci il tarixinədəkdir. Həmin rejimə uyğun olaraq xx.xx.2020-ci il tarixində növbə dəyişikliyi zamanı üzən heyət üzvlərinin istismar rejimində işləyən gəmilərində oktyabr ayı ərzində (01-31.12 dövrü) işlə təmin olunduğu halda hesablanan əmək haqqı (tarif vəzifə maaşı və normadan artıq iş vaxtı saatları daxil olmaqla) avqust və oktyabr (2020-ci il) aylarının aylıq iş vaxtı norması üzrə tənzimlənmişdir. X6 avqust ayında oktyabr ayı norması hesabına əvvəlcədən (avans) ödəniş olmuş, xx.xx.2020-ci ildə növbə dəyişikliyi zamanı, yəni işə çıxmalı olduğu halda əmək məzuniyyətindən istifadə edib (xx.xx.2020-xx.xx.2020, 01-xx.xx.2020) və 16-31 dövrü üçün işləyərək əvvəlcədən avqustda ödənilmiş avans borcunu bağlamışdır. X3 avqust ayında oktyabr ayı norması hesabına əvvəlcədən (avans) ödəniş olmuş, xx.xx.2020 tarixində növbə dəyişikliyi zamanı, işə çıxmış (16-30.09) müvafiq qaydada əməkhaqqı hesablanması aparılmış, xx.xx.2020-xx.xx.2020 dövrü iş vaxtı, xx.xx.2020xx.xx.2020 dövrü müddətində əmək məzuniyyətindən istifadə etmişdir. İşçiyə əvvəlcədən avqustda ödənilmiş avans borcu tutularaq yenidən hesablama aparılmışdır. X8 avqust ayında oktyabr ayı norması hesabına əvvəlcədən (avans) ödənişi olmuş, xx.xx.2020 tarixində növbə dəyişikliyi zamanı, yəni işə çıxmalı olduğu halda xəstəlik vərəqəsində olub (xx.xx.2020-xx.xx.2020, 01-xx.xx.2020) və 16-31 dövrü üçün işləyərək əvvəlcədən avqustda ödənilmiş avans borcunu bağlamışdır. Yəni, X15 Xidmətinin Bakı şəhər İdarəsi əmək haqlarının ödənilməməsi qənaətinə gələrkən M.Quliyev və digərilərinin izahatına, əmək haqlarının ödənilməsinə dair bank çıxarışlarına istinad etmiş, lakin, X28 Donanmasının qeyd olunan dəlillərinə qiymət verməmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş iş vaxtının uçotu tabelindən çıxarışdan görünür ki, həqiqətən də, X10 xx.xx.2020-ci ildə növbə dəyişikliyi zamanı işə çıxmalı olduğu halda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək məzuniyyətindən istifadə etmiş, X9 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək məzuniyyətindən istifadə etmiş, X12 xx.xx.2020 tarixində növbə dəyişikliyi zamanı, işə çıxmalı olduğu halda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xəstəlik vərəqəsində olmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, T.A.Qurbanov barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin T.A.Qurbanovun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, T.A.Qurbanovun barəsində qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün X15 Xidmətinin Bakı şəhəri İdarəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: T.A.Qurbanovun şikayəti təmin edilsin. T.A.Qurbanovun barəsində X15 Xidmətinin Bakı şəhəri İdarəsinin xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün X15 Xidmətinin Bakı şəhəri İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar