Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1390/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə, Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20582039 nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20582039 nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əlehinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 20582039 saylı qərar çıxarılmışdır. O idarə etdiyi Mersesdes Benz C 180 minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası 5.9 yol nişanı tələbinə riayət edilməməsi (ümumi istifadədə olan nəqliyat vasitəsi üçün zolaq) qaydalarını pozulması haqqında qanunu əsas tutaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1.-ci maddəsinin əsas götürərərək protokol tərtib edilmiş və həmin protokoldan irəli gələn qaydadalarla xx.xx.2024-cü il tarixli, EQ20582039 X2 qərar tərtib edilmişdir. O həmin qərar ilə razı deyil və hesab edir ki, bu 30 illik nəqliyyat vasitəsinin sürücüsü kimi ona qarşı haqsızlıqdan başqa heç nə deyildir. Odur ki, barəsində qəbul edilmiş EQ 20582039 saylı, 16 aprel 2024-cü il tarixli, İnzibati xəta haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, o, avtobus zolağına girmişdir, amma çox qalmamışdır, təxminən 2-3 dəqiqə olardı. Çıxanda isə qayda pozmamışdır, qırıq-qırıq xətt var idi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20582039 nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 16 aprel 2024-cü il tarixdə “MERCEDES BENZ C180” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Nizami rayonu, Q.Qarayev pr.51, Xalqlar MTS qarşısında 5.9 yol nişanın tələbinə riayət etməmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20582039 nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20582039 nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1390/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1390/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver