Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1393/2020 14.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X2 iştirakı ilə X2 barəsində Baş Dövlət X8 Xİ X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət X8 Xİ X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 güstərmişdir ki, özünə məxsus “Mercedes Benz C180” minik markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Ələt yolunun 65-ci km-də Xİ X9 Xidməti inspektoru polis baş serjantı X1 tərəfindən saxlanılmış və Ələtə girişdə avtomobilinin sənədlərini yoxlamış, Bakı şəhərində mülkiyyətində mənzili olduğu barədə sənədə baxmış, Bakı şəhərinə girişinə icazə verilmişdir. Ağdam rayonundan gəlirdi və onda heç bir qüsur qeydə alınmamışdır. Bu protokol barəsində ona heç bir yazılı və şifahi məlumat verilməmişdir. Avtomobili texsmotrdan keçirərkən məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli protokola və digər iş materiallarına baxış müəyyən edilmişdir. Halbuki həmin tarixdə Ağdam rayonu Əfətli kəndində olmuşdur. Bir çox sürücü kimi o da ödəniş çeklərini göstərib Bakı şəhərinə daxil olmuşdur. Baş Dövlət X8 Xİ X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X5 ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Baş Dövlət X6 səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Baş Dövlət X6 səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Baş Dövlət X8 Xİ X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Şikayətçi X2 şikayətində göstərdiyi xüsusat, yəni ödəniş çeklərini göstərib Bakı şəhərinə daxil olması onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinə riayət etməyərək karantin rejimini pozmuşdur. Baş Dövlət X8 Xİ X9 Xidmətinin inspektoru polis baş serjantı X1 bu faktı aşkar etdiyindən protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Baş Dövlət X8 Xİ X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi X2 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 Baş Dövlət X8 Xİ X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1393/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1393/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver