Məhkəmə qərarları › İş №3(011)-1393/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1393/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1393/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs baş direktoru X4, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə 11 mart 2024-cü il tarixli, 00800-00205/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “X14 Prazdnik-2002" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına gəlmiş xx.xx.2023-cü il tarixində **********9914 sorğu nömrəli gömrük bəyannaməsi ilə netto çəkisi 41,7 kq, ümumi gömrük dəyəri 30357.85 AZN dəyərində “2023 F1 X9 yarışlarının keçirilməsi üçün istifadə olunan fişənglər” adlı yük xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanca götürülmüşdür. Lakin müddətin bitməsinə baxmayaraq mallar həmin şirkət tərəfindən müvafiq gömrük proseduru altında yerləşdirilməmişdir. Qeyd olunan müvəqqəti saxlancda olan yükə şirkətin ünvan 1 ünvanında yerləşən anbarına xx.xx.2024-cü il tarixdə “X14 Prazdnik-2002" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X4 iştirakı ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.6-cı maddəsinə əsasən gömrük baxışı keçirilmiş, mallar barəsində qanunsuz əməliyyatların aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi, yararsız hala düşməsi müyyən olunmuşdur. Bununla da X14 Prazdnik-2002" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs baş direktoru X8 izahat verərək göstərmişdir ki, Aprel ayında “Formula 1” tədbiri üçün tədbirdə işləyəcək belçikalılar tədbirdə istifadə olunması üçün protexniki ləvazimatlar gətirməli idilər. Onun lisenziyası olduğu üçün ondan xahiş etmişlər ki, onun adı ilə gətirsinlər. 2 həftə əvvəl malların ona malların siyahısı göndərilmiş, o da həmin siyahı ilə Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş və həmin nazirlikdən müvafiq rəyi aldıqdan sonra “Formula 1” təşkilatçılarına bütün sənədləri vermişdir. “Formula 1” təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə müraciət etmiş, sonuncu da müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etmişdir ki, həmin malların respublika ərazisinə buraxılmasına icazə versinlər. Nazirlər Kabineti müvafiq icazəni 1 həftə ərzində vermişdir. Mallar tədbirə 2 gün qalmış respublika ərazisinə gəlmişdir. Bu səbəbdən özü həmin malların gömrük bəyannaməsini bəyan etmək üçün getmiş, broker ona bildirmişdir ki, bəzi malların adı düzgün deyil, həmçinin sayda müəyyən fərqlər var idi. Gömrük əmədaşlarına da qeyd edilən xüsusatla bağlı bildirmişdir ki, həmin məhsullar dövlət tədbiri ilə əlaqədar ölkəyə gətirilmişdir. Malların adında və sayında fərqin olması səbəbini belçikalılardan soruşduqda ona bildirmişlər ki, avstriya istehsalı olan mallar bitdiyi üçün italyan istehsalı mallar gətirmişlər, hər iki məhsulda effekt eynidir. Gömrük orqanından ona bildirmişlər ki, bununla bağlı da, Nazirlər Kabinetdindən icazə alınmalıdır. Həmin malları saxlanca götürmüş, daha sonra dövlət tədbiri ilə əlaqədar yaranmış zərurətlə əlaqədar olaraq həmin mallar istifadə olunmuşdur. Daha sonra o, müvafiq sənədləri yenidən toplamışdır. Belə ki, Fövqəladə Hallar Nazirliyindən rəy alındıqdan sonra, Gənclər və İdman Nazirliyinə müraciət olunması üçün müvafiq sənədlər və FHN-nin müvafiq rəyi “Formula 1” təşkilatçılarına təqdim edilmişdir. Daha sonra Nazirlər Kabinetindən bildirmişlər ki, 01 dəfə icazə verildiyindən təkrar icazə verilməsi mümkünsüzdür. Bu səbəbdən o da, belçikalıların izahatını almış və Nazirlər Kabinetinə təqdim etmişdir. Ona Gömrük Komitəsi tərəfindən 04 ay müddət vaxt verilsə də, göstərilən səbəblərdən prosedur 08 aya tamamlanmışdır. Hal-hazırda barəsində tərtib edilmiş protokolda göstərilən pozuntular onun təqsirinə görə baş verməmişdir. Dediklərini təsdiq edəcək sənədlər iş materiallarına da əlavə edilmişdir. Belə ki o hər iki dövlət qurumuna məsələnin tez zamanda həll edilməsi barədə müraciət etsə də, lakin həmin dövlət qurumları müvafiq icazəni gec vermişlər. O göstərilənlərlə əlaqədar olaraq 2000 manat rüsum ödəmişdir. Həmin rüsumu ödəməsinə baxmayaraq onun inzibati cərimə olunması ilə bağlı yenidən protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Həmin malların istifadəsi ilə bağlı bildirir ki, ona dövlət səviyyəsində həmin malların istifadə edilməsi zərurəti yarandığı bildirildiyindən o da, həmin mallardan dövlət tədbiri üçün istifadə etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, tərtib edilmiş protokolda göstərilən pozuntuların heç biri onun təqsiri ucbatından baş verməmiş, bu səbəbdən protokolun xitam edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 06 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, "X14 Prazdnik-2002" MMC şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim olunmuş **********9914 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 30357,85 AZN, netto çəki 41.7 kq) mallar müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Malların müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq, “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli Qərarına əsasən müvəqqəti saxlanc müddəti bitmiş və digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. 03 mart 2024-cü il tarixli raportdan görünür ki, qeyd olunan müvəqqəti saxlancda olan yükə şirkətin Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 56 ünvanında yerləşən anbarına xx.xx.2024-cü il tarixdə “X14 Prazdnik-2022” MMC-nin baş direktoru X4 iştirakı ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.6-cı maddəsinə əsasən gömrük baxışı keçirilmiş, mallar barəsində qanunsuz əməliyyatların aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi, yararsız hala düşməsi müəyyən olunmuş, bundan sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə əsasən gömrük baxışının keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xİ seriyalı, 000106 nömrəli xüsusi icazəsindən görünür ki, “X14 Prazdnik-2002" Məhdud Məsuliyyətli Cəmiyyətinə tezalışan maddələr və pirotexniki məmulatların mülki dövriyyəsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X5 tərəfindən tərtib edilmiş 11 mart 2024-cü il tarixli, 00800-00205/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, “X14 Prazdnik-2002" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına gəlmiş xx.xx.2023-cü il tarixində **********9914 sorğu nömrəli gömrük bəyannaməsi ilə netto çəkisi 41,7 kq, ümumi gömrük dəyəri 30357.85 AZN dəyərində “2023 F1 X9 yarışlarının keçirilməsi üçün istifadə olunan fişənglər” adlı yük xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanca götürülmüşdür. Lakin müddətin bitməsinə baxmayaraq mallar həmin şirkət tərəfindən müvafiq gömrük proseduru altında yerləşdirilməmişdir. Qeyd olunan müvəqqəti saxlancda olan yükə şirkətin ünvan 1 ünvanında yerləşən anbarına xx.xx.2024-cü il tarixdə “X14 Prazdnik-2002" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X4 iştirakı ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.6-cı maddəsinə əsasən gömrük baxışı keçirilmiş, mallar barəsində qanunsuz əməliyyatların aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi, yararsız hala düşməsi müəyyən olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 20 aprel 2023-cü il tarixli məktubdan görünür ki, “X14 Prazdnik-2002" Məhdud Məsuliyyətli Cəmiyyətinin ***-**** 7354, Ns-li qaimə ilə gələn 9 yer 92,00 kq, ***-*******6 №-li qaimə ilə gələn 2 yer, 17,00 kq, yükün üzərində müşayiət sənədləri göndərilməmiş, “AVM BELGİUM BVBA”, “LUNATX” tərəfindən göndərilmiş hesab fakturalar ilə yükün gömrük rəsmiləşdiriməsi barədə müraciət olunmuşdur. 20 aprel 2023-cü il tarixli məktubdan görünür ki, “X14 Prazdnik-2002" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına ***-**** 7354 Ns-li qaimə ilə gələn yüklərin tərkibində bəzi malların gömrük rəsmiləşdirilməsi üçün “Azərbaycan Respublikasının Nazirlər Kabineti”-ndən idxala lazım olan icazə hal hazırda yoxdur, amma Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X6 Agentliyi-dən icazə var, 3-18-3/2-3566/23 Ns-li icazə əlavə olunmuşdur. Bu səbəbdən də yuxarıda göstərilən yüklərin 60 (altmış) gün müddətinə “Müvəqqəti saxlanc” xüsusi gömrük proseduru altında gömrük rəsmiləşdiriməsi barədə müraciət olunmuşdur. 20 aprel 2023-cü il tarixli məktubdan görünür ki, “X14 Prazdnik-2002" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Belçikadan D 159 2 Ns-li CMR ilə gələn yüklərin invoys 231415-E nömrəli xx.xx.2023 tarixli, 8404,80 Avro dəyərində, 2542 kg çəkisi olan səhnə avadanlığı gətirilmişdir. Bu səbəbdən yuxarıda göstərilən yükün 30 (otuz) gün müddətinə “Müvəqqəti idxal” xüsusi gömrük proseduru altında gömrük rəsmiləşdiriməsi barədə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X6 Agentliyinin 12 aprel 2023-cü il tarixli, 3-18-3/2-3566/23 nömrəli məktubundan görünür ki, “X15 Prazdnik-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinin zəruri sənədlərinin və “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (tezalışan maddələr və pirotexniki məmulatlar) xüsusi icazə”sinin olmasını nəzərə alaraq, cədvəldə göstərilən pirotexniki məmulatların istehsalçı zavodun təlimatlarına uyğun qəbulu, saxlanılması, uçotu və istifadəsi şərti ilə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın tələbləri gözlənilməklə 30 aprel 2024-cü il tarixədək respublikaya idxalına etiraz edilməmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X6 Agentliyinin 12 aprel 2023-cü il tarixli, 3-18-3/2-3566/23 nömrəli məktubundan görünür ki, “X16 Prazdnik-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinin zəruri sənədlərinin və “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (tezalışan maddələr və pirotexniki məmulatlar) xüsusi icazə"sinin olmasını nəzərə alaraq, cədvəldə göstərilən pirotexniki məmulatların istehsalçı zavodun təlimatlarına uyğun qəbulu, saxlanılması, uçotu və istifadəsi şərti ilə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın tələbləri gözlənilməklə 31 may 2024-cü il tarixədək respublikaya idxalına etiraz edilməmişdir. “X18” baş direktoru Maqsud Fərzullayev tərəfindən “X16 Prazdnik-2002” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin baş direktoru Emin Cəfərova ünvanlanmış 20 aprel 2023-cü il tarixli məktubundan görünür ki, 28-30 aprel 2023-cü il tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulan "Formula 1 Azərbaycan Qran Pri" yarışının yüksək səviyyədə təşkil olunması üçün hazırlıq işləri davam etdirilir. Yarışlarla əlaqədar Dövlət tədbirlərində atəşfəşanlığın keçirilməsi nəzərdə tutulmuşdur. Atəşfəşanlığın keçirilməsi üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə müvafiq qaydada köməklik göstərməyiniz Sizdən xahiş olunur. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli icazədən görünür ki, Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-19/2-2670-R-01/2023 nömrəli müraciəti nəzər alınaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X6 Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-18-3/2- 3566/23 nömrəli məktubunda göstərilən adda və sayda pirotexniki məmulatların qeyd olunan şərtlər nəzərə alınmaqla idxalına icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tərəfindən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubova ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 2023cü il tarixli 8-1-5/1 20757/2023/10826/2023aid nömrəli göstərişinə əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 28 noyabr 2023-cü il tarixli 3-19/2-8348-R/2023 nömrəli məktubuna Dövlət Gömrük Komitəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, idxalatçı "X16 Prazdnik-2002" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ölkə ərazisinə 20 aprel 2023-cü il tarixində gətirilmiş pirotexniki məmulatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2023-cü il tarixli 1-5/1-7018/2023 nömrəli göstərişinə əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X6 Agentliyinin 12 aprel 2023-cü il tarixli 3-18-3/2-3566/23 nömrəli məktubunda göstərilən adda və sayda pirotexniki məmulatlarla uyğunluq təşkil etmədiyinə görə 26 aprel 2023-cü il tarixli **********9914 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Qeyd etmək istərdik ki, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş sözügedən pirotexniki məmulatlar ixracatçı şirkət tərəfindən göndərilmiş yeni qaimədə və Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X6 Agentliyinin 5 may 2023-cü il tarixli 3-18-3/2-4484/23 nömrəli məktubunda göstərilən mallarla eynilik təşkil edir. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli icazədən görünür ki, Gənclər və İdman Nazirliyinin 2023-cü il 23 iyun və 28 noyabr tarixli müraciətlərini, həmçinin Dövlət Gömrük Komitəsinin 2024-cü il 15 yanvar tarixli 3- 33/2-000505/2024 nömrəli məktubunda göstərilənləri nəzərə alaraq, 'X16 Prazdnik-2002" MMC tərəfindən "Formula 1 Azərbaycan Qran Pri" yarışları ilə bağlı olan tədbirlərdə istifadə edilməsi üçün 2023-cü ilin aprel ayında gətirilmiş, lakin Nazirlər Kabinetinin 2023-cü il 20 aprel tarixli 1-5/1- 7018/2023 nömrəli dərkənarı ilə idxalına icazə verilmiş malların siyahısı ilə uyğunsuzluq təşkil etdiyinə görə idxalı rəsmiləşdirilməmiş pirotexniki məmulatların idxalına (yuxanda qeyd edilən dərkənarla idxalına icazə verilmiş, lakin adıçəkilən tədbirə qədər gətirilməmiş malların əvəzinə) icazə verilmişdir. 04 mart 2024-cü il tarixli gömrük baxışının keçirilməsi haqqında protokoldan görünür ki, X4 iştirakı ilə “2023 F1 X12” yarışlarının keçirilməsi üçün nəzərdə tutulan fişənglərin yerində olmadığı, yalnız “Luso 20mm nine crackling” adlı mallardan 7 ədəd, “Next FX waterfall-T2-209-20”, adlı mallardan 12 ədəd, “Next Fx22 mm stagemine w1Tail, 20XT” adlı mallardan 22 ədəd, “Luso stage gerb 1/2X6m” adlı mallardan 20 ədəd yerində olduğu aşkar edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir;. 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın: 7.1-ci maddəsinə əsasən Bu Qaydaların 1 saylı Əlavəsində göstərilən malların idxalı və ixracı müstəsna olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları əsasında həyata keçirilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar barəsində protokol tərtib edilmiş hüquqi şəxsin təqsiri səbəbindən baş verməmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, Şəxs tərəfindən gətirilən həmin mallar “2023 F1 X12” yarışlarının keçirilməsi üçün nəzərdə tutulan tədbir ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli və 20 aprel 2023-cü il tarixli icazələrlə, Fövqəladə Hallar Nazirliyinin məktubu ilə, Gənclər və İdman Nazirliyinin 2023-cü il 23 iyun və 28 noyabr tarixli müraciətləri ilə bir daha təsdiqlənir ki, Şəxs dövlət üçün əhəmiyyətli olan dünya səviyyəli “2023 F1 X12” yarışlarının keçirilməsi üçün nəzərdə tutulan fişənglərdən istifadə etmək məcburiyyətində olmuş, həmin protexniki vasitələrin gömrük saxlancına verilməsi hüquqi şəxsin təqsiri olmamış, xarici şirkətlərin məsuliyyətsizliyi səbəbindən olmuşdur. Həmçinin məhkəmə iclas zalında tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin direktorunun məhkəmə iclas zalında izahatında bildirdikləri bir daha öz təsdiqini tapmışdır. İş materialları ilə də müəyyən olunur ki, həmin mallar dövlət tədbiri ilə əlaqədar respublika ərazisinə gətirilmiş və malların adında olan fərq ilə əlaqədar dövlət orqanlarından təkrar icazə alınması zərurəti yaranmışdır. Mallar barəsində qanunsuz əməliyyatların aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi, yararsız hala düşməsi müəyyən olunması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqdim edilmiş sənədlərlə həmin malların dövlət tədbiri ilə əlaqədar respublikası ərazisinə gətirilməsi mübahisə olunmamış və həmin malların təyinatına uyğun olaraq tədbirdə istifadə edilmişdir. Beləliklə, Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə iş üzrə icraata xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar