Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1398/2024 03.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, X1 Bakı şəhər DYPİ-nin 08 aprel 2024-cü il tarixli İXP ******* saylı inzibati təbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin 08 aprel 2024-cü il tarixli İXP ******* saylı inzibati təbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Nobel prospekti ilə Əhmədli istiqamətində etibarnamə ilə idarə etdiyi Mersedes markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil özünü Bakı Baş Yol Polis İdarəsinin əməkdaşı kimi təqdim edən, avtomobilin yan nişan nömrəsi 313 olan nəqliyyat vasitəsin idarə edən polis əməkdaşı avtomaşınını saxlamış, Yol hərəkəti qaydalarını pozmağını əməkdaşın nəzərinə çatdırmış, əməkdaş isə sərxoşluq vəziyyətinin yoxlanılması üçün testdən keçməyini məlum etdi. - O razılıq verdi və nəticədə onun sərxoş olduğunu əməkdaş ona elan etdi. - Qarşılıqlı olaraq o əməkdaşa məlum etdi ki, spirtli içki qəbul etməyib, lakin atasını xəstəxanaya aparacağını bildirmiş, ümumiyyətlə bu məsələdə vaxt itkisinə düşməsin deyə əməkdaşa anlaşma təklif etmiş, nəticə belə oldu ki, bir gün əvvəl bir bokal pivə içməyini etiraf etmişdir ki, cərimə olunmaqla məsələ bitsin. Əməkdaşla YPİ-ə gəlmiş və ona bildirdilər ki, o 750 manat vəsait ödəməlidir. O da narazılığını bildirmiş, həkim müayinəsindən keçməyini xahiş etmişdir. Əməkdaşlar tərəfindən həkim müayinəsinə getməsi təmin edilmədi, avtomobili cərimə meydançasında saxlanıldı, sonda həkim müayinəsindən özüm keçmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:20 Narkoloji Dispanserdən həkim müayinəsindən keçmiş və təxminən 30 dəqiqədən sonra rəyi əməkdaşa, artıq onu saxlayan əməkdaşa yox, Bakı şəhər Baş Yol Polis İdarəsində sənədlərini araşdıran əməkdaşa təqdim etsə də, arayış qəbul olunmadı, səbəb olaraq məlum edildi ki, artıq onun saxlanılmağından 3 saat vaxt keçib və həkim rəyi onlar üçün sənəd olaraq qəbul olunmur. Tərtib olunmuş Protokol özlüyündə qüsurludur və səbəb olaraq aşağıdakıları bildirir: - İXP-6165747 saylı xx.xx.2024-cü il tarixli protokol guya 09:10 zaman daxilində tərtib edilmişdir. Həqiqət isə budur ki, o əməkdaş tərəfindən saat 10:00 radələrində saxlanmışdır. Bu vaxtı müəyyən etmək üçün kamera çəkilişinə baxmaq bəs edər. Bu halda onun həkimə müraciətini və saxlanma vaxtını maksimum çox zaman keçməsidir. Əməkdaşa məlum olanda ki, həkim rəyindən keçmək istəyir, hansı səbəbdənsə onu müayinəyə aparmadılar və bildirdilər ki, o artıq bir bokal pivə içməyini təsdiqləyib və sair. Odur ki, barəsində tərtib edilmiş İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsi xahiş edilmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 və Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə X1 və Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin 08 aprel 2024-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 400 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 08 aprel 2024-cü il tarixli 2/18602 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X2 ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, icraata xitam verilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Bakı şəhər DYPİ-nin 08 aprel 2024-cü il tarixli İXP ******* saylı inzibati təbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1398/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1398/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver