Məhkəmə qərarları › İş №3(011)-14/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-14/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-14/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Şikayətçi şəxs X4 iştirakları ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsinin 06 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 06 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) 346.1-ci maddəsinə əsasən “EQ 24933215” nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol barədə ona SMS məlumat çatdırılmamışdır. Protokolda onun 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh edildiyi qeyd edilmişdir. Lakin bildirir ki, qeyd olunan Seat İbiza minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Nəqliyyat Agentliyinin nəqliyyat vasitəsi olmuş və 1 il bundan öncə Seat İbiza minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi ilə idarə etmişdir. xx.xx.2022-ci il tarixdən Bakı Nəqliyyat Agentliyindən işdən çıxmışdır. O işdən çıxdıqdan təxminən 3 ay sonra Bakı Nəqliyyat Agentliyi bağlanmış yerinə Ayna Agentliyi açılmışdır. Qeyd olunan tarixdə Seat İbiza minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini kimin idarə etdiyi barədə məlumatı yoxdur. Seat İbiza minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o idarə etməmişdir. Hesab edir ki, ona “EQ 24933215” nömrəli inzibati xəta haqqında protokolun tərtib olunması əsassızdır. Odur ki, barəsində tərtib olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında EQ 24933215 saylı protokola əsasən qəbul edilmiş 06 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının tamamilə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi şəxs X9 şikayət ərizəsinin məzmunana uyğun izahat verərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 06 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin 06 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 xx.xx.2024-cü il tarixdə, saat 15:13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr iyirmiun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə iyirmia məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X9 barəsində 06 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin 06 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin 06 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva İş № 3(011)-5322/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYİYİRMİ MƏHKƏMƏSİ 21 oktyabr 2024-cü il Bakı şəhəri Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X4 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsinin 06 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxılır. İclas saat 15:40-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Sədrlik edən səlahiyyətli işdə iştirak edən şəxslərin şəxsiyyətini və səlahiyyətini müəyyənləşdirir. Şikayətçi: X9- xx.xx.1988-ci il tarixində Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və iştirakçılardan azərbaycan dilində başa düşmələrini və danışa bilmələrini soruşur. İşdə iştirak edən şəxslər hər biri ayrı-ayrılıqda azərbaycan dilində başa düşdüklərini və sərbəst danışa bildiklərini bildirirlər. Sədrlik edən məhkəmə iclasına Bakı şəhəri Xətai Rayiyirmi Məhkəməsinin hakimi Hacıyeva Sülhanə Sərdar qızının sədrlik etdiyini, məhkəmə iclas katibinin Paşayev Orxan Zakir oğlunun olduğunu elan edir, proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə iyirmiların İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda hüquq və vəzifələrinin iyirmilara aydın olunduğunu bildirirlər. Sədrlik edən inzibati xəta haqqında protokolu və iyirmia əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərin izahatını dinləyir. X1 izahatı: - "xxxx" MMC-də olan **-PC-*** nömrəli, “KHAZAR” markalı avtomobil mənim adımadır, avtomobili X7 idarə etməyə vermişəm. Bir neçə aydır ki, Yol Patrul xidmətinin cərimələri onun adına yazılır. Ta ki bu kamera radarına kimi, EQ 22527110 nömrəli qərar ilə bu radar 20 azn olaraq qeydə alınmışdır. DYP tərəfindən "xxxx" MMC-yə sorğu göndərilmişdir ki, maşını idarə edən sürücü kim olmuşdur. Sorğuya cavab olaraq olar maşının sahibi olaraq mənim adını vermişlər. Mənim də müyyən müddət üçün sürücülük hüquqlarımın məhdudlaşdırıldığı üçün 20 azn cərimə 300 azn olaraq mənim adına vurulmuşdur. Avtomobili idarə etmədiyim halda EQ ********* nömrəli protokoldan əvvəlki bütün cərimələr də mənim adına gəlmişdir. Protokolun şəkil görüntüsündən açıq aydın olaraq görünür ki, maşını idarə edən mən deyiləm, X8r. Bununla bağlı Məmmədov Fərzəli və Quliyev Yaqubda "xxxx" MMC-yə ərizə yazmışdılar ki, maşını idarə edən X8r. "xxxx" MMC-də ərizələri Baş Dövlət Yol Polis İdarəsinə göndərmişdir və mənə bildirirlmişdilər ki, bir aydan sonra protokol ləğv olunacaq. Bir aydan sonra protokolun ləğv olmadığını görəndə, Baş Dövlət Yol Polis İdarəsinə yaxınlaşadıqda onlara heç bir ərizə daxil olmadığını bildirmişlər. Təxminən xx.xx.2024-cü il tarixdə ərizə ilə Baş Dövlət Yol Polis İdarəsinə müraciət etdim. xx.xx.2024-cü il taxirdə Baş Dövlət Yol Polis İdarəsindən mənə rədd cavabı gəlmişdir. Göstərilənlərin nəzərə alınaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22527110 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edirəm. Sual daxil olmadı. Məhkəmə iclas zalına şahid dəvət olunur. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir. Şahid: X11 – xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 3 ünvanında qeydiyyatda olan Sədrlik edən şahidə İnzibati Xətalar Məcəlləsinin 67.5-ci maddəsində əsasən bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında xəbərdarlıq edərək ondan bununla bağlı iltizam alır. X3 izahatı: - xx.xx.2024-cü il tarixdə, saat 17:08 radələrində “Khazar SD” minik markalı, **-PC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mənim idarə etməyimə baxmayaraq səlahiyyətli orqan tərəfindən X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Suallar daxil olmadı. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən çıxış üçün proses istirakçılarına söz verir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs: - Hörmətli hakim! Göstərilənlərin nəzərə alınaraq barəmdə qəbul edilmiş 06 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edirəm. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərdən əlavələrinin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan siyirmira sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və iyirmia dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 15:50-də bağlı elan olunur. Protokol 21 oktyabr 2024-cü il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar