Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1400/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 23 avqust 1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru Rəşad Nuri tərəfindən 07 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Xətai rayonu Kənd Əhmədli ərazisində yerləşən 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən oğlu X2 yanına qısamüddətli görüşə gəlmiş, üzərinə baxış keçirilərkən üzərindən 0,042 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, oğlu X3 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. 6-7 gün əvvəl oğlu ilə telefonla danışan zaman oğlu ona evdə olan qara rəngli gödəkçənin cibində siqaret falqasına bükülmüş bükülünü özü ilə gətirməyi tapşırmışdı. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində cəzaçəkmə müəssisəsinə oğlu ilə qısamüddətli görüşmək üçün müraciət etmişdir. Bir nəfər əməkdaş hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirmiş, üzərində gizlətdiyi bükülü aşkar edilərək götürülmüşdür. Evdə olarkən həmin bükülüyə baxmış, içərisində ağ rəngli şəffaf kütlə olduğunu görmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin təhqiqatçısı Ülvi Qəhrəmanlının 07 aprel 2023-cü il tarixinli qərarından görünür ki, cinayət işinin başlanması rədd edilməsi və inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZA 001783 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında materialı və Şəxs izahatını araşdıraraq belə hesab edir ki, onun tərəfindən törədilmiş əməldə cinayət əlamətləri olduğundan material iş üzrə icraata xitam verilməli və material Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilməlidir. Belə ki, iş materiallarından, eləcə də Şəxs izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə Xətai rayonu Kənd Əhmədli ərazisində yerləşən 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən oğlu X2 yanına qısamüddətli görüşə gəlmiş, üzərinə baxış keçirilərkən üzərindən 0,042 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarından və izahatlardan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs üzərindən 0,042 qram psixotrop maddə metamfetamin Xətai rayonu Kənd Əhmədli ərazisində yerləşən 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən oğlu X2 yanına qısamüddətli görüşə gələn zaman üzərinə baxış keçirilərkən aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə (Materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi) əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materialların prokurora, təhqiqat və ya istintaq orqanına göndərilməsinə dair qərar çıxarılır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala xitam verilməli, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 114.2.3, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti və protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1400/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1400/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver