Məhkəmə qərarları › İş №3(011)-1402/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1402/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1402/2021 29.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, xx xxxxxxxx 1992-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Ceyranbatan bağları, 5-ci küçə, nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixində saat 18:50 radələrində idarə etdiyi “Hyundai Sonata minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi ilə hərəkət edərkən Ramiz Quliyev küçəsinə qadağan olunmuş yerdə yol ayrıcını keçib Nargilə dairəsi istiqamətdə sola dönərkən piyada keçidi ilə yolu sağdan sola keçən piyada X1 avtomobilin qabaq hissəsi ilə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirov tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol X2 üzrə inspektoru, polis kapitanı P.Xəlilov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və inzibati xəta haqqında material xx xxxx 2021-ci il tarixində baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu və digər iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin Axtarış üzrə inspektoru, polis kapitanı P.Xəlilov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsindən 3 aydan artıq vaxt keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 114.1.4, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar