Məhkəmə qərarları › İş №3(011)-1403/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1403/2022

08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1403/2022 08.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xətai rayon DYPŞ-nin axtarış üzrə inspektoru, polis kapitanı X10, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X5 iştirakları ilə, 19.10.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin 26.02.2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 16.03.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 12.02.2022-ci il tarixində saat 15:45 radələrində Şəxs Vahid oğlu BC kateqoriyalı, AD 175635 seryalı sürücülük vəsiqəsi ilə, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi ilə Babək prospekti istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfində sərnişin düşürüb yenidən Babək prospekti istiqamətində sola döğru hərəkətini davam etdirərkən avtomobilin qabaq sol qanadı və qabaq sol təkəri ilə N.Rəfıyev küçəsi ilə Babək prospekti istiqamətində düzünə hərəkətdə olan X6 “Tufan M 50” markalı mopedinin qabaq hissəsi ilə toqquşmuş, nəticədə mopedin sürücüsü X6, “Toyota Prius minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri X16, X11 və X2 xəsarət almaları ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 məhkəməyə təqdim etdiyi ərizəsində, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin tam ödənildiyini qeyd etmiş və buna görə də barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xətai rayon DYPŞnin axtarış üzrə inspektoru, polis kapitanı X14 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs zərərçəkmiş şəxslərin xəsarət almaları ilə nəticələnən yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər zərərçəkmiş şəxslərə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə digər zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 16 fevral 2022-ci il tarixli 173 saylı ekspert rəyinin surətindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol diz oynağı nahiyəsinin yumşaq toxumasının hematoması və döş qəfəsinin sol yan səthinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 12.02.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşınla motosikletin toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 16 fevral 2022-ci il tarixli 175 saylı ekspert rəyinin surətindən görünür ki, X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın alın nahiyəsinin sol yan səthinin yumşaq toxumasının hematoması və sol dirsək oynağı nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 12.02.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşınla motosikletin toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 16 fevral 2022-ci il tarixli 174 saylı ekspert rəyinin surətindən görünür ki, X15 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol gicgah nahiyəsinin yumşaq toxumasının hematoması və sol diz oynağı nahiyəsinin ön səthinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 12.02.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşınla motosikletin toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 14 fevral 2022-ci il tarixli 161 saylı ekspert rəyinin surətindən görünür ki, X8 başın sağ təpə nahiyəsinin əzilmiş yarası, sol diz oynağı nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 12.02.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 12.02.2022-ci il tarixli 2/5339 saylı aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olduğu müəyyən edilməmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 12.02.2022-ci il tarixli 2/5333 saylı aktın surətindən məlum olur ki, hadisə törədilən zaman X3 olduğu müəyyən edilməmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin 26.02.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirməsini nəzərə alaraq onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin 16.03.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar