Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1412/2024 24.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, «Güvən» Vəkil Bürosunun vəkili Nümayəndə1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13 və X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 27 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs Şahid ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13 protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək göstərmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid mühasib işləmişdir. Məhkəmə iclas zalında şahid qismində dindirilən Qafarov Cavanşir bildirmişdir ki, Çapay Xaqani ilə birlikdə işlər görmüşdür. Həmçinin bildirmişdir ki, Qafarov Cavanşir hal-hazırda barəsində inzibati protokol tərtib edilmiş şirkətdə işçi kimi işləyir və göstərilən xüsusatda onun işə götürəndən asılı olmasına və onun xeyrinə izahat verilməsinə dəlalət edir. Göstərilənlərə əsasən hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, «Güvən» Vəkil Bürosunun vəkili Nümayəndə1 sənədlər təqdim edərək bildirmişdir ki, inzibati xəta haqqından protokol heç bir araşdırm aparılmadan tərtib olunmuşdur. Şahid Şəxsndə istehlak təcrübəsi keçmişdir. Şəxs Azərbaycan Respublikası İqtisad Universitetinə sorğu vermişdir, hal-hazırda Şahid həmin universitetdə təhsil alır. Şahid Xaqani Mirzəyevin tanışıdır, şirkətdə keçmiş mühasib işləmiş və onun tərəfindən şirkətə təcrübəçi kimi gətirilmişdir. Bu faktı Cavanşir Qafarov təsdiq edə bilər. Həmçinin bildirmişdir ki, protokolda xx.xx.2024-cü il tarixli məktubla məlumat verilməsi qeyd edilsə də, belə bir məktub şirkətə daxil olmamışdır. Şahid şikayətində bildirmişdir ki, mühasib vəzifəsində işləmiş, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. Şahid mühasib vəzifəsində işləməsinə səlahiyyəti olmamışdır, Maliyyə Nazirliyindən daxil olmuş rəsmi əmrdə bildirilmişdir ki, mühasib vəzifəsində işləmək üçün beynəlxalq mühasibatlığı keçmək barədə sertifikat olmalıdır. Bundan əlavə olaraq səsyazmanı məhkəmə iclasında təqdim etmişdir. Həmin səsyazmadan məlum olur ki, “Nümayəndə2 Şahid bildirir ki, o, şirkətdə işçi olmamışdır. Şahid şikayətində 5 ay işləməsini bildirsə də, məhkəmə iclas zalında 3 ay təcrübə keçməsini bildirmişdir. Xaqani Mirzəyev isə Əmək Müfəttişliyinə verdiyi izahatında Şahid 2023-cü ilin noyabr ayından işləməsini bildirmişdir. Onu Xaqani təcrübəçi kimi gətirmişdir, onun məlumatlarını silib getsin. Daha sonra Şahid 5 aydır qanunsuz işçi kimi işlədiyini, ona deyilən pulun verilməməsi səbəbindən şikayət edəcəyini, bu barədə Xaqaninin şahidlik edəcəyini bildirir. Şahid 5 ay hər ay üçün 100 manat, ümumilikdə 500 manatın ona verilməsini, əks təqdirdə şikayət edəcəyini, Nümayəndə2 ondan şantaj ilə pul tələb etməsini dedikdə isə Əmək Müfəttişliyinə şikayət etməninin şantaj olmamasını bildirmiş, daha sonra isə pul ona verildikdə şikayəti geri götürmüş və daha sonra yenidən şikayət etmişdir”. Bu səsyazma və şantaj ilə bağlı aidiyyəti üzrə müraciət olunmuşdur. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi hüquqi şəxs barəsində yüksək məbləğdə cərimə müəyyən etmişdir. Şəxs barəsində tərtib edilmiş 27 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokolda inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Xaqani Mirzəyev onu təcrübəçi kimi Şəxs MMC-ə çağırmışdır. Ona bildirmişdir ki, ona mühasibatlığı öyrədəcək, daha sonra isə həmin şirkətdə mühasib kimi işləyəcək. O, mühasıbatlığı tam olaraq öyrənməsə də, müəyyən işlər görmüşdür. Kiçik mühasib səviyyəsində işləri 3 ay sonra öyrənmişdir. Səhrət bəy onu işə götürəcəyini söz versə də, lakin işə götürməmişdir. Orada işləyərkən "xxxx", “Asan beer”, "xxxx" MMC, Samir İsgəndərli fiziki şəxsin işlərini onlar görmüşdürlər. Həmçinin bildirmişdir ki, onun “Gmail” hesabına şəxsən Səhrət bəy hesabatları göndərmişdir. Əmək Müfəttişliyinə isə Səhrət bəy ona verməli olduğu pulu vermədiyi üçün şikayət etmişdir. O, Əmək Müfəttişliyinə şikayət etmiş, daha sonra şikayətindən imtina etmiş, təkar yenə şikayət etmişdir. Şikayət etdikdən sonra Səhrət bəydən 500 manat pulunu tələb etmişdir. Səhrət bəy onun hesab kartına 500 manat göndərmişdir. Səsyazılarına isə münasibət olaraq bildirmişdir ki, o şantaj etməmişdir, sadəcə olaraq Səhrət bəy ona bildirmişdir ki, məni şantaj edirsən, o da bildirmişdir ki, əmək müfəttişliyinə şikayət etməyə şantaj deyirsə, o zaman şantaj edir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, o əvvəllər mühasibat ixtisası üzrə işləməmişdir. Azərbaycan İqtisadiyyat Universitetinin iqtisadiyyat və idarəetmə ixtisasını bitirmişdir. Magistr təhsili alır və dərsi axşam 7-də başlayır, 21:30-da bitir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaqani Mirzəyev izahat verərək göstərmişdir ki, Şəxs MMC-də baş mühasib işləmişdir. Daha sonra Səhrət bəy bildirmişdir ki, yeni işçilərə ehtiyac vardır. Səhrət bəy özü Aygün və Cavanşiri şirkətə gətirmiş, başqa adam tapa bilmədiyi üçün o da 2023-cü ilin oktyabr ayında Çapayı gətirməyi təklif etmişdir. Çapaya təlim keçmişdir, çünki o mühasibatlığı bilmirdi. Normalda təlim 6 ay olmalıdır. Lakin Çapaya 3 ay təlim keçə bilmiş, təlimi bitirə bilməmişdir. Özü Şəxs MMC-də 500 manat rəsmi maaşa yarım iş rejimində işləmişdir. Səhrət bəy işçiləri gətirərkən onları rəsmi maaş ilə işə götürməyə söz versə də, lakin sözünü tutmamışdır. Səhrət bəy Çapayı minimum əmək haqqı məbləğində, yəni 345 manat məbləğində maaş verməyi öhdəsinə götürmüşdür. Onun işdən çıxmaq səbəbi ona görə olmuşdur ki, o işə girərkən Səhrət bəy ona söz vermişdir ki, işlər artacaq, amma artmamışdır. O işdən ayrıldıqdan sonra Çapay da işdən çıxmışdır. O əmək haqqını ala bilmədiyi üçün əmək müffətişliyinə şikayət etmişdir. Həmçinin bildirmişdir ki, o heç bir fayl silməyib, sadəcə olaraq özünün hazırladıqları fayllara girişi məhdudlaşdırmışdır. Çapay orada mühasib operatoru kimi işləmişdir. Belə ki, mühasibatlıqda baş mühasib, mühasib, mühasib köməkçisi və mühasib operatoru vəzifələri vardır. Məhkəmə iclasında əmək müfəttişliyinin nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, Çapay saat 9-dan 6-ya bəzən 5-ə kimi işləyib, sonra dərsinə gedirmiş. Çapay əsasən "xxxx" MMC-nin qaimələrini yığıb, 1-2 dəfə də mənfəətləri yığmışdır. Vəkilin suallarına cavab olaraq bildirmişdir ki, Səhrət bəy şirkətə əməkdaşların gələcəyini bildirmiş, lakin 1 nəfər tapa bilmədiyi üçün o da Çapayı gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavanşir Qafarov izahat verərək göstərmişdir ki, Çapayı Xaqani bəyin yanında görmüşdür. Çapay onun yanında təcrübəçi kimi işlər görürmüş. Yeganə müsahib Xaqani bəy olmuşdur. Çapay əsasən Xaqani bəyin işlərini görürmüş, sadəcə həmin işlərin mahiyyətini bilməmişdir. O hal-hazırda "xxxx" MMC-də rəsmi olaraq işləyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs Şahid ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 4BQY6CM000901 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X5 Şəxsndə xx.xx.2023-cü il tarixdə baş mühasib vəzifəsinə qəbul edilmiş və onun xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanılmışdır. 28 fevral 2024-cü il tarixli, 2802 nömrəli əmrdən görünür ki, Şəxsndə baş mühasib vəzifəsində işləyən X5 ilə bağlanılmış 4BQY6CM000901 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək istifadə etmədiyi məzuniyyət günlərinin hesabına 10 (on) təqvim günü üçün pul əvəzinin ödənilməsi əmr edilmişdir. X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlandığı 29 fevral 2024-cü il tarixli izahatdan görünür ki, Şahid həqiqətən də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxsndə mühasib vəzifəsində işləmişdir. Həmçinin bildirmişdir ki, özü də Şəxsndə baş mühasib vəzifəsində işləmişdir. Şahid Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlandığı 29 fevral 2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdən Əhməd Rəcəbli küçəsi, Qobustan Plaza, 4-cü mərtəbə, 16-cı otaqda yerləşən Şəxsndə mühasib vəzifəsində işləmiş, sonuncu iş günü xx.xx.2024cü il tarixi olmuşdur. Lakin onunla əmək müqaviləsi bağlanılmamışdır. Həmçinin işlədiyi dövrdə ona əmək haqqı da ödənilməmişdir. Hadisəni təsdiq edən heç bir sənəd yoxdur, lakin X5 ilə birlikdə işləmişdir, həmin şəxs şahid qismində qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclas zalında dindirilən şahidlərin izahatlarını, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən Şahid ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlamadan müyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, X6 və Şahid Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsində vermiş olduğu izahatları ilə məhkəmə iclas zalında vermiş olduğu izahatları arasında ziddiyətlər mövcuddur. X1 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsində vermiş olduğu izahatında Şahid Şəxs-də 02 noyabr 2023-cü il tarixdən mühasib kimi işləməsini bildirmiş, məhkəmə iclas zalında isə Mirzəyev Çapayın onun yanında mühasibatlığı öyrənmək üçün 2023-cü ilin oktyabr ayından təcrübəçi kimi gəldiyini, özünün natamam iş rejimində işlədiyini, Çapaya 3 ay təcrübə keçdiyini, mühasıbatlıq üçün isə 6 ay təcrübə müddətinin tələb olunduğunu bildirmişdir. Şahid X10 Xidmətinin Bakı şəhər idarəsində vermiş olduğu izahatında 08 oktyabr 2023cü il tarixdən Şəxs-də mühasib kimi işləməsini bildirmiş, məhkəmə iclas zalında isə bildirmişdir ki, o əvvəllər mühasib kimi işləməmiş, ona Mirzəyev Xaqani təklif etmişdir ki,"xxxx"-də təcrübə keçib, mühasibatlığı öyrəndikdən sonra həmin şirkətdə işləyəcəkdir. Özünün məhkəmə iclas zalında vermiş olduğu izahatından görünür ki, o 3 ay təcrübə keçdikdən sonra isə mühasib kimi işlədiyini bildirmişdir. Məhkəmə X6 və Şahid vermiş olduğu izahatlarına əsasən haqlı olaraq qənaətə gəlir ki, Şahid 08 oktyabr 2023-cü il tarixdən Şəxs-də mühasib kimi işləməmiş, onu həmin şirkətə Mirzəyev Xaqani təcrübə keçməyi təklif etmiş, o da həmin təklifi qəbul edərək təcrübə keçmişdir. Şahid məhkəmə iclas zalında işdən çıxmaq səbəbi olaraq ona ödənilməli olan 500 manat əmək haqqının ödənilməməsi səbəbindən şikayət etməsini bildirmişdir. Şahid dediklərinə münasibət olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şahid ilkin şikayətində 08 oktyabr 2023-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək mühasib vəzifəsində əmək müqaviləsi olmadan mühasib vəzifəsində işləməsini, ona ödənilməli olan əmək haqqının, yəni 500 manatın ödənilməməsi səbəbindən şikayət etməsini bildirmişdir. Şahidlərin məhkəmə iclas zalında vermiş olduğu izahatlarından Şahid 3 ay təcrübə keçməsi öz təsdiqini tapdığından, 2024-cü ilin yanvar və fevral ayları üçün işlədiyi müddətlər üçün Şahid ümumilikdə 500 manat əmək haqqı müəyyən etmiş, həmin məbləği isə aylara böldükdə 250 manat edir və qeyd edilən məbləğ minimum əmək haqqı məbləğindən də aşağı həddir. Şahid Şəxs-ə Mirzəyev Xaqaninin təklifi ilə gəlməsi iş materiallrına əsasən də, müəyyən edilir. Belə ki, X.Mirzəyevin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 28 fevral 2024-cü il tarixdə ərizə vermiş, 29 fevral 2024-cü il tarixində isə Şahid X10 Xidmətinin Bakı şəhər idarəsinə şikayət etmişdir. Həmçinin məhkəmə iclas zalında tədqiq edilmiş səs yazılarından müəyyən edilir ki, Sərhət Korova məxsus səs yazısında(hər iki tərəf təsdiq etmiş) Nümayəndə2 Şahid bildirir ki, onu şirkətə X.Mirzəyev gətirmiş, onun yanında təcrübə keçmiş və Şahid onun şirkətində işçi olmamışdır. Şahid isə ona 500 manat əməkhaqqı ödənilməsini tələb etmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclas zalında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şahid 08 oktyabr 2023-cü il tarixdən Şəxs-də mühasib kimi yox təcrübəçi kimi işləmiş, onu həmin şirkətə Sərhət Korov yox Xaqani Mirzəyev dəvət etmişdir. Qeyd edilən xüsusata əsasən məhkəmə hesab edir ki, Şəxs-in Şahid əmək müqaviləsi qüvvəyə minmədən işçiləri cəlb etməsi təkzib edilir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs “Sqs Konsaltinq" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməli, vəkil tərəfindən səs yazılarını özündə əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınmalı və iş materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Vəkil tərəfindən təqdim edilmiş 01 ədəd“ CD” disk maddi sübut kimi tanınsın və iş materiallarında saxlanılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-1412/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1412/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver