Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1413/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, DSX Akademiyası ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, sürücü Şəxs xx.xx.2020-ci il tarixində idarə etdiyi «Chevrolet Cruze minik» markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Zığ dairəsindən şəhər mərkəzi istiqamətində hərəkətdə olarkən Zığ yolundan Sadıqcan küçəsinə dönmə əməliyyatı edən Zərərçəkmiş şəxs1 idarə etdiyi «Renault Meqane 3 minik» markalı RO-61-C Alman dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə «Chevrolet Cruze minik» markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillin sərnişini Zərərçəkmiş şəxs3 və «Renault Meqane 3 minik» markalı RO-61-C Alman dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri almışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxslər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Münasib Əliyevin 452/20 saylı ilkin yoxlama materialı üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və materialın əlavə araşdırmanın aparılması üçün aidiyyəti üzrə Xətai RPİ-nin TŞnə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını, tərtib olunmuş protokolu araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə iş materiallarını, sözügedən faktla bağlı Xətai rayon prokurorunun qərarını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həmin fakt üzrə əlavə araşdırma aparılması qərara alındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti məlumat üçün Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə göndərilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1413/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1413/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver