Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1413/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 4, mənzil 65-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən 04 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında X2 ilə aralarında yaranmış mübahisə zamanı qəsdən sonuncunun sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Günel ilə rəsmi nigaha daxil olaraq ailə həyatı qurmuş, lakin ailə qurduqları gündən Günel onun valideyinləri ilə əsasən də anası ilə yola getmir, valideyinlərinin yaşadıqları ünvana gəlməsini istəmir və ona söz dedikdə səbəbsiz mübahisələr yaradır, evdə xoşagəlməz söz söhbət yaradır. Son dəfə mübahisə yaratmış və bu səbəbdən onun əllərindən tutub sıxmışdır. Hal-hazırda X1 ona qarşı şikayətinin olmamasını, onunla barışmasını, törətdiyi əməldən peşman olmasını qeyd edərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 izahat verərək bildirmişdir ki, 25. 07.2022-ci il tarixdə Mahir ilə rəsmi nigaha daxil olaraq ailə həyatı qurmuş, lakin səbəbsiz yerə qaynanası və əri onunla mübahisə edir, qaynanası onu təhqir edir, əri isə anasının təkidi ilə onu təhqir etməyə və döyməyə başlayır. Ayrı qalsalar da səhər açılandan qaynanası onlara gəlir ve hər şeyə qarışır. Hamilədir, qaynanası və yoldaşı hamilə olduğu bildiyi gündən daha da ona qarşı aqresiv olmağa başlamışdır. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə sözlü mübahisə baş vermiş və bu zaman ayağını qapı arasına qoyaraq xəsarət yetirdi ve daha sonra qollarından sıxaraq onu çarpayının üzərinə itələmişdir. Hal-hazırda Şəxs ilə barışdığını, ona qarşı şikayətinin olmadığını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnin və zərərçəkmiş şəxsin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 21 noyabr 2022-ci il tarixli Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı Elçin Qəhrəmanlı tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxsnın əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın icrası aidiyyatı əməkdaşa göndərilmişdir. İş materiallarına əlavə edilmiş X1 ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona qarşı şikayəti yoxdur. Ona görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ərizəsindən görünür ki, X2 ilə barışmış, ona qarşı şikayəti yoxdur. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir, lakin inzibati xətanı törətmiş şəxs və zərərçəkmiş şəxs barışdıqlarından, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1413/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1413/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver