Məhkəmə qərarları › İş №3(011)-1415/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1415/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1415/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X2 iştiraklarl ilə, hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X13i Şöbəsi Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X13i Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Hyundai Santafe» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X13i Şöbəsinə verməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X3 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsi X4 təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərdi ki, Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin X13 Şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Şəxs barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx xxxxxx 2021-ci il tarixdə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 18:42-də Şəxs MMC-nin mülkiyyətində olan “Hyundai Santafe” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən fiziki şəxsin İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta törətməsi ilə əlaqədar onun barəsində məlumat verilməsi barədə sorğu göndərilmiş, lakin həmin sorğu Şəxs MMC-nin işçisi tərəfindən qəbul edilməmiş, poçt xəbəmaməsindən də göründüyü kimi digər hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi - “Kərimova” Aysel Hüseyn qızı tərəfindən imza edilməklə qəbul edilmişdir. Həmin şəxsin X5 olması etiraza əlavə edilmiş onun şəxsiyyət vəsiqəsi ilə sübut olunur ki, poçt xəbərnaməsində və şəxsiyyət vəsiqəsində olan imzalar eynilik təşkil edir. Bunun səbəbi isə hər iki hüquqi şəxsin ofislərinin eyni ünvanda yerləşməsidir. Belə ki, elektron çıxarışdan göründüyü kimi Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu X11 prospekti 1131 məhəllə Babək Plaza A blok 3-cü mərtəbə 1 nömrəli sahə olmaqla ofisi həmin yerdə yerləşir. Digər elektron çıxarışa əsasən “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 2min hüquqi şəxsin faktiki ünvanı və ofisinin yerləşdiyi yer etiraza əlavə edilmiş icarə müqaviləsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri Xətai rayonu Ə.Quliyev Babək prospekti 1131-ci məhəllə Babək Plaza A blok 3-cü mərtəbə 3 və 4 nömrəli sahələrdir. Hər iki hüquqi şəxsin eyni ünvan, eyni blok və eyni mərtəbədə yerləşməsi səbəbi ilə sorğu Şəxs MMCnin işçisi tərəfindən qəbul edilməmiş və bu səbəbdən də sorğu vermiş dövlət orqanına müvafiq cavab verilə bilməmişdir. Bundan əlavə, Şəxs MMC tərəfindən rəsmi qaydada təsdiq edilmiş bütün işçilərin siyasından da göründüyü kimi sözügedən cəmiyyətin ümumiyyətlə “Kərimova” soyadlı işçisi mövcud deyildir. Görünüdüyü kimi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi DYPŞ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xətalar qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla yanaşı, inzibati xəta haqqında icraat səthi aparılmaqla, kifayət qədər sübutlar əldə edilmədən, ehtimallara əsaslanaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, həmçinin tam, obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. Bu səbəbdən də inzibati xəta tərkibinin olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsi X4 şikayətin hüquqi əsası kimi İXM-nin 3, 8, 12, 53, 76, 84, 105.1-ci maddələrinə istinad etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X13i Şöbəsinin sorğu məktubunundan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X13i Şöbəsi «Hyundai Santafe» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətindən xahiş olunmuşdur; SS705536832AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X13i Şöbəsinin sorğu məktubu xx.xx.2021-ci il tarixdə Kərimova soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol X6 Təcrübə üzrə baş inspektoru, polis mayoru X7 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X13i Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Hyundai Santafe» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X13i Şöbəsinə vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X5 «xxxx» Məhdud Məsluliyyətli Cəmiyyətində ofis meneceri vəzifəsində çalışır; xx xxxxxx 2018-ci il tarixli, 23 nömrəli ofis icarə müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndində, hüquqi şəxs «xxxx» Məhdud Məsluliyyətli Cəmiyyətinə icarəyə verilən ofisin məkanı Bakı şəhəri ünvan 4 ünvanında yerləşən binanın Blok A 3-cü mərtəbəsində 3 və 4 nömrəli, 438,32 m2 sahədən ibarət ofis olduğu qeyd edilmişdir; Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli işçilərin siyahısından görünür ki, həmin siyahıda Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin işçisi kimi X5 qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X13i Şöbəsinin sorğu məktubu Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin əməkdaşı tərəfindən deyil, «xxxx» Məhdud Məsluliyyətli Cəmiyyətində ofis meneceri vəzifəsində çalış X5 tərəfindən qəbul edilmiş, X5 «Skazn Avtohouse» Məhdud Məsluliyyətli Cəmiyyətinin əməkdaşı olmamışdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar