Məhkəmə qərarları › İş №3(011)-1417/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1417/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1417/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 23 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, X5, X11 xx.xx.2025-ci il tarixdən, X2, X6 xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 təqdim edərək bildirmişdir ki, "FALCOM Mahdud Masuliyyətli Cəmiyyəti 2022-ci ildə Azərbaycan Respublikasının qanunvericiliyina uyğun olaraq təsis edilmişdir, müvafiq lisenziyalar və icazələr əsasında təmir tikinti fəaliyyəti göstərir, şirkət olaraq daim sosial məsuliyyətə böyük həssaslıqla yanaşılır. Hal-hazırda şirkətin 515 nəfər işçisi var. Hazırda şirkətin əsas fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, barpa və yenidənqurma işlərinə yönəltmişdir. Bu məqsədlə Laçın, Kəlbəcər, Füzuli rayonlarında Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinin sifarişi əsasında, "xxxx" MMC-nin əsas supodratçısı olaraq müxtəlif yol və tunel tikintilərini həyata keçirirlər. İşə qəbul edilmiş bütün şəxslərlə əmək qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsi bağlamaqla, eyni zamanda əsas sifarişçisi "xxxx" MMC vasitəsi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "Qarabağ və X10 rayonlarına giriş sistemi üzrə ərazilərə giış-çıxış üçün müvafiq qaydada icazələr alınmışdır. X8 Xidmətinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati protokolu qanunsuz və əsassız olmuşdur. Belə ki, inzibati protokoldan məlum olur ki, guya X9, X11 xx.xx.2025-ci ilde, X3, X6 xx.xx.2025-ci ildən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qayadada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Halbuki, X7 xx.xx.2024-cü ildə işə qəbul edilmiş xx.xx.2025-ci ildə öz xahişi əsasında, X11 xx.xx.2024-cü ildə işə qəbul edilmiş xx.xx.2025-cü ildə öz xahişi əsasında, X3 xx.xx.2024-cü ildə işə qabul edilmiş xx.xx.2025-cü ildə öz xahişi əsasında, X6 xx.xx.2024-cu ildə işə qəbul edilmiş xx.xx.2025-cu ildə öz xahişi əsasında işdən azad edilmişdilər. Qeyd olunan şəxslərin əmək müqaviləsinə qanunvericiliklə müyyən edilmiş qaydada xitam verilmişdir, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi sistemə daxil edilmişdir (surəti əlavə olunur), Xitam tarixindən etibarən sözügedən şəxslər iş ərazisini tərk etmişdilər, hər hansı xidmətlərin, işlərin icrasına cəlb edilməmişdilər. Eyni zamanda həmin şəxslərin icazələrinin (portalın) ləğvi ilə bağlı "Azvirt MMC-nə məlumat verilmiş, "xxxx" MMC tərəfindən isə xx.xx.2024-cü il tarixli rəsmi məktubla Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyina müraciət edərək bir çox şəxslərin, o cümlədən inzibati protokolda adları qeyd olunan şəxslərin əmak müqaviləsinə xitam verildiyi üçün tikinti ərazisinə buraxılışlarının ləğv edilməsi xahiş olunmuşdur (surəti əlavə olunur). Digər tərəfdən inzibati protokolun fakt hissəsində yalnız DİN-nin məlumatı göstərilmişdir. Lakin bu məlumatların nədən ibarət olunduğu o cümlədən həmin şəxslərin əmək müqaviləsinə xitam verildikdən sonra qanunsuz olaraq iş və xidmətin icrasına cəlb olunmasının aşkarlanması ilə bağlı hər hansı bir fakt, sübut göstərilməmişdir Göründüyü kimi, şirkətin əməlimdə hər hansı bir inzibati xətanın tərkibi yoxdur. İnzibati pozuntu qəsdən və ya bilməyərəkdən digər subyektin hüquqlarının məhdudlaşdırıması və ya pozulmasıdır. Qeyd olunan faktlarla şirkət tərəfindən heç bir qayda pozuntusu törədilmədiyi sübut olunur. Göstərilənlərə əsasən barələrində tərtib edilmiş 23 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə inzibati xəta tərkibi olmadığından xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X5, X11 xx.xx.2025-ci il tarixdən, X2, X6 xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 Şəxs MMC-də xx.xx.2024-cü il tarixində işə başlamış, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 Şəxs MMC-də xx.xx.2024-cü il tarixində işə başlamış, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 Şəxs MMC-də xx.xx.2024-cü il tarixində işə başlamış, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 Şəxs MMC-də xx.xx.2024-cü il tarixində işə başlamış, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan(adların siyahısı müvafiq məktuba əlavə edilmişdir) görünür ki, Qarabağ ərazisində yol tikinti işlərinin aparılması ilə bağlı "xxxx" MMC-nin icazə üçün müraciət etdiyi şəxslərin(X7, X11, X3, X6) müqavilə müddətlərinin bitməsi və öz xahişləri ilə işdən azad olunmaları ilə əlaqədar olaraq təhlükəsizliyin təmin olunması məqsədi ilə tikinti ərazisinə buraxılmaması xahiş edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-5967/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-261/2025 saylı qərarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)- 5967/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən X5, X11 xx.xx.2025-ci il tarixdən, X2, X6 xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi bağlamadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 tərəfindən tərtib edilmiş 23 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolda X5, X11 xx.xx.2025-ci il tarixdən, X2, X6 xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilsə də, təqdim edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X3 Şəxs MMC-də xx.xx.2024-cü il tarixində işə başlamış, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmiş, X6 Şəxs MMC-də xx.xx.2024-cü il tarixində işə başlamış, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmiş, X11 Şəxs MMC-də xx.xx.2024-cü il tarixində işə başlamış, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmiş, X5 Şəxs MMC-də xx.xx.2024-cü il tarixində işə başlamış, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. X7, X11, X3, X6 müqavilə müddətlərinin bitməsi və öz xahişləri ilə işdən azad olunmaları ilə əlaqədar olaraq təhlükəsizliyin təmin olunması məqsədi ilə tikinti ərazisinə buraxılmaması barədə isə AZVİRT” MMC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərin sübutların məcmusu ilə müəyyən edilir ki, X7 xx.xx.2024-cü ildə işə qəbul edilmiş xx.xx.2025-ci ildə öz xahişi əsasında, X11 xx.xx.2024-cü ildə işə qəbul edilmiş xx.xx.2025-cü ildə öz xahişi əsasında, X3 xx.xx.2024-cü ildə işə qabul edilmiş xx.xx.2025-cü ildə öz xahişi əsasında, X6 xx.xx.2024-cu ildə işə qəbul edilmiş xx.xx.2025-cu ildə öz xahişi əsasında işdən azad edilmişdilər. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar