Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1424/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, hüquqi şəxs «X4» MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, hüquqi şəxs «X4» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvan 1 ünvanında yerləşən «X4» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 00100-00073/24 saylı, 24 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "X4" MMC-nin ünvanına AH4107Eİ/AH8982XT nömrəli avtomobil nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş və **********6573 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün əvvəlcədən təqdim edilmiş **********5939 nömrəli qısa idxal bəyannaməsində xx.xx.2023-cü il tarixli 1153 nömrəli dəyəri 1619.56 ABŞ dolları olan invoys əlavə edilmişdir. Lakin faktiki gömrük bəyannaməsində 1153 nömrəli dəyəri 1619.56 ABŞ dolları olan invoys ilə yanaşı həmçinin dəyəri 20800 ABŞ dolları olan 1152 nömrəli xx.xx.2023-cü il tarixli invoys təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Sənəd Dövriyyəsi şöbəsi tərəfindən verilmiş 3-33-/3-1-034952/2023 saylı 18 dekabr 2023cü il tarixli raporta əsasən, "X4" MMC ünvanına AH4107Eİ/AH8982XT nömrəli avtomobil nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********6573 sorğu nömrəli GB ilə bəyan olunan yük üçün əvvəlcədən təqdim edilmiş **********5939 nömrəli qısa idxal bəyannaməsində xx.xx.2023-cü il tarixli 1153 nömrəli dəyəri 1619.56 ABŞ Dolları olan invoys əlavə edilmişdir. Lakin, faktiki gömrük bəyannaməsində 1153 nömrəli dəyəri 1619.56 ABŞ Dolları olan invoys ilə yanaşı həmçinin dəyəri 20800 ABŞ Dolları olan 1152 nömrəli xx.xx.2023-cü il tarixli invoys təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Sənəd Dövriyyəsi şöbəsi tərəfindən verilmiş 3-33-1100/013/000822 saylı 12 yanvar 2024cü il tarixli raporta əsasən, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində daxil olmuş 3-33-/3-1- 034952/2023 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən "X4" MMC-nin ünvanına AH4107Eİ/AH8982XT nömrəli avtomobil nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş və **********6573 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün əvvəlcədən təqdim edilmiş **********5939 nömrəli qısa idxal bəyannaməsində xx.xx.2023cü il tarixli 1153 nömrəli dəyəri 1619.56 ABŞ dolları olan invoys əlavə edilmişdir. Lakin faktiki gömrük bəyannaməsində 1153 nömrəli dəyəri 1619.56 ABŞ dolları olan invoys ilə yanaşı həmçinin dəyəri 20800 ABŞ dolları olan 1152 nömrəli xx.xx.2023-cü il tarixli invoys təqdim edilmişdir. Gətirilmiş mallara dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********6573 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasında 1153 saylı invoys sənədi qeyd edilsə də bəyannaməyə qoşulan sənədlərə uyğun olaraq həmçinin 1152 nömrəli invoys sənədi də qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli **********5939 sorğu nömrəli qısa idxal bəyannaməsinin 44-cü qrafasında yalnız 1153 nömrəli invoys sənədi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli 1153 nömrəli invoys sənədində ölçüsü 1029 m və 1192 m olan elektrik naqilləri qeyd olunsa da, xx.xx.2023-cü il tarixli 1152 nömrəli invoys sənədində ölçüsü 40000 m və 30000 m olan elektrik naqilləri qeyd edilmişdir. Faktiki olaraq 1152 nömrəli invoys sənədi üzrə idxal edilmiş 70000 metr elektrik naqilləri yükü **********5939 sorğu nömrəli qısa idxal bəyannaməsində öz əksini tapmamış və MMC tərəfindən həmin yüklərə dair qısa idxal bəyannaməsi verilməmişdir, qısa idxal bəyannaməsi yalnız 1153 nömrəli invoys sənədində nəzərdə tutulmuş mallara dair verilmişdir. Beləliklə, "X4" MMC-nin ünvanına 1152 nömrəli invoys sənədi üzrə göndərilən mallara dair **********6573 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən ölçüsü 70000 m olan telekommunikasiyada istifadə edilən 80 V-dan çox olmayan gərginlik üçün nəzərdə tutulmuş elektrik naqilləri yükünə dair qısa idxal bəyannaməsi verilməmişdir. AR Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "X4" MMC-yə göndərilmiş 15 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində sizin tərəfinizdən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməməsi faktına dair araşdırma aparılmışdır. MMC-nin səlahiyyətli nümayəndəsinin Protokol və iş materialları ilə tanış olması üçün xx.xx.2024-cü il tarixdə iştirakını təmin etməkləri xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan "avtomobil ilə daşınan mallara" dair çıxarışdan görünür ki, "X4" MMC-nin ünvanına gətirilən mallar "Qırmızı körpü" gömrük postunda xx.xx.2023-cü il tarixli **********6573 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilməklə AH4107Eİ/AH8982XT nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 14:24 radələrində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. İnzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndərinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X4» MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək, özlərini qismən təqsirli bildiklərini, qısa idxal bəyənnaməsi yazılarkən texniki səhvə yol verdiklərini bildirmiş və məhkəmədən bunu nəzərə almağı xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, «X4» MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, «X4» MMC-nin (VÖEN: **********) ünvanına göndərilən yüklər vaqonla (siyahı əlavə olunur) “Yalama” gömrük postundan keçməklə göndərilən mallara dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «X4» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: «X4» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1424/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1424/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver