Məhkəmə qərarları › İş №3(011)-1443/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1443/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1443/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Zeynalov Rövşən Zeynalabdin oğlunun iştirakı ilə Zeynalov Rövşən Zeynalabdin oğlunun Sabunçu rayon Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Zeynalov Rövşən Zeynalabdin oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edə-rək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimə təyin edilməsi barədə Sabunçu rayon Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zeynalov Rövşən Zeynalabdin oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, karantin müddətində yük maşını ilə hərəkət edərkən YPX postda saxlayaraq onu cərimə etmişlər. Operativ Qərargahın qərarına əsasən yük daşıyan maşınların hərəkətinə icazə verilir. Buna görə də Sabunçu rayon Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zeynalov Rövşən Zeynalabdin oğlu şikayət ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Sabunçu rayon Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Sabunçu rayon Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Sabunçu rayon Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Zeynalov Rövşən Zeynalabdin oğluna İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarından görünür ki, Zeynalov Rövşən Zeynalabdin oğlu tərəfindən Sabunçu rayon Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-cü maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 137.2-ci maddəsinə əsasəninzibati xətalar haqqında iş üzrə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim, vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, şikayətçi Zeynalov Rövşən Zeynalabdin oğlu Sabunçu rayon Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddət keçdikdən sonra, yəni (dörd aydan çox vaxtda) xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə şikayət vermişdir. Məhkəmə hesab edir ki, Zeynalov Rövşən Zeynalabdin oğlu qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyündən şikayət təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136, 137.2-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Zeynalov Rövşən Zeynalabdin oğlunun Sabunçu rayon Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayəti təmin edilməsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar