Məhkəmə qərarları › İş №3(011)-1447/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1447/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1447/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs iştirakı ilə xx.xx.1969-cu ildə Gədəbəy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, 20.11.2021-ci ildə tarixdə saat təxminən 12:00 radələrində Şəxs etibarnamə ilə idarə etdiyi “Mercedes 240 Axor 4140 xüsusi təyinatlı” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə Dərnəgül şossesi istiqamətində hərəkətdə olarkən dönmə əməliyyatı etmiş, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, sonuncu avtomobil yol kənarında dayanmış Zərərçəkmiş şəxs1 idarə etdiyi “Audi QT” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə nəqliyyat vasitələrinə maddi ziyan, “Toyota Prius” markalı avtomobildə sərnişin qismində əyləşmiş X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər və Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14 yanvar 2022-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 20.11.2021-ci ildə tarixdə saat təxminən 12:00 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes 240 Axor 4140 xüsusi təyinatlı” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə Dərnəgül şossesi istiqamətində hərəkətdə olarkən dönmə əməliyyatı etmiş, “Toyota Prius” markalı avtomobillə toqquşmuşdur, sonuncu avtomobil yol kənarında dayanmış “Audi QT” markalı avtomobilə çırpılmışdır. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxslər məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Orxan Məmmədov tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı ödədiyindən CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış 8/2996 saylı ekspert rəyindən məlum olur ki, “Mercedes 240 Axor 4140 xüsusi təyinatlı” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 11 dekabr 2021-ci il tarixli 1154 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ diz oynağının yumşaq toxumasının hematoması, sol baldırın ön səthinin yumşaq toxumasının hematoması, sağ baldırın qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda göstərilmiş 20.11.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşınla yük maşınının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumiyyətlə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 11 dekabr 2021-ci il tarixli 1155 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gözyuvası ətrafı nahiyəsinin və burunun yumşaq toxumasının hematoması, sol diz oynağı və sağ baldırın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda göstərilmiş 20.11.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşınla yük maşınının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumiyyətlə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, tərəflərin izahatı, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici hal kimi əməlindən səmimi peşmançılığı, ağırlaşdırıcı hallar isə müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar