Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1459/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair 19 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 07.01.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi 27-də X2 məxsus Mersedes markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomaşının hər iki sağ təkərini bıçaqla deşərək ona az miqdarda - 200 manat maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, 2017-ci ildən X5 binasında mənzilə sahibdir və həmin ünvanda yaşayır. Daimi olaraq yaşadığı ünvanın qarşısında qeyri-qanuni fəaliyyət göstərən lisensiyasız taksi xidməti göstərilir. 07.02.2022-ci il tarixdə işdən evə qayıdan zaman taksi sürücülərindən biri tərəfindən parklanına yeri zəbt edilmiş, digər 2 taksi sürücüsünün paralel olaraq ön və arxa tərəfdə avtomobillərini park etdiyi və bina sakini olaraq ona parklanma yerinin qalmadığını görmüşdür. Buna görə də sürücülərdən birinə mədəni şəkildə müraciət edərək avtomaşını parkinqdən çıxararaq bir sakin olaraq avtomaşını saxlamağa imkan yaratmasını istəmişdir. Həmin sürücü kobud şəkildə ona rədd cavabı vermişdir. Buna görə də avtomaşının şəklini çəkərək DİN-in 102 xidmətinə zəng vurub taksi sürücüsü barədə məlumat vermişdir. Lakin polis əməkdaşları hadisə yerinə gəlməmişlər. Həmin gün saat 19:30 radələrində ünvan 2 ünvanda taksi sürücüsünü yenidən həmin ərazidə bina sakinlərinin yerində parklanma yerini zəbt etdiyini görmüş və buna əsəbləşmişdir. Bu zaman ərazidə olan polis əməkdaşına yaxınlaşıb məsələ ilə bağlı DİN-in 102 xidmətinə məlumat verməsini, lakin bu barədə onunla heç bir əməkdaşın onunla əlaqə yaratmadığını demişdir. Polis əməkdaşı bu barədə taksi sürücüsünə xəbardar edib hadisə yerindən getdikdən sonra taksi sürücüsü yenə də əməlinə davam etmişdir. Taksi sürücüsün bu hərəkətindən o daha da əsəbləşib taksi sürücüsünə avtomaşının təkərlərinə bıçaq ilə zərər yetirəcəyinə xəbər etmişdir. Lakin taksi sürücüsünün nə bilirsən et cavabından əsəbiləşib maşında olan bıçaq ilə avtomaşının təkərlərini qəsdən zərər yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, Mersedes markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur və həmin maşınla taksi kimi fəaliyyət göstərir. 07.02.2022-ci il tarixdə saat 19:00 radələrində Xətai rayonu, A.Cəlilov küçəsində sifariş gözləyən zaman avtomaşının içərisində təmizlik işləri görümüşdür. Bu zaman BMW markalı avtomaşının sahibi Əliyev Emin ondan xahiş etmişdir ki, o, bina sakini olduğu üçün parkinqdə avtomaşını saxlasın. Lakin Eminə müştəri gözləməsini deyib avtomaşını dayanacaqda saxlamış və daha sonra müştəri gəldikdən sonra hadisə yerindən uzaqlaşıb getmişdir. Təxminən 1 saat sonra həmin ünvana geri qayıdıb yenidən müştəri gözləməyə başlamışdır. Bu zaman Emin onun yanına gələrək onun taksi kimi işlədiyindən ərazidə işləyən polis əməkdaşına şikayət etmişdir. Polis əməkdaşı ona həmin yerdə taksi kimi işləməməyi ona demişdir. Daha sonra Emin əlində olan bıçaq ilə onun Mercedes markalı avtomaşının hər iki sağ təkərini bıçaqla zərər vuraraq ona 200 manat maddi ziyan vurmuşdur. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Budaq Budaqlının cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbir görülməsi üçün qərarın surəti aidiyyatı əməkdaşlara göndərilmişdir. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin ifadələrini ətraflı təhlil edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməli etiraf etməsi müəyyən edilmiş, ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində vurulmuş ziyanın bir misli məbləğdə - 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1459/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1459/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver