Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1460/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs MMC-nin qanuni təmsilçisi X2, Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında materialdan görünür ki, Bakı şəhəri Xətai rayonu Babək prospekti 12A, qapı 6 (blok C) ünvanında yerləşən Şəxs MMC-ə məxsus stomatoloji müəssisədə 05 mart 2022-ci il tarixdə saat 11:10-da aparılan növbədənkənar yoxlama zamanı lisenziyadan kənar fəaliyyət – rentgenoloji (vizioqraf) və sertifikatsız fəaliyyət – müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəsisi X8 tərəfindən Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 05 mart 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X6 inzibati xəta haqqında protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X7 izahatında göstərmişdir ki, bəzi tibb işçilərinin sertifikasiya şəhadətnaməsindən keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olması ilə qismən razıdır. Lakin lisenziyadan kənar heç bir fəaliyyət göstərmir.Bu səbəbdən işə həmin hissədə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-də 05.03.2022-10.03.2022-ci il tarixlərində plandankənar stomatologiya sahəsində fəaliyyətin yoxlanılması üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 05 mart 2021-ci il tarixdə KY221720518 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktoru X1 130 nömrəli 04 mart 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, qapı 6 (blok C) ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyətinin yoxlanılması məqsədilə plandankənar (növbəti) yoxlama həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 02 mart 2022-ci il tarixli aktdan görünür ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən Şəxs MMC-də həyata keçirilən yoxlama zamanı bəzi tibb işçilərinin sertifikasiya şəhadətnaməsindən keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olması aşkarlanmışdır: X7 – həkim-stomatoloq, X4 – həkimstomatoloq, X5 (tibbi bacısı). İş materiallarında olan İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 12 fevral 2019-cu il tarixli lisenziyanın əlavəsindən görünür ki, Şəxs MMC-ə Bakı şəhəri Xətai rayonu Babək prospekti 12A, qapı 6 (blok C) ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə göndərilməsinə icazə verilən işlərin siyahısı aşağıdakıdır: stomatologiya – terapevtik stomatologiya, ortopedik stomatologiya, ortodontik stomatologiya. İş materiallarında olan Şəxs MMC-də çəkilmiş fotoşəkillərdən görünür ki, stomatoloji müəssisədə çox sayda kəlbətin və rentgen aparatı aşkar edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X7 Şəxs MMC-də stomatoloq vəzifəsində işləyir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 Şəxs MMC-də stomatoloq vəzifəsində işləyir. İş materiallarında olan Səhiyyə Nazirliyi tərəfindən verilmiş 2934 nömrəli şəhadətnamədən görünür ki, X4 baza ali tibb təhsili “stomatologiya” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul ola bilər. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 Şəxs MMC-də tibbi bacısı vəzifəsində işləyir. İş materiallarını, tərəflərin izahatını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs MMCnin İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə hesab edir ki, stomatoloji müəssisədə çox sayda kəlbətin və rentgen aparatının aşkar edilməsi rentgenoloji-vizioqraf, cərrahi stomatologiya fəaliyyətlə məşğul olunması kimi qiymətləndirilə bilməz. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən lisenziyada olan iş və fəaliyyət növlərindən kənar fəaliyyətlə məşğul olması ilə bağlı mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, «SMİLE BY DR. BAKHTİYAR” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1460/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1460/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver