Məhkəmə qərarları › İş №3(011)-1461/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1461/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1461/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1967-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Şəxs xx xxxxxx 2021-ci il tarixində saat 09:08 radələrində idarə etdiyi “Kia Ceed” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu Ağ şəhər ilə hərəkət edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin YPX-nın xidməti inspektoru, polis baş serjantı Samir Əlimanov tərəfindən saxlanılmış, yoxlama zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Bu səbəbdən Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin YPX-nın xidməti inspektoru, polis baş serjantı Samir Əlimanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan vaxtı “Kia Ceed” minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətə başlamış, bir qədər yol qət etdikdən sonra işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün o, X1 əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşı ondan spirtli içki qəbul edib-etməməsini soruşmuş, o, bir gün öncə spirtli içki olan çaxır qəbul etdiyini, lakin hal-hazırda sərxoş olmadığını demişdir. Buna baxmayaraq polis əməkdaşı ona alkotest yoxlanışından keçməli olduğunu bildirmiş, o, polis əməkdaşının bu tələbinə etiraz etməyərək könüllü olaraq alkotest yoxlanışından keçmiş, bundan sonra polis əməkdaşı ona alkotestin nəticəsinin 0.329% promil olduğunu bu səbəbdən avtomobilinin duracağa yerləşdiriləcəyini və barəsində protokol tərtib ediləcəyini bildirmişdir. O, bu göstəricinin düzgün olmadığını desə də, cavab olaraq mədəsində problem olduqda alkotestin nəticəsi 0.329% promil ola biləcəyini bildirilmişdirlər. O, həkim müayinəsinə getdiyini, bu halda spirtli içki qəbul edə bilməyəcəyini demişdir. Polis əməkdaşları onun sözlərinə məhəl qoymayaraq məcbur qayda da, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda spirtli içki qəbul edib avtomobili idarə etməsini, həkim müayinəsinə ehtiyacın olmamasını qeyd etdirərək imzalatdırmışlar. Bundan sonra polis əməkdaşları idarə etdiyi avtomobili mühafizə olunan duracağa yerləşdirmışlər. O, həmin vaxtı polis əməkdaşları tərəfindən aldadıldığını anlasa da, protokolda sərxoş olmasını qeyd etdiyi üçün gec olduğunu düşünmüşdür. Qeyd etdiyi hallardan da göründüyü kimi həmin gün heç bir spirtli içki qəbul etmədiyini, sərxoş halda olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli ******* nömrəli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs izahatında müayinə zamanı qanında olan alkoqolun miqdarı 0,329% göstərici ilə tanış olduğunu, spirtli içki qəbul etdiyini və tibbi müayinəyə ehtiyacın olmadığını bildirmişdir. İş materiallarında olan “ACE Z-Series” markalı İN 041947 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisindən görünür ki, müayinə zamanı Şəxs qanında olan alkoqolun miqdarı 0,329% təşkil etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etməməsi məhkəmə iclasında kifayət qədər sübutlar təqdim olunmadığından sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs ali təhsilli olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar