Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1462/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1956-cı il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPİ X4 İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci tarixdə saat 07:42 radələrində idarə etdiyi «Kia Sportage» minik markalı, 90HU850 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinin Xətai rayonu ərazisində hərəkət edən zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, o, İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X2 göstərdi ki, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin xx xxxxx 2021-ci il tarixli məktubundan görünür ki, iki saat ərzində alkoqolun miqdarının təmizlənməsi mümkündür. Sürücü avtomobili sərxoş halda idarə etməsini sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda etiraf etmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, YPX inspektoru onu heç bir qanuni əsas olmadan, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmadığı, eləcə də sair qayda pozuntularına yol vermədiyi halda saxlamış və sənədlərini tələb edərək baxdıqdan sonra, alkotester cihazı tətbiq etməklə, alkoqol qəbul edib-etməməyini yoxlamışdır. Bir neçə dəfə yoxlasa da, cihazda heç bir göstərici olmamışdır. YPX inspektoru ona heç bir məsuliyyətinin olmadığını bildirmiş, onu aldadıb izahat yazdırmış, onun diqtəsi ilə izahat yazıb göstərmişdir ki, spirtli içki qəbul etmişdir və həkimə getməyə ehtiyac yoxdur. Əslində spirtli içki içməmişdir. İnspektorun səmimiyyətinə inandığı üçün onun diqtə etdiyi sözləri izahatına yazmışdır. İzahat yazıb imzaladıqdan sonra, YPX inspektorunun ona olan münasibəti dəyişmişdir. YPX inspektoru onu həkimə aparmalı olduğu halda aparmamış və öz saxtakarlığını ört-basdır etmək üçün ona həkim müayinəsindən keçməyə ehtiyac olmadığını yazdırmışdır. İnspektor İXM-nin tələblərini kobud şəkildə pozduğundan, ümumiyyətlə alkotestr müayinəsinin nəticəsi etibarlı sayıla və onun təqsirli olmağının əsası kimi qəbul edilə bilməz. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs həmin tarixdə saat 07:42 radələrində Bakı şəhərinin Xətai rayonu Babək prospektində «Kia Sportage» minik markalı, 90HU850 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyindən barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir; sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs protokolda “həkimə ehtiyac yoxdur, xahiş edirəm məni nəzərə alın, səmimi etiraf edirəm, spirtli ruskiy standart arağı qəbul etmişəm, heç bir narazılığım yoxdur, göstərici ilə razıyam” deyə qeyd etmişdir; xüsusi texniki vasitələnin nəticəsindən görünür ki, Şəxs alkoqolun konsentrasiyası 0,3 promill həddindən artıq 0,862 promill olmuşdur; xx.xx.2021-ci il tarixli, 2/4860 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə saat 10-15-də Şəxs ayıq olunmuşdur; Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin xx xxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 10-15 radələrində yuxarıda adı göstərilən mərkəzdə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müatinəsinin nəticəsi ilə xx.xx.2021-ci il tarixdə 07:30 radələrində xüsusi texniki vasitəsi ilə müəyyən edilmiş 0,862 promill alkoqolun konsentrasiyası ilə uyğun olmaması normal haldır. Nəzərə alınsa ki, orqanizmin fərdi xüsusiyyətlərindən aslı olaraq alkoqolun miqdarı hər 1 saat 0,20-0,40 promil təmizlənir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli xx xxxx 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs saxlanılan zamanı sərxoş olmamasını bildirsə də, onun sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən əldə edilmiş alkoqolun konsentrasiyası 0,862 promill olmuş, Şəxs sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda “həkimə ehtiyac yoxdur, xahiş edirəm məni nəzərə alın, səmimi etiraf edirəm, spirtli ruskiy standart arağı qəbul etmişəm, heç bir narazılığım yoxdur, göstərici ilə razıyam” deyə qeyd etmişdir. Həmçinin, məhkəmə xx.xx.2021-ci il tarixli, 2/4860 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokola münasibətdə qeyd edir ki, Şəxs 07-30-da müayinədən keçmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokol üzrə müayinə isə 02 saat 45 dəqiqə sonra saat 10-15də aparılmışdır. Bundan əlavə, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin xx xxxxx 2021-ci il tarixli məktubunda Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış ilkin müəyinə ilə sonuncu müayinə arasında müxtəlif nəticələrin olması mümkün olan hal kimi qiymətləndirilmiş, orqanizmin fərdi xüsusiyyətlərindən aslı olaraq alkoqolun miqdarının hər 1 saat 0,20-0,40 promil təmizlənməsi qeyd edilmişdir. Göründüyü kimi, müayinələr arasında vaxt vasiləsi olmuş, saat 07-30-da alkoqolun konsentrasiyası 0,862 promill olmuş şəxsin 02 saat 45 dəqiqə sonra ayıq olunması mümkün olmaqla, şəxsin saat 07-30-da sərxoş olmasını təkzib etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Şəxs müayinənin nəticəsi ilə razılaşdığından sonuncunun tibbi müayinəyə aparılması məcburi olmamışdır. Həmçinin, inzibati orqanın nümayəndəsinin təqdim etdiyi videogörüntülərə tərəflərin iştirakı ilə baxış keçirilmiş, görüntüdə Şəxs spirtli içki qəbul etdiyini bildirmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, «sərxoşluq vəziyyətinin müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında» protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1462/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1462/2021
02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver