Məhkəmə qərarları › İş №3(011)-1465/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1465/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1465/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, Şikayətçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X6 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sutcuoglu Mustafa şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 Xidmətinin MN ******* saylı, xx.xx.2025-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin MN ******* saylı, xx.xx.2025-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, "xxxx" MMC-nin direktoru Mustafa Sutcuoğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərar qəbul edilərkən X8 Xidməti tərəfindən bir sıra maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, X8 Xidmətinin sözügedən qərarı qanunsuz və əsassız olduğundan ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, rəhbərlik etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ildə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmişdir, müvafiq lisenziyalar və icazələr əsasında təmir tikinti fəaliyyəti göstərir, 420 nəfər işçisi var, şirkət olaraq daim sosial məsuliyyətə böyük həssaslıqla yanaşılır. Hazırda şirkət əsas fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, bərpa və yenidənqurma işlərinə yönəltmişdir. Bu məqsədlə Laçın, Kəlbəcər, Füzuli rayonlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, "xxxx" MMC-nin əsas supodratçısı olaraq müxtəlif yol və tunel tikintilərini həyata keçirlər. İşə qəbul edilmiş bütün şəxslərlə əmək qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsi bağlamaqla, eyni zamanda əsas sifarişçi "xxxx" MMC vasitəsi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işə cəlb olunması (işğaldan azad edilmiş ərazilərə giriş) üçün müvafiq qaydada icazələr alınmışdır. Belə ki, inzibati protokoldan məlum olur ki, guya vəzifəli şəxs olaraq Mustafa Sutcuoğlu tərəfindən X9, X10 xx.xx.2025-ci ildə, X4, X7 xx.xx.2025-ci ildən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qayadada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Halbuki, X9 xx.xx.2024-cü ildə işə qəbul edilmiş xx.xx.2025-ci ildə öz xahişi əsasında, X10 xx.xx.2024-cü ildə işə qəbul edilmiş xx.xx.2025cü ildə öz xahişi əsasında, X4 xx.xx.2024-cü ildə işə qəbul edilmiş xx.xx.2025-cü ildə öz xahişi əsasında, X7 xx.xx.2024-cü ildə işə qəbul edilmiş xx.xx.2025-cü ildə öz xahişi əsasında işdən azad edilmişdilər. Qeyd olunan şəxslərin əmək müqaviləsinə qanunvericiliklə müyyən edilmiş qaydada xitam verilmişdir, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi sistemə daxil edilmişdir. Xitam tarixindən etibarən sözügedən şəxslər iş ərazisini tərk etmişdilər, hər hansı xidmətlərin, işlərin icrasına cəlb edilməmişdilər. Eyni zamanda həmin şəxslərin icazələrinin (portalın) ləğvi ilə bağlı Mustafa Sutcuoğlu tərəfindən "xxxx" MMC-yə məlumat verilmiş, "xxxx" MMC tərəfindən isə xx.xx.2024-cü il tarixli rəsmi məktubla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edərək bir çox şəxslərin, o cümlədən inzibati protokolda adları qeyd olunan şəxslərin əmək müqaviləsinə xitam verildiyi üçün tikinti ərazisinə buraxılışlarının ləğv edilməsi xahiş olunmuşdur. Digər tərəfdən inzibati protokolun fakt hissəsində yalnız DİN-nin məlumatı göstərilmişdir. Lakin bu məlumatların nədən ibarət olunduğu, o cümlədən həmin şəxslərin əmək müqaviləsinə xitam verildikdən sonra qanunsuz olaraq iş və xidmətin icrasına cəlb olunmasının aşkarlanması ilə bağlı hər hansı bir fakt, sübut göstərilməmişdir. Göründüyü kimi, vəzifəli şəxs olaraq Mustafa Sutcuoğlunun əməlində hər hansı bir inzibati xətanın tərkibi yoxdur. İnzibati pozuntu qəsdən və ya bilməyərəkdən digər subyektin hüquqlarının məhdudlaşdırılması və ya pozulmasıdır. Qeyd olunan faktlarla şirkət tərəfindən heç bir qayda pozuntusu törədilmədiyi sübut olunur. Bundan başqa inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib edilməmişdir, inzibati xəta haqqında protokol tərtib edilərkən onun nümayəndəsi dəvət edilsədə və hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır. Halbuki qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. Bundan əvvəldə eyni hal üzrə X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-5967/2024 saylı qərarı ilə "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 3(103)-261/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Eyni zamanda Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 3(011)-3380/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim Rafail Sadıxov) sözügedən protokolda adları göstərilmiş şəxslərin əmək müqaviləsinə xitam verildikdən sonra qanunsuz olaraq iş və xidmətin icrasına cəlb olunmasının aşkarlanması ilə bağlı hər hansı bir sübut təqdim edilmədiyindən X8 Xidmətinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli vəzifəli şəxsə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinə uyğun izahat verərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9, X10 xx.xx.2025-ci ildə, X4, X7 xx.xx.2025-ci ildən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qayadada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Qarabağ və Şərqi Zəngəzur rayonlarında işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Bu səbəbdən "xxxx" MMC-nin direktoru Mustafa Sutcuoğlu xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 3.000 manat məbləğində cərimə edilmişdir. Əmək müqaviləsi bildirişlərindən görünür ki, X1 işə başlaması xx.xx.2024-cü il, əmək müqaviləsinə xitam verilməsi xx.xx.2025-ci il, X2 işə başlaması xx.xx.2024-cü il, əmək müqaviləsinə xitam verilməsi xx.xx.2025-ci il, X5 işə başlaması xx.xx.2024-cü il, əmək müqaviləsinə xitam verilməsi xx.xx.2025-ci il, X3 işə başlaması xx.xx.2024-cü il, əmək müqaviləsinə xitam verilməsi xx.xx.2025-ci tarixlərində olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və "xxxx" QSC-yə ünvanlanmış 10 yanvar 2025-ci il tarixli məktublardan görünür ki, "xxxx" MMC-nin rəhbərliyi Qarabağ ərazisində yol tikinti işlərinin aparılması ilə bağlı "xxxx" MMC-nin icazə üçün müraciət etdiyi şəxslərin müqavilə müddətlərinin bitməsi və öz xahişləri ilə işdən azad olmaları ilə əlaqədar olaraq təhlükəsizliyin təmin olunması məqsədi ilə tikinti ərazisinə buraxılmamasının təmin olunmasını xahiş etmişdir. İcazə verilən şəxslərin və nəqliyyat vasitələrinin siyahısından görünür ki, X9, X10, X4, X7 üçün "xxxx" MMC tərəfindən icazə alınmışdır. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə iclasında şikayətçinin vəkilinin verdiyi izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Sutcuoglu Mustafa tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Sutcuoglu Mustafa barəsində xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsinə əsas isə X3, X5 xx.xx.2025-ci ildə, X1, X2 xx.xx.2025-ci ildən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qayadada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Qarabağ və Şərqi Zəngəzur rayonlarında işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb olunması olmuşdur. Həmçinin məhkəmə iclasında Sutcuoglu Mustafanın vəkili bildirmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə işə başlamış, əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, X7 xx.xx.2024-cü il tarixdə işə başlamış, əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, X10 xx.xx.2024-cü il tarixdə işə başlamış, əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, X9 xx.xx.2024-cü il tarixdə işə başlamış, əmək müqaviləsinə xx.xx.2025-ci tarixdə xitam verilmişdir. Həmin şəxslər əmək müqavilələrinə xitam verildikdən sonra heç bir işə cəlb edilməmişlər. Göründüyü kimi həmin şəxslər üçün Qarabağ zonasına giriş üçün icazə alınma səbəbi, həmin şəxslərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün çalışmaları olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, şikayətçinin qeyd etdiyi hallar əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişlərinin surətləri ilə də təsdiqlənir. Bununla da, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən Sutcuoglu Mustafa barəsində əsassız olaraq xx.xx.2025-ci il tarixli MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Sutcuoglu Mustafanın şikayəti təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİ: Sutcuoglu Mustafanın şikayəti təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar