Məhkəmə qərarları › İş №3(011)-1466/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1466/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1466/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, şikayətçi X3, qərarından şikayət verilmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X4 iştirakları ilə, X3 Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayətinə yaşayış yeri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılması barədə vəsatət vermişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Fətəlixan Xoyski prospekti 119a ünvanında hərəkət etdiyi zaman svetoforun yaşıl işığında keçmiş, lakin tıxac olduğuna görə yolun orta istiqamətində gözlədiyi zaman arxada svetoforun qırmızı işığının yandığını görmədiyi və sol tərəfdən gələn maşınlara maneə törədəcəyinə görə yol açılan kimi sürməyə davam etmişdir. Bu zaman YPX əməkdaşı Ələsgər Hüseynov maşını sağa çəkib saxlamağını istəmiş, ona yaxınlaşaraq sənədlərini tələb edərək qayda pozduğunu bildirmişdir. Sənədləri yoxladıqdan sonra düz olduğunu görmüş və ona yol hərəkəti qaydalarını pozduğunu bildirmişdir. O, YPX əməkdaşına hər hansı qayda pozmadığını izah etmiş, əməkdaş ona öz planşeti ilə çəkdiyi video görüntünü göstərmişdir. O, yenə izah etməyə çalışmış, polis əməkdaşı heç nə demədən çıxıb getmiş və o, yoluna davam etmişdir. Təxminən 10 dəqiqə sonra “online” formada ona protokol yazılması barədə sms gəlmişdir. Polis əməkdaşı ona protokol tərtib edəcəyi barədə heç nə deməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Bakı şəhəri X10 İdarəsinin nümayəndəsi X7 şikayətçinin dəlilləri ilə razılaşmayaraq göstərdi ki, X6 xx.xx.2021-ci il tarixdə saat 12:56 radələrində Fətəlixan Xoyski prospekti 119a ünvanında svetoforun qadağanedici işarəsi verilərkən hərəkətinə davam etmiş, bu səbəbdən barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 60 manat məbləində cərimə edilmişdir. X3 müvafiq xətanı törətməsi iş materialları ilə, həmçinin məhkəmə iclasında tədqiq edilmiş videogörüntü ilə tam təsdiq edilir. YPX əməkdaşı inzibati xəta barədə X5 məlumat vermiş, inzibati xəta haqqında protokol tərtib etmiş, lakin, X6 avtomobilini sürərək uzaqlaşdığından inzibati xəta haqqında protokolu təqdim etmək mümkün olmamış, həmin protokol onun telefonuna göndərilmişdir. İnzibati xəta haqqında protokola baxılması barədə X5 məlumat vermişdir. İnzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə saat 12:56 radələrində Fətəlixan Xoyski prospekti 119a ünvanında svetoforun qadağanedici işarəsi verilərkən hərəkətinə davam etmiş, bu səbəbdən barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə saat 12:56 radələrində Fətəlixan Xoyski prospekti 119a ünvanında svetoforun qadağanedici işarəsi verilərkən hərəkətinə davam etmiş, bu səbəbdən İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir; Şikayətçinin dəlili: svetoforun yaşıl işığında keçmiş, tıxac olduğuna görə yolun orta istiqamətində gözlədiyi zaman arxada svetoforun qırmızı işığının yandığını görmədiyi və sol tərəfdən gələn maşınlara törədəcəyinə görə yol açılan kimi sürməyə davam etmiş, polis əməkdaşı ona protokol tərtib edəcəyi barədə heç nə deməmişdir. Məhkəmə, şikayətçinin dəlili ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş videogörüntüdən görünür ki, X3 “Chevrolet Malibu” minik markalı 99MY940 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu yol nizamlanan yolayrıcıdır, sonuncunun hərəkət etdiyi istiqamətdə svetoforun işıqları görünməsə də, yolayrıcının sol hissəsində (X5 nəzərən) svetoforun işıqları görünür, yolayrıcının sol hissəsində svetoforun yaşıl işığı yandığı halda və X3 hərəkət etdiyi istiqamətdə piyadalar keçidlə keçməyə başladığı halda X6 hərəkətinə davam edir, yolayrıcında tıxac yoxdur. Məhkəmə nəzərə alır ki, videogörüntüdə X3 hərəkət etdiyi istiqamətdə svetoforun işıqları görünməsə də, yolayrıcının sol hissəsində svetoforun işıqları görünmüş, yolayrıcının sol hissəsində svetoforun yaşıl işığı yandığı halda və X3 hərəkət etdiyi istiqamətdə piyadalar keçidlə keçməyə başladığı halda X6 hərəkətinə davam etmişdir. Nəqliyyat vasitələrinin hərəkət istiqamətləri nəzərə alınmaqla X3 hərəkət etdiyi istiqamətdə svetoforun yaşıl işığı yandığı halda yolayrıcının sol hissəsində (X5 nəzərən) svetoforun yaşıl işığının yanması inandırıcı olmadığından məhkəmə şikayətçinin svetoforun yaşıl işığında keçməsi barədə dəlilini əsassız sayır. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırı ki, X1 həmin istiqamətdə digər nəqliyyat vasitələri hərəkətinə davam etməmişlər. Yolda tıxacın olması ilə bağlı məhkəmə qeyd edir ki, videogörüntüdə yolayrıcında tıxac olması görünməmişdir. Həmçinin, Yol hərəkəti haqqında Qanunun 75-ci maddəsinin İİ hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Polis əməkdaşının ona protokol tərtib edəcəyi barədə heç nə deməməsi ilə bağlı məhkəmə qeyd edir ki, videogörüntüdə YPX əməkdaşının X5 qayda pozuntusu ilə bağlı protokol tərtib edəyəcəyini bildirməsi, sonuncunun isə ünvanına göndərməsi barədə deməsi müəyyən edilmişdir. Beləliklə, şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhəri X10 İdarəsi tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhəri X10 İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar