Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1468/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X8, X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin 16 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X16 şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin 16 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-136/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin 16 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16 dekabr 2024-cü il tarixli (MN №1808313) qərara əsasən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlməklə barəsində 4000 (dörd min) manat inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, tərəfndən X7, X5 və X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən memarlıq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Barəsində qəbul edilmiş qeyd edilən qərarla razı deyil. Qərar tamamilə qeyri-qanuni və əsassız olduğundan şərh edilənlərə əsasən ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, adları qərarda qeyd edilən vətəndaşlar həqiqətən də rəhbərlik etdiyi "xxxx" MMC-yə işləmək üçün müraciət etmişlər. X5 2024-cü ilin may ayının axırlarında işləmək üçün MMC-yə müraciət etmişdir. Həmin vaxt o, heç bir əmək fəaliyyətinə cəlb edilməmişdir. Bir neçə gün onunla telefon danışıqları və “Whatsapp” üzərindən yazışmalarla işin strukturunu izah edib başa salmışdır ki, fikirləşsin və razılaşdığı təqdirdə ona verilmiş siyahıya portal üçün öz məlumatlarını yazmasını, həmçinin də o, ona demişdir ki, mühasibə yaxınlaşsın işə qəbul edilməsi üçün hansı sənədlər lazımdır danışın. İşə qəbul etməzdən əvvəl onu üç bloklu binanın lahiyəsi ilə tanış olmağı yığılma qaydalarını izah etmişdir. Həmin vaxt heç bir əməyə cəlb edilməmişdir. Ona sadəcə görəcəyi işlərin qaydasını izah etmiş və vaxt vermişdir ki, fikirləşsin razılaşdığı təqdirdə yaxınlaşa bilər. Hər bir memar işə qəbul edilməzdən əvvəl görüləcək işlər barədə məlumatlandırılmalıdır. Həmin müddətdə də heç bir memarlıq işləri ilə məşğul olmamışdır. xx.xx.2024-cü il tarixdən razılığı ilə əmək müqaviləsi tərtib edilməklə işə qəbul edilmişdir və həmin vaxtdan da məlumatlar sistemə yerləşdirilmişdir. Digər işçi X9 qərarda qeyd edildiyi kimi xx.xx.2024-cü il tarixdən deyil, eyni qayda ilə işin strukturu izah edildikdən sonra razılığı ilə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi ilə işə qəbul edilmişdir. Həmçinin də X2 qərarda qeyd edildiyi kimi xx.xx.2024-cü il tarixdə deyil, eyni qayda ilə işin strukturu izah edildikdən sonra razılığı ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi ilə işə qəbul edilmişlər. Hər üç şəxsin işə qəbul edilməsində tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. İşin çətinliyini görüb hər üçü ona işdən azad edilmələrini bildirmişlər. Bu səbəbdən də əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad edildikdən 20 gün sonra məlum olmuşdur ki, işlədikləri müddət ərzində ciddi səhvlərə yol verməklə verilmiş tapşırıqları yanlış işləməklə ziyan vurmuşlar. Onlar həmin işləri yenidən etmək məcburiyyətində qalmışlar. Ona görə o, telefonla onlara iradını bildirmişdir. Xanım olduqları üçün onlardan vurduqları zərəri tələb etməmişdir. DƏMX-nin Bakı Şəhər İdarəsi onu da dəvət etməklə qarşılıqlı olaraq heç bir araşdırma aparılmadan ancaq müraciət etmiş şəxslərin qərəzli məlumatları əsasında işdə birtərəfli mövqe tutmaqla barəsində cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Qəbul edilmiş qərarda qeyd edilmişdir ki, guya əmək müqaviləsi qüvvəyə minmədən tərəfindən qeyd edilən şəxslər memarlıq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Lakin qərar qəbul edən orqan gəldiyi nəticəni təsdiq edən heç bir sübuta əsaslanmamışdır. Onlar əmək müqaviləsi qüvvəyə minmədən heç bir memarlıq işi ilə məşğul olmamışlar. Sübut etmə vəzifəsi qərar qəbul edən orqanın üzərinə düşdüyündən sübut etməlidir ki, həmin şəxslər həqiqətən əmək müqaviləsi qüvvəyə minmədən memarlıq işlərinin görülməsinə cəlb olunublar. Qəbul edilmiş qərar sübutlarla deyil, ancaq şübhə və ehtimallarla qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar ona istifadəsində olan ***-***-**-** telefonuna həftənin 3-cü günü, yəni xx.xx.2024-cü il tarixdə SMS-lə məlumat verilmişdir. Bundan sonra qərarı əldə etmişdir. Məhkəmə iclasında X11 etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin 16 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X12 16 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X16 tərəfindən X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilmələri faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X16 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin nümayəndəsinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X13 tərəfindən tərtib olunmuş 16 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xxxx" MMC-nin direktoru X16 tərəfindən X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri faktı aşkar edildiyindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-421/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X16 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız və ya qanunsuz olması, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilməsi və həmin qərarın ləğv edilməsi üçün hər hansı bir əsasın olması sübuta yetirilməmişdir. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən X11 direktoru olduğu "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat məbləğində inzibati cərimə edilmiş və daha sonra həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməməklə qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 16 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1468/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1468/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver