Məhkəmə qərarları › İş №3(011)-147/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-147/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-147/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC Bakı şəhəri, 2024-cü ilin 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat noyabr ayı üzrə dekabr ayının 15-dək təqdim edilməli olduğu halda, 2 gün gecikmə ilə dekabr ayının 17-də təqdim edilmişdir. Bu səbəbdən Bakı Şəhər Statistika İdarəsi tərəfindən 18 dekabr 2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsi nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs MMC Bakı şəhəri, 2024-cü ilin 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat noyabr ayı üzrə dekabr ayının 15-dək təqdim edilməli olduğu halda, 2 gün gecikmə ilə dekabr ayının 17-də təqdim edilmişdir. Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahat verərək göstərdi ki, Bakı şəhər Statistika İdarəsinin rəis müavini X5 tərəfindən direktoru olduğu Şəxs barəsində AR İnzinbati Xətalar Məcəlləsini 389-cu maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokol üzrə 3(011)-147/2025 nömrəli inzibati xəta haqqında iş Sizin icraatınızdadır. Nəzərə çatdırır ki, sözügedən protokolda AR İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinin əsası kimi tərəflərindən 2024-cü ilin (aylıq) 4-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı noyabr ayı üzrə dekabr ayının 15-ə dək təqdim edilməli olduğu halda, 2 gün gecikmə ilə dekabr ayının 17-də təqdim etməkləri göstərilmişdir. Nəzərə çatdırmaq istəyir ki, 2024-cü ilin (aylıq) noyabr ayı üzrə 12 ticarət (malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi) və 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) statistik hesabatı xx.xx.2024-cü il tarixdə tərəfindən qanunvericliyin tələbinə uyğun olaraq tərətib edilmişdir. Qeyd edir ki, 2024-cü ilin (aylıq) noyabr ayı üzrə tərtib edilmiş statistik hesabatlar həmin gün elektron sistem vasitəsilə göndərilmişdir. 12 ticarət (malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi) statistik hesabatı həmin gün elektron sistem tərəfindən təsdiq edilsə də, lakin 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) statistik hesabat elektron sistem tərəfindən sistemdə baş verən xətalar ucbatından təsdiqlənməmişdir. Lakin onların 2024-cü ilin (aylıq) noyabr ayı üzrə tərtib edilmiş 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) statistik hesabatının sistem tərəfindən təsdiq edilməməsindən məlumatları olmamışdır. Bundan sonra 13 və 14 dekabr tarixlərində Bakı Şəhər Statistika İdarəsi tərəfindən onlara mail göndərilərək 4 əmək (aylıq) statistik hesabatı təqdim etməkləri bildirilmişdir. Qeyd edir ki, Bakı Şəhər Statistika İdarəsi tərəfindən onlara mail vasitəsilə 4 əmək (aylıq) statistik hesabatı təqdimt etməkləri ilə bağlı məlumat göndərməsindən yalnız 17 dekabr tarixində məlumatları olmuş və elə o zaman 4 əmək (aylıq) statistik hesabatın Bakı Şəhər Statistika İdarəsinə göndərilmədiyindən xəbərləri olmuşdur. Bundan sonra tərəflərindən dərhal elə həmin gün (xx.xx.2024-cü il tarixdə) 4 əmək (aylıq) statistik hesabat Bakı Şəhər Statistika İdarəsinə təqdim olunmuşdur. Yəni 4 əmək (aylıq) statistik hesabat qəsdən, təqsirli olaraq gec təqdim edilməmişdir. Həmin hesabat onlardan asılı olmayan səbəblərdən xx.xx.2024-cü il tarixdə hesabatı təqdim edən zaman elektron sistem baş verən xətalar ucbatından vaxtında təqdim edilməmişdir. Həmçinin onu da qeyd edir ki, əgər onların hesabatı təqdim etməmək kimi bir niyyətləri olsa idi, o zaman xx.xx.2024-cü il tarixdə 12 ticarət (malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi) statistik hesabatı da tərtib edərək təqdim etməzdilər. Onu da bildirir ki, əvvəlki dövrlərdən fərqli olaraq Bakı Şəhər Statistika İdarəsi tərəfindən onlara 2024-cü ilin noyabr ayı üzrə (aylıq) 4 əmək (aylıq) statistik hesabatı təqdim etməməkləri və bu barədə onlara maillə müraciət ünvanlamalarına dair zəng edilərək heç bir məlumat da verilməmişdir. Görünən odur ki, onların statistik hesabatı təqdim etməmək kimi bir niyyətləri olmamışdır. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri əxlaqi əməl başa düşülür. Yuxarıda göstərdiyi xüsusatlardan açıq-aydın görünür ki, hazırki iş üzrə direktoru olduğu şirkətin heç bir təqsiri olmamışdır. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimaitəhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrindən biri də inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdır. Lakin Bakı şəhər Statistika İdarəsinin rəis müavini Rasim Quliyev hazırki mövcud vəziyyəti hərtərəfli, tam, obyektiv araşdırmadan protokol tərtib etmişdir. Belə ki, 2024-cü ilin aylıq (noyabr) ayı üzrə 4 əmək statistik hesabatatını təqdim etməmək kimi bir niyyətləri olmadığı halda, həmçinin üzürlü səbəblərdən dolayı 2 gün gec təqdim etməklərinə görə əsassız olaraq direktoru olduğu müəsissə barəsində AR İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsilə protokol tərtib edilməsi təqsirsizlik peruzimpsiyasına ziddir. Yuxanda qeyd etdiyi xüsusatlardan dolayı hesab edir ki, Bakı şəhər Statistika İdarəsinin rəis müavini X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Protokol tamamilə qanunsuz və əsassız olduğundan ləvğ edilməli və direktoru olduğu müəsissə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı Şəhər Statistika İdarəsinin rəis müavini X5 tərəfindən 18 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat noyabr ayı üzrə dekabr ayının 15-dək təqdim edilməli olduğu halda, 2 gün gecikmə ilə dekabr ayının 17-də təqdim edilmişdir. İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında 2024-cü il tarixli rəsmi statistika hesabatından görünür ki, Şəxs MMC 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat noyabr ayı üzrə dekabr ayının 15-dək təqdim edilməli olduğu halda, 2 gün gecikmə ilə dekabr ayının 17-də təqdim edilmişdir. Məhkəmə, inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 25 fevral 2014-cü il 15/06 №li Qərarına əsasən Hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları tərəfindən yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim edilir: - kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək, kiçik sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18dək. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs «Şəxs MMC tərəfindən 2024-cü ilin 4 əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat noyabr ayı üzrə dekabr ayının 15-dək təqdim edilməli olduğu halda, 2 gün gecikmə ilə dekabr ayının 17-də təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389cu maddəsi ilə təqsirli bilənərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar