Məhkəmə qərarları › İş №3(011)-1472/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1472/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1472/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sülhanə Sərdar qızı, «X1 LTD» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: xx.xx.2023-cü il tarixdə «X1 LTD» Məhdud Məsuliyyətli Cəmiyyəti məxsus “Ford Transit” yük markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsi ərizə ilə müraciət edərək «X1 LTD» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib olunmuş İXP 51385696 saylı protoklun nömrəsində texniki səhvə yol verildiyi üçün protokolun geri qaytarılmasını xahiş etmişdir. Hazırkı protokolun baxılmadan geri qaytarılması barədə vəsatətini nəzərə alaraq hesab edirəm ki, bu vəsatət təmin edilməli və porotokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib edən quruma geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52-ci və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: «X1 LTD» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar