Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1473/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı Xətai Rayon Məhkəməsinə təqdim etmişdir. İnzibati xəta haqqında protokol məhkəməyə göndərilərkən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulduğundan, yəni barəsində inzibati protokol tərtib edilmiş Şəxs məhkəməyə təqdim edilmədiyindən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.5-ci maddəsinə əsasən «İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir». Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində inzibati həbs növündə inzibati tənbeh nəzərdə tutulduğuna görə işə dərhal baxılmalıdır. Buna baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə gəlməsi aidiyyəti vəzifəli şəxs (şəxslər) tərəfindən təmin edilməmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 103, 118-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1473/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1473/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver