Məhkəmə qərarları › İş №3(011)-1475/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1475/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1475/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın sədrliyi, X1 iclas katibliyi, Bakı şəhər DYPİ-nin polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şabran rayonu, Uzunboyad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.4-cü maddələri ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxx 2021-ci il tarixdə saat 14:10 radələrində idarə etdiyi “Zongshen Spex 150” markalı, 99-B-394 dövlət qeydiyyat nişanlı motosikl ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində sol zolaqla mərkəz istiqamətində hərəkət edən zaman ön əyləci tutmadığı üçün “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vurmuşdur. Eyni zamanda sürücü motosikli sürücülük hüququ olmadan idarə etmişdir. Bununla da o, İXM-in 327.1-ci, 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhər DYPİ-nin polis mayoru X3 tərəfindən xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək, izahatında göstərdi ki, həqiqətən də xx xxxx 2021-ci il tarixdə, saat 14:00-da o, özünə məxsus “Zongshen Spex 150” markalı, 99-B-394 dövlət qeydiyyat nişanlı motosikli sürücülük vəsiqəsi olmadan idarə etmiş, Xətai rayonu, Babək prospektində sol zolaqla mərkəzi istiqamətdə saatda 40 km/saat surətlə hərəkətdə olduğu zaman qarşısında hərəkətdə olan “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfil saxlayan vaxtı motosiklin ön əyləci tutmadığı üçün o, motosiklin ön hissəsi ilə avtomobilin arxa hissəsini vurmuşdur. Xəsarət alan olmamışdır. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhər DYPİ-nin polis mayoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 14:10 radələrində idarə etdiyi “Zongshen Spex 150” markalı, 99-B-394 dövlət qeydiyyat nişanlı motosikl ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində sol zolaqla mərkəz istiqamətində hərəkət edən zaman ön əyləci tutmadığı üçün “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vurmuşdur. Sürücü motosikli sürücülük hüququ olmadan idarə etmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4.-cü maddəsi ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar