Məhkəmə qərarları › İş №3(011)-1476/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1476/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1476/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Tovuz rayonunun Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Tovuz rayonu, Əlibəyli ərazi dairəsinin Əlibəyli kəndində qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski 39 ünvanında yerləşən “Terras” çay evində saat 21:00 radələrində müştərilərə qəlyan verərək karantin rejimini pozmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx xxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 211.1-ci maddəsi nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx xxxx 2021-ci il tarixli protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski 39 ünvanında yerləşən “Terras” çay evində saat 21:00 radələrində müştərilərə qəlyan vermişdir. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1 xx xxxx 2021-ci il tarixli raportundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 20:45 radələrində inzibati ərazidə xidmətdə olarkən Xətai rayonu, G.Şıxlinski küçəsi 39 C ünvanında yerləşən TERAS çay evində pandemiya ilə bağlı karantin qaydalarını yoxlayan zaman qeyd olunan çay evində müştərilərə qəlyan avadanlığının istifadə edilməsi üçün satıldığı aşkar olunmuşdur; Şəxs xx xxxx 2021-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində işlətdiyi çay evinə gələn iki müştəri ondan qəlyan çəkmək istədiklərini bildirmişlər, o, isə maddi vəziyyəti yaxşı olmadığı üçün qəlyan düzəldib onlara vermişdir, lakin saat 21:00 radələrində polis əməkdaşları çayxanaya daxil olaraq, onun karantin rejimini pozduğunu aşkar etmişlər; inzibati qaydada tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur; xx xxxx 2021-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs İnzabti Xətalar Məcəlləsinin 211.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyindən barəsində inzibati xəta törətməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar saat 00:00-dək uzadılmış, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 511 nömrəli Qərarının 1-ci hissəsində “31 yanvar” sözləri “1 aprel” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxxxxxx 2020-ci il tarixli Qərarı ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə qəlyan avadanlıqlarından istifadə etmək qadağan edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs bu tələblərə riayət etməyərək xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski 39 ünvanında yerləşən “Terras” çay evində saat 21:00 radələrində müştərilərə qəlyan verərək karantin rejimini pozmuşdur. Qeyd olunan halı Şəxs mübahisələndirməyərək etiraf etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Qeyd olunan hallar inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatları və digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri üzrə məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən saat 01:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx xxxx 2021-ci il tarixdən saat 01:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar