Məhkəmə qərarları › İş №3(011)-1477/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1477/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1477/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru polis leytenantı X1, Zərərçəkmiş şəxs Məlikova Aygül Mövlüd qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1983-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Quba şəhəri, Heydər Əliyev prospekti, ev 1, mənzil 37-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx xxxx 2021-ci il tarixdə ünvan 1 mənzil 1 ünvanında yaşayan keçmiş həyat yoldaşı Məlikova Aygül Mövlüd qızına qarşı nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X2 tərəfindən xx xxxx 2021-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, keçmiş həyat yoldaşının onunla bağlı dedikləri şər və böhtandır, həqiqətləri əks etdirmir. 1 ildən artıqdır ki, oğlunu ondan uzaq saxlayır. Alimentini ödəyir, görüşəndə lazım olan ehtiyaclarını alıb verir, lakin görüşməyə və danışmağa imkan vermir. 3 yaşından indiki 6 yaşına kimi olan dövrdə anası və digər yaxınları oğlu Nicatı görmür. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Məlikova Aygül Mövlüd qızı izahat verərək göstərmişdir ki, sabiq həyat yoldaşı Şəxs ona başqa nömrələrdən zəng edərək, narahat edir, onun şərəf və ləyaqətini alçaldaraq, ünvanına böhtan dolu ifadələr işlədir. Valideynləri ilə yaşadığı ünvana gəlib, onu rəzil edəcəyini bildirir və hədələyir. Onun dinç yaşamağına maneçiliklər törədərək, onun və valideynlərinin sağlamlığında ciddi problemlər yaradır. Beləliklə o, müvafiq tədbirlərin görülməsi üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru polis leytenantı X2 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri izahatları, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxsin izahatını və inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri – cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, ona 100 (yüz) manat məbləğində cərimə təyin edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar