Məhkəmə qərarları › İş №3(011)-148/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-148/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-148/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Aynur Abdullayeva Aydın qızının sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, X1 Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 974278 saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 974278 saylı İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda X3 məhkəməyə yazılı ərizə ilə müraciət edərək şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Vəsatəti nəzərə alaraq hesab edirəm ki, bu vəsatət təmin edilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə İnzibati tənbeh verməlar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52-ci və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 974278 saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar