Məhkəmə qərarları › İş №3(011)-1483/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1483/2022

06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1483/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi ilə X1 Bakı Nəqliyyat Agentliyinin 24 fevral 2022-ci il tarixli BNA seriyalı ******* nömrəli, 01 mart 2022-ci il tarixli BNA seriyalı ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli və digər inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin 24 fevral 2022-ci il tarixli BNA seriyalı ******* nömrəli, 01 mart 2022-ci il tarixli BNA seriyalı ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli və digər inzibati tənbeh vermə haqqında qərarların ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə hesab edir ki, X4 ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarların ləğvinə dair bir şikayət ərizəsi ilə müraciət etdiyindən və bir neçə inzibati tənbeh vermə haqqında qərarın ləğvinə bir ərizə ilə baxılması mümkün olmadığından verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə belə hesab edir ki, X1 Bakı Nəqliyyat Agentliyinin 24 fevral 2022-ci il tarixli BNA seriyalı ******* nömrəli, 01 mart 2022-ci il tarixli BNA seriyalı ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli və digər inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 Bakı Nəqliyyat Agentliyinin 24 fevral 2022-ci il tarixli BNA seriyalı ******* nömrəli, 01 mart 2022-ci il tarixli BNA seriyalı ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli və digər inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. X3 qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar