Məhkəmə qərarları › İş №3(011)-1486/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1486/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1486/2024 26.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş 26 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2093/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 3821 manat aliment pulu tutularaq X4 ödənilməlidir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, borclu Şəxs qismən ödənişlər etmişdir, lakin tam ödəniş etmədiyindən 3821 manat aliment borcu yaranmışdır. Şəxs barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, icra sənədi üzrə bu günə qədər 14000 manata yaxın ödəniş etmişdir. Maddi vəziyyəti ilə əlaqədar tam ödəniş edə bilmir. Məhkəmə zalında 400 manat ödəniş edə bildiyini, qalan borcu isə hissə-hissə ödəyəcəyini, icra məmurunun tələblərini yerinə yetirdiyini, icra sənədinin icrasından yayınmaq niyyətinin olmamasını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2(011)-2093/2023 saylı icra sənədindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 220 manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-4367/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun ifadəsini dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati icraat aparılan Şəxs icra sənədi üzrə ödənişlər edir. Belə ki, iş materiallarında olan xx.xx.2024cü il tarixli qəbz üzrə 250 manat, xx.xx.2024-cü il tarixlii qəbz üzrə 150 manat, xx.xx.2024cü il tarixli qəbz üzrə 400 manat, xx.xx.2024-cü il tarixli qəbz üzrə 500 manat və məhkəmə iclasında 400 manat ödəniş etmişdir. Bu xüsusatlar göstərir ki, o qərəzli şəkildə icra sənədinin icrasından yayınmır mütəmadi ödənişlər edir sadəcə maddi imkanı olmadığından tam ödəniş edə bilməmiş və aliment borcu yaranmışdır. Şəxs icra sənədini qərəzli olaraq icra etmədiyi barədə hər hansı sübut iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, inzibati işin materialları araşdırılmaqla müəyyən olunur ki, Şəxs tələbkara aliment üzrə ödənişlər etmiş, məhkəmə zalında da ödəniş etmiş, icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmamış, icra məmurunun qanuni tələblərindən üzrsüz səbəbdən yayınmamışdır və iş üzrə bunun əksini təsdiq edən sübutlar (Şəxs əlavə gəlirlərinin mövcud olması, borcun ödənilməsinə yönəldilə biləcək əmlakı gizlətməsi, icra məmurunun çağırışlarına gəlməməsi və s.) mövcud deyildir. Bu isə onun qərəzli olaraq icradan boyun qaçırmamasını bir daha sübut edir. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53 və 105-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar