Məhkəmə qərarları › İş №3(011)-1488/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1488/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1488/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 14.12.2021-ci il tarixli EQ/ seriyalı ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş 15.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 14.12.2021-ci il tarixli EQ/ seriyalı ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş 15.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 14.12.2021-ci il tarixində özünə məxsus BMW 535i markalı, ** TR *** qeydiyyat nişanlı avtomobilim ilə Yusif Səfərov küçəsi ilə üzü Babək prospekti və Heydər Əliyev prospektinə "Ramstore" t/m (Körpünün yanı) hərəkətdə olaron EQ/8550777 saylı elektron protokol tərtib edilmişdir. "Yol nişanları və siqnalları haqqında" 1968-ci il Konvensiyasına əsasən bu protokolun tərtib olunması qanunaziddir. Bu gün yollarda 5.8.1-5.8.2 nişanlarının ciddi çatışmazlığı var. Yolayrıcına yaxınlaşanda sürücü son anda hara və hansı istiqamətdə gedəcəyini bilir. Bu sanki kənardan tələyə bənzəyir. Yol nişanlarının quraşdırılma standardı var və bu nişanlar məhz bu standardla quraşdırıla bilərlər. Bundan kənara çıxmaq olmaz. Yol nişanlarının quraşdırılması ГОСТ 23457-86 və "Yol nişanlarının quraşdırılmasının texniki reqlamenti" ilə nizamlanır. İlk olaraq, 5.8.1 və 5.8.2 nişanları yolayrıcında elə quraşdırılmalıdır ki, sürücü öncədən nişanı görsün və vaxtında 1.1 xətti başlamadan zolağı dəyişə bilsin. Əgər sürücüyə bu nişanı görmək çətinliyi yaranırsa, bu nişanlar yolayrıcına qədər də, təkrarlanmalıdır. Qanunda qeyd edilir: 1.18 nişanlanması 5.8.1 və 5.8.2 "Zolaqlar üzrə hərəkət" nişanını təkrarlayır. Yəni bu cür yolayrıcılarında xəttləmə 5.8.1 və 5.8.2 nişanı ilə təkrarlanmalıdır. CD diskdə əlavə edilmiş fayl videolardan da aydın görmək olar ki, şəhərin heç bir yollarında rastlaşmamışam bu cür nişanlanma çəkilməsi ilə. Sanki bu nişanlanma bilərəkdən bu formada təskil edilmişdir həmin ərazidə. Şəhərin heç bir yerində təhlükəsizlik adacığından sonra 1.1 düz xətt nişanı bu ərazidəki qədər uzadılmamışdır. Əksinə əksəriyyət yerlərdə 1.5 yəni qırıq xətlərlə nişanlanma aparılmış və sürücü üçün son ana qədər sağa və ya sola çıxmağa şərait yaradılmışdır. Həmçinin həmin yerdə eyni ərazidə sağ tərəfdə (videolarda var) adacıqdan sora qırıq xətlərlə şərait yaradılmış və yerdə əlavə nişanlanma çəkilmişdir, lakin bir neçə metr bu tərəfdə isə tam tərsi. Sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Əvvəla onu qeyd etmişdir ki, həmin yolun üzərində qurulan nişan sürücünün göz hizasında deyil və təkrarlanmır. Bu bir yana həmin nişanda göstərilənə görə ən sol zolaq Babək və Xocalı prospektinə gedir. Ən sol zolaqdan sorakı zolağa da Heydər Əliyev qeyd edilib və sürücü Heydər Əliyev prospektinə getmək istəyirsə deməli həmin nişana görə ən sol zolaqdan yox, sonrakı ikinci zolaqdan gedəcək. Həmin zolaq isə əslində Babək prospektinə gedir Heydər Əliyev prospektinə yox. Sürücü bunu son anda görür. Səhv nişanlanmaya görə sürücü məsuliyyətə cəlb oluna bilməz. Əlavə olaraq həmin zolaqların bölünmə yerində də bir qarışıqlıq var. Belə ki, lap köhnədən olan nişanlanma yerdən silinməmişdir, yerdə sanki Babək prosoekiinə iki giriş var kimi qeyd edilib. Konvensiyanın 2.6.9-cu bəndində qeyd edilir ki, bir istiqamətdə hərəkət zolaqlarının sayı üçdən çoxdursa, 5.8.1 və 5.8.2 nişanları əvvəlcədən quraşdırılmalıdır. Nişanlar yolun hərəkət hissəsinin üstündə quraşdırılmalıdır ki, sürücülərin lazımi dəyişiklikləri vaxtında etmək imkanı olsun. İşarələr hər biri nəzərdə tutulduğu zolağın ortasından yuxarıda yerləşdirilməlidir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərardan məlumatı olmadığından, qərarın surəti ona rəsmi qaydada göndərilmədiyindən, qərarın surətini gec əldə etdiyindən və ambulator xəstə olduğundan qərardan şikayət vermə müddətinin üzrlü səbəbdən ötürülməsini nəzərə alaraq müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsini müdafiə edərək Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 14.12.2021-ci il tarixli EQ/ seriyalı ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş 15.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhəri X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə X1 qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətini nəzərdən keçirib hesab edir ki, müddət üzrlü səbəbdən buraxıldığından bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati tənbeh vermə haqqında qərarın İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada X2 rəsmi qaydada verilməsi iş materialları ilə təsdiq olunmamışdır. Buna görə də qərardan şikayət vermə müddəti bərpa edilməlidir. İş materiallarında olan 14.12.2021-ci il tarixli EQ/ seriyalı ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş 15.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 “BMW 535İ” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan yol nişanlarının tələblərini pozduğuna görə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, X3 barəsində Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 14.12.2021-ci il tarixli EQ/ seriyalı ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş 15.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X1 hansı yol nişanının tələbini pozduğu və bunu hansı sübutla müəyyən edildiyi protokolda göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 14.12.2021-ci il tarixli EQ/ seriyalı ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş 15.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X5 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 14.12.2021-ci il tarixli EQ/ seriyalı ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş 15.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X5 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar