Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1489/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə X2 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09.02.2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09.02.2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, 09 fevral 2022-ci il tarixdə saat 14:35 radələrində mülkiyyətində olan "Hyundai Elantra" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yolun sağ zolağına çəkərək saxlamışdır. Qeyd edilməlidir ki, maşını sağ 2-ci zolaqda dayandırmışdı. Lakin o, maşını nasazlıq olduğuna görə qəza işıqlarını yandıraraq durdurmuş, nasazlığı aradan qaldırmağa çalışmış, təxminən 3 dəqiqə sonra hərəkəti bərpa etmişdi. Ancaq buna baxmayaraq əsassız olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati məsuliyyətə cəlb olunaraq barasində BNA ******* nömrəli qərar qəbul olunmuşdur. Qərar əsassız olduğundan ləğv edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsi hansı pozuntuların foto və ya qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi ilə bağlı maddələri göstərib. Bunlar: 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrdir. Dayanma və durma qaydalarının pozuntusu isə 346.1-ci maddədir və diqqət etdinizsə, bu maddələrin arasında 346.1-ci maddə yoxdur. Deməli yollarda quraşdırılmış kamera vasitəsilə dayanma və durma qaydaları pozuntusunun aşkar edilməsi 122-ci maddənin pozuntusudur. Bakı Nəqliyyat Agentliyi, Dayanma, durma və parklanma qaydalarının nizamlanması şöbəsinin müdiri v.m.i.e Vüqar Hüseynov tərəfindən qərar qəbul edilərkən İXM-nin 346.1-ci maddəsinə istinad edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş ******* nömrəli, 09.02.2022-ci il tarixli qərarı ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, X3 və Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə X2 və Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09.02.2022-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. “X6” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İ bəndinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Vİİ bəndinə əsasən dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkildən məlum olur ki, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində, 2-ci cərgədə durmuşdur. 2-ci cərgədə saxlamaqla digər hərəkət iştirakçılarının, xüsusilə də ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə əhəmiyyətli dərəcədə maneə yaratmışdır. X1 şikayətində göstərdiyi xüsusat, yəni maşını nasaz olduğuna görə qəza işıqlarını yandıraraq durdurması onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Həmçinin Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində göstərilən inzibati xəta haqqında iş üzrə icraat həmin Məcəllənin 124-cü maddəsinə uyğun aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə əsasən Bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X3 09.02.2022-ci il tarixdə Xətai rayonu, Xocalı prospektində "Hyundai Elantra" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə durma qaydasını pozmuş və bu fakt fotoşəkillərlə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09.02.2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09.02.2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1489/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1489/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver