Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1494/2021 20.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X1, şikayətçi X3 iştirakları ilə, X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş BNA0754835 nömrəli qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş BNA0754835 nömrəli elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2 vəsatət verərək X6 tərəfindən qərardan şikayət vermə müddətinin ötürüldüyünü, bu səbəbdən şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması qərardad qəbul edilir. İş materiallarından müəyyən edilir ki, X6 tərəfindən şikayət verilmiş qərar sms vasitəsi ilə ona 2020-ci ilin may ayında göndərilmiş, sms sonuncuya çatrmış, həmçinin, X6 Bakı Nəqliyyat Agentliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətində BNA0754835 nömrəli qərarın ləğvini xahiş etmiş, o, belə bir qərarın qəbul edilməsində həmin tarixdə məlumatlı olmuş, xx xxxx 2021-ci il tarixdə həmin qərardan məhkəməyə şikayət vermişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayətin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilmədiyini, buraxılmış müddətin bərpa edilmədiyini, bununla da, təqdim edilmiş materialların natamam olduğunu, işə baxılarkən tamamlamaq mümkün olmadığını nəzərə alaraq hesab edirəm ki, şikayətin onu tərtib etmiş şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Həmçinin, şikayət vermiş şəxsə müddəti üzrlü səbəbdən buraxdığı halda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş BNA0754835 nömrəli qərarın ləğv edilməsinə dair şikayəti və ona əlavə olunmuş sənədlər X4 geri qaytarılsın. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1494/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1494/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver