Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1496/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, şikayətçi X1 nümayəndəsi və vəkili X4 iştirakı ilə, X1 Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-si tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-si tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən “Həyat” kafesində mühafizəçi olaraq işləyir. xx.xx.2021-ci il tarixində saat 00:35 radələrində Xətai Rayon Polis İdarəsinin bir qrup əməkdaşı işlədiyi kafeyə daxil olaraq, saat 12-ni keçdikdən sonra yerində ictimai-iaşə xidməti göstərildiyini iddia etmiş, kafenin bir neçə işçisi polis bölməsinə aparılaraq həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi əsasında inzibati protokol tərtib edilmişdir. O, həmin gün bu məsələ ilə bağlı məlumat əldə etmək üçün təxminən 02:00 radələrində Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə getmişdir. Məsələ ilə bağlı suallar verərkən onun barəsində də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə vəzifəli şəxs qismində inzibati protokol tərtib olunmuşdur, lakin protokolun surəti ona təqdim edilməmişdir. Bildirməlidir ki, polis reydi zamanı kafedə hər hansı müştəri olmamış və yerində xidmət göstərilməsi yeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması üçün müəyyən edilmiş tələblərə uyğun olaraq saat 00:00-dək artıq dayandırılmışdır. Polis əməkdaşları kafedə yerində xidmət göstərilməsi ilə bağlı hər hansı sübut tapmasalar da inzibati xəta haqqında protokol tərtib etmişlər. Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi üzrə inzibati xəta tərkibinin yaranması üçün karantin qaydalarının tələbləri pozulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” xx xxxxxx 2021-ci il tarixli 9 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları iiə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilmişdir. Həmin qərarda ictimai-iaşə müəsssisələrinin yerində xidmətlə əlaqədar olmayan və sifarişləri yerinə yetirilməsi ilə bağlı fəaliyyətinə isə hər hansı məhdudiyyət qoyulmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, o, həmin kafedə mühafizəçi kimi işləyir və kafenin idarə edilməsi ilə bağlı hər hansı vəzifəsi yoxdur. Bu baxımdan onun barəsində vəzifəli şəxs qismində inzibati tənbeh tədbirinin tətbiqi tamamilə qanunsuzdur. Polis əməkdaşlarının reydi xx.xx.2021-ci il tarixində saat 00:35 radələrində həyata keçirilsə də, barəsində tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokolun tarixi və inzibati xətanın törədilmə vaxtı xx.xx.2021-ci il kimi göstərilmişdir. Halbuki həmin müddətdə onunla polis əməkdaşları arasında hər hansı ünsiyyət olmamışdır. Bu inzibati iş üzrə onun barəsində tətbiq edilmiş inzibati xəta haqqında rəsmi qaydada məlumatlandırılmamışdır. Onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında məlumatı asanpay.az saytındakı şəxsi kabinetindəki məlumatlar əsasında öyrənmişdir. Asanpay.az saytında şəxsi kabinetində cərimə haqqında məlumatlarda isə nə protokolun yazıldığı ünvan var, nə yazıldığı vaxt (saat) var. Bundan əlavə, sistemdə inzibati tənbeh tətbiqi haqqında qərarın qəbul edildiyi tarix göstərilsə də, onun nömrəsi qeyd edilməmişdir və qərarın surəti də sistemə elektron qaydada yüklənməmişdir. Sözügedən qərar ona rəsmi qaydada təqdim edilməmişdir. İnzibati xəta haqqında xx.xx.2021-ci i! tarixli MN ******* nömrəli protokol və həmin protokol üzrə qəbul edilmiş inzibati tənbeh tədbirinin tətbiqi haqqında xx.xx.2021-ci il tarixli qərar əsassız və qanunsuzdur. Ona nə yol verdiyi pozuntu haqqında, nə də barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında hər hansı məlumat verilməmişdir. Beləliklə o, barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokol üzrə qəbul edilmiş 4000 manat inzibati cərimə tətbiq edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən məlum olur ki, X3 xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi əsasında “Həyat” kafesində mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-si tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 211.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 18.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” xx xxxxxx 2021-ci il tarixli 9 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları iiə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilmişdir. Həmin qərarda ictimai-iaşə müəsssisələrinin yerində xidmətlə əlaqədar olmayan və sifarişləri yerinə yetirilməsi ilə bağlı fəaliyyətinə isə hər hansı məhdudiyyət qoyulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar saat 00:00-dək uzadılmış, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 511 nömrəli Qərarının 1-ci hissəsində “31 yanvar” sözləri “1 aprel” sözləri ilə əvəz edilmişdir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2021-ci il tarixdə İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Digər tərəfdən, inzibati orqan həm protokolda, həm də inzibati tənbeh vermə haqqında qərarda hər hansı vəzifəli şəxsi deyil, X2 məsuliyyətə cəlb etmiş, halbuki, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən məlum olur ki, X3 əmək müqaviləsi əsasında xx xxxxx 2020-ci il tarixdə “Həyat” kafesində mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhəri Xətai RPİnin 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-si tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1496/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1496/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver