Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1497/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 19.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 19.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 17.03.2022-ci il saat 16:10 radələrində özünə məxsus ** OU *** dövlət qeydiyyat nişanlı BMW 530 markalı avtomobili ilə Ali Məhkəmə qarşısında ** YP *** dövlət qeydiyyat nişanlı DYP ekipajı onu saxladı və avtomobilində arxada sağ və sol tərəf olmaqla 2 tərəfdən də səsboğucu sistemin quraşdırılmasının qaydayauyğun olmadığını bildirdi. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanununun 1 saylı əlavəsinin 6-cı bəndinə əsasən DYP əməkdaşına bildirdi ki, zərərli qazların ixracını təmin edən katalizator adlandırılan qurğu avtomobilin üzərindədir və onu da qeyd etmişdir ki, həmin bəndin əlavəsinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə olunmayıb. Xüsusi ayrılmış ərazidə və xüsusi cihaz ilə ölçülməsinə etiraz etmədi. Lakin polis əməkdaşı təkidlə ona zərərli qazların və mühərrikin səs gücünün çox olmasına görə yox, 2 səsboğucu çıxışın qadağan olunduğunu bildirdi. Heç bir izah olmadan avtomobili müvəqqəti dayanacağa qoyuldu və səhəri gün 2-ci kabinetə yaxınlaşmalı olduğu bildirildi. İnspektordan dəfələrlə ona yazılan protokolun nüsxəsini istəməyinə baxmayaraq onu ona təqdim etmədi və mesaj ilə gələcəyini bildirdi. Lakin təqdim etdiyi asan ödəniş sistemindən çıxan çıxarışa əsasən avtomobilini 17.03.2022-ci il saat 16:10 radələrində müvəqqəti dayanacağa təmin olunmasına baxmayaraq 24 saat keçdikdən sonra çıxarış əldə etdi və heç bir cərimə qeyd olunmadığının şahidi oldu. 19.03.2022-ci il saat təqribi 10:00 radələrində BDYP-ə yaxınlaşdı, 2-ci otaqda inspektordan protokolu təkidlə tələb etdikdən sonra ona 17.03.2022-ci ildə tərtib olunmuş, lakin 19.03.2022-ci ildə çap olunmuş protokol təqdim etdi. Avtomobilinə qoşulan səsboğucu sistem zəhərli qazların xaricinə və mühərrikin səs gücünə (95 DB) heç bir təsir etmir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanununun 1 saylı əlavəsinin 6-cı bəndinə əsasən heç bir normativ tələblər pozulmayıb. Səsboğucu sistemin 2 cür əməliyyatı olan zəhərli qazların ixracı və mühərrikin səs gücü heç bir qayda pozuntusuna yol vermir. İnzibati xəta haqqında protokol 17.03.2022-ci il tarixdə protokol tərtib edilərkən ona təqdim edilməyib, imza çəkməmişdir. İmzalamaqdan imtina etməyi barədə müvafiq qeydlər protokolda göstərilməmişdir. Protokol 2 gün sonra sistemə yüklənilib və yaxınlaşıb idarədən çap variantını götürmüşdür. Bu da onu göstərir ki, yol patrul inspektoru qərəzli şəkildə onu saxlayıb və qanunazidd əməlini törədib. Şikayəti aidiyyəti üzrə Xətai rayon polis idarəsində və ya Xətai rayon məhkəməsində baxıla biləcəyi ona bildirildi. Lakin məhkəmənin tam adekvat, qanunauyğun və müstəqil qurum olduğuna görə Xətai Rayon Məhkəməsinə müraciət etməyi qərara aldı. İnanır ki, yaranan konflikt ölkə qanunvericiliyinə və məhkəmə ədalətinə əsasən öz həllini tapacaq. Eyni zamanda dəymiş olan maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərarın surətini gec əldə etdiyindən qərardan şikayət vermə müddətinin üzrlü səbəbdən ötürülməsini nəzərə alaraq müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsini müdafiə edərək Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 19.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhəri X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə X1 qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətini nəzərdən keçirib hesab edir ki, müddət üzrlü səbəbdən buraxıldığından bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati tənbeh vermə haqqında qərarın İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada X2 rəsmi qaydada verilməsi iş materialları ilə təsdiq olunmamışdır. Buna görə də qərardan şikayət vermə müddəti bərpa edilməlidir. İş materiallarında olan İXP seriyalı ******* nömrəli 19.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 “BMW 530” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobildə normativ tələblər pozulmaqla avadanlıq quraşdıraraq İXMnin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. İş materiallarında olan TP seriyalı ******* nömrəli 19.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 “BMW 530” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobildə normativ tələblər pozulmaqla avadanlıq quraşdırmasına görə İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, protokolda sübutlara istinad edilməmiş, tərəfə Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, protokol imzalanmamışdır. “Yol hərəkəti haqqında” Qanunun 30 maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 1 saylı Əlavəsi - Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısının Vİ hissəsinə əsasən mühərrikdə nasazlıq aşağıdakılar hesab edilir: 1) İşlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi dövlət standartlarında müəyyən edilmiş kəmiyyətlərdən çox olduqda. 2) Yanacaq sisteminin hermetikliyi pozulduqda. 3) İşlənmiş qazları xaricetmə sistemi saz olmadıqda nasazlıq aradan qaldırılır. 4) Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə. Məhkəmə hesab edir ki, X3 barəsində Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 19.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 19.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X5 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 19.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X5 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1497/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1497/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver