Məhkəmə qərarları › İş №3(011)-1504/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1504/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1504/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, Bakı şəhər Xətai Rayon Polis İdarəsi Dövlət Yol X3 Təcrübə üzrə baş inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1997-ci ildə İsmayıllı rayonu, Qalagah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Al marketdə mağaza müdiri vəzifəsində işləyən, İsmayıllı rayonu, Qalagah kəndində ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu X7 küçəsi, ev 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialla açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş xx xxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi özünə məxsus «VAZ 21074» minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx xxxx 2021ci il tarixində Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi ilə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozaraq, onunla eyni istiqamətdə hərəkət edən digər hərəkət iştirakçılarının normal hərəkətinə maneçilik törədərək diqqətini cəlb etmiş və onlara həyati təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etmişdir. Sarayevo küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində saxlanılan zaman sürücü törətdiyi qayda pozuntularını inkar edib məsuliyyətdən yayınmağa çalışaraq tabesizlik göstərməyə başlamışdır. Sürücü sürücülük vəsiqəsini təqdim edərək özünün anlaqlı olduğu vəziyyətdə bu hərəkəti etdiyini bildirmişdir. Şəxs avtoxuliqanlıq etməsi, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə, yol hərəkəti qaydalarını davamlı olaraq pozması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx xxxx 2021-ci il tarixində gecə saatlarında dostunu evə ötürərkən idarə etdiyi «VAZ 21074» markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi ilə Məhəmməd Hadi küçəsi istiqamətində normal şəkildə, yolda müəyyən edilmiş hərəkət sürəti həddində hərəkət etmişdir. Sarayevo küçəsində geriyə dönmə hərəkətini edərkən yolun yaş olması nəticəsində maşının arxa hissəsinin sürüşmüşdür. Bu zaman Xətai Rayon Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılmış avtomobilinin hərəkətini dayandırmış, bu zaman YPX əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra kobud şəkildə «yolu dağıdadağıda gəlirsən» deyərək onu avtoxuliqanlıq etməkdə günahlandırmışdır. O isə heç bir qayda pozuntusuna yol vermədiyini bildirmiş, lakin YPX əməkdaşı təkidlə onun avtoxuliqan olduğunu demişdir. O, yolun yaş olmasını və bu səbəbdən dönmə hərəkətini həyata keçirərkən avtomobilin arxa hissəsinin sürməsini desə də, polis əməkdaşı yarım saatdan artıq müddətdə onu saxlayaraq səlahiyyəti daxilində heç bir tədbir görməmiş, inzibati xəta haqqında protokolu isə onun iştirakı olmadan tərtib etmişdir. O, bu işlə əlaqədar Bakı şəhər Xətai Rayon Polis İdarəsi X1muş, orada da müsbət nəticə hasil olmamış, sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə, yəni avtoxuliqanlıqla bağlı inzibati xəta haqqında protokol tərtib olunduğunu öyrənmişdir. O, barəsində tərtib edilmiş xx xxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla razı deyildir. YPX əməkdaşı Sarayevo küçəsi ilə hərəkətdə olarkən yolun yaş olması nəticəsində baş vermiş sürüşməyə avtoxuliqanlıq kimi qiymətləndirilməklə düzgün nəticəyə gəlməmişdir. O, ictimai qaydanı və əhalinin dincliyini qərəzli və nümayişkaranə şəkildə pozmamış, həmişə olduğu kimi intizamlı sürücü kimi davranmışdır. Qeyd olunanları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Xətai Rayon Polis İdarəsi Dövlət Yol X3 Təcrübə üzrə baş inspektoru, polis mayoru X5 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki halları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq - nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər hesab olunur. İş materiallarında olan videodiskə köçürülmüş görüntülərlə də Şəxs idarə etdiyi «VAZ 21074» markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Sarayevo küçəsi ilə hərəkətdə olarkən avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi öz təsdiqini tapmamış, həmçinin səlahiyyətli orqan tərəfindən də Şəxs avtoxuliqanlıq etməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir inzibati xəta törətməməsinə dair gətirdiyi dəlilləri əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində isə təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar