Məhkəmə qərarları › İş №3(011)-151/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-151/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-151/2023 17.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Zərərçəkmiş şəxs “Oba” marketin nümayəndələri X8 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru, polis mayoru X4 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X7 barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : X10 xx.xx.2023-cü il tarixində İ.Zülfüqarov küçəsi 27 ünvanında yerləşən “Oba” marketdən 04 qutu saqqız oğurlamış, xx.xx.2023-cü il tarixində Sadıqcan küçəsi 15 ünvanında yerləşən “Oba” marketdə kassa arxasında olan 300 manat dəyərində siqaret məhsullarını oğurlamışdır. Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən X7 İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 17 yanvar 2023-cü il tarixli MN1565372 saylı və xx.xx.2023-cü il tarixli MN1565371 saylı protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixində axşam saatlarında Xətai rayonu İ.Zülfüqarov küçəsində yerləşən "Oba" marketdən satıcıının başının qarışıq olmasından istifadə edib 04 qutu orbit saqqızını oğurlayaraq marketdən çıxıb getmişdir. Həmin saqqızları tanımadığı şəxsə satmışdır. Bundan əlavə xx.xx.2023-cü il tarixdə axşam vaxtı Xətai rayonu, Sadıqcan küçəsi 15 ünvanında yerləşən "Oba" marketə daxil olaraq kassirin yerində olmamasından istifadə edərək kassanın arxasına keçib rəfdən siqaret paçkaları götürüb gedərək onları oğurluqla ələ keçirmişdir. Təxminən 11- 12 paçka siqaretlərolmuşdur. Həmin siqaretləri satıb pulunu xərcləmişdir. Paçkası 3-4 manat dəyərində olan siqaretlər olmuşdur. Hadisənin videogörüntüsünə həmçinin baxmış, törətdiyi əməli səmimi etiraf edir, peşmandır. Həmin görüntü ilə bağlı bildirmək istəyirəm ki, daxil olan digər şəxsi tanımır, onunla birlikdə olmamışam, təsadüfən qarşılaşmışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları yaşadığım ünvana gələrək onu saxlayıb 36-cı polis şöbəsinə gətirmişlər. Törətdiyi əməllərdən səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs “Oba” marketin nümayəndəsi X8 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Gəncə prospekti ev 65, manzil 16-da yaşayan X8 36-cı PB-də ərizə və izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində müdir işlədiyi ünvan 3 ünvanda yerləşən Oba merketdən 100 manat dəyərində olan 4 qutu "Orbit" saqqızının naməlum şəxs tərəfindən satıcıların başlarının digər müştərilərə qarışıq olmasından istifadə edərək oğurlandığını aşkar etmişdir. Marketə dəymiş ziyan ödənilmədiyindən X10 ilə barışmamış, şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs “Oba” marketin nümayəndəsi X3 bildirmişdir ki, xx.xx.2023-cü il tarixində saat 19 radələrində ünvan 4 ünvanında yerləşən “Oba” marketdə kassa arxasında tək olduğu zaman mağazaya müştəri qismində bir nəfər şəxs daxil olub ət şöbəsinə keçib onu çağıraraq məhsulla maraqlanma görüntüsü yaratmış, onunla birlikdə olan ikinci şəxs bundna istifadə edərək kassa arxasından təxminən 300 azn dəyərində tütün məhsullarını oğurlamışdır. Hadisə nəticəsində marketə 300 manat dəyərində zərər vurulmuşdur. “Oba” marketə vurulmuş dəymiş ziyan ödənilməmiş, hal-hazırda şikayətçidir. Məhkəmə iclasında səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru, polis mayoru X5 protokolun məzmununa uyğun izahat verərək X7 İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 17 yanvar 2023-cü il tarixli protokol tərtib olunduğunu bildirmiş, qeyd edilənlərə əsasən, X7 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X7 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən tərtib edilmiş 17 yanvar 2023-ci il tarixli MN1565372 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən “Oba” marketdən 300 manat miqdarında oğurluq etmiş, 17 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X10 xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən “Oba” marketdən 100 manat miqdarında 04 qutu orbit saqqızını oğurlamışdır; xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023cü il tarixində, 13:50 dəqiqədə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyətini ağırlaşdıran hal kimi bir il ərzində eyni məzmunlu inzibati xəta törətməini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X2 Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar