Məhkəmə qərarları › İş №3(011)-1513/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1513/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1513/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, Şikayətçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati xəta haqqında 16 yanvar 2025-ci il tarixli, ******* nömrəli protokol əsasında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı X10 Departamentinin Qazın Balansı, satışı və müştəri xidmətləri şöbəsinin qaz təsərrüfatının nəzarətçisi X3 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə işəgötürən X9 tərəfindən X7 Xidmətinə hadisə baş verən gün məlumat verilmədiyi və eyni zamanda noyabr ayı üzrə iş vaxtının uçot tabelində M.Ağayevin artıq iş saatlarına cəlb edilməsi müəyyən olunduğu üçün X7 Xidmətinin Bakı şəhər İdarəsi işəgötürən X5 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 555.1 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş intizam xəta törətdiyini nəzərə alaraq İnzibati xəta haqqında 16 yanvar 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini hesab edərək inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edərək işəgötürən 1250 manat məbləğində inzibati cərimə edilmişdir. Eyni zamanda İXM-nin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. X7 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar aşağıda qeyd edilənlərə görə qanunsuz və əsassız qəbul edilmişdir. Belə ki, X6 xx.xx.2024-cü il tarixdə iş vaxtı Suraxanı rayonu Əmircan qəsəbəsi Cabir Əliyev küçəsində fərdi yaşayış evində müayinə keçirən zaman abonent Anar adlı şəxslə mübahisə etməsi nəticəsində halı pisləşmiş bununla bağlı olaraq təcili yardıma məlumat verilmiş, İkin tibbi yardımdan sonra həmin gün M.Ağayev normal əmək funksiyalarının icrasını davam etdirmişdir. Həmin gün baş vermiş hadisə barədə DİN-in “102" xidməti-zəng mərkəzi sistemi məlumat verilmişdir. Lakin bu barədə nə M.Ağayev, nə də hadisə şahidləri tərəfindən işəgötürənə heç bir məlumat verilməmişdir. Həmin hadisə barədə xx.xx.2024-cü il tarixdə Birliyin Bakı Regional Qazın Satış Departamentinin SƏTƏMM və KN-şöbəsinə hadisənin şahidləri tərəfindən məlumat verilmişdir. Departamentin SƏTƏMM və KN-şöbəsi tərəfindən dərhal X7 Xidmətin Bakı şəhər İdarəsinə və “Azəriqaz” İB-nə məlumat verilmişdir. Bununla bağlı X7 Xidmətinin Bakı şəhər İdarəsindən “Azəriqaz” İB-yə daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-17-5/2-5182/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alınması ilə nəticələnmiş hadisə ilə bağlı zərərçəkən əmək qabiliyyətini bir gündən artıq müddətə itirmədiyindən və ya tibbi rəy əsasında bir gündən artıq yüngül işə keçirilmədiyindən baş vermiş hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.6-cı bəndinə əsasən İZ formalı aktla rəsmiləşdirilmir və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınmır. Bu bir daha onu göstərir ki, bədbəxt hadisə faktı araşdırma zamanı təsdiq olunmadığına görə işəgötürən tərəfindən bədbəxt hadisə barədə X7nə məlumatın vaxtında verilməməsi əmək müqaviləsi tərəflərinin qarşılıqlı öhdəliklərini hər hansı şəkildə pozmadığı üçün hüquqi nəticə baxımından əhəmiyyət kəsb etmir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.6-cı bəndində İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkənin, yaxud hadisənin şahidlərinin dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməsi vəzifəsi nəzərdə tutulmuşdur. Bu vəzifə həmin şəxslər tərəfindən icra olunmadığı üçün işəgötürən vaxtında məlumatlandırılmamış, bu səbəbdən də bədbəxt hadisə barədə məlumat X7 Xidmətinin Bakı şəhər İdarəsinə gec verilmişdir. Doğru nəticəyə gəlməsi üçün ciddi əhəmiyyət kəsb etməsinə baxmayaraq X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən həmin hadisə barədə zərərçəkənin, yaxud hadisənin şahidlərinin işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) nə vaxt məlumat verməsi halı ümumiyyətlə araşdırılmamışdır. İlkin araşdırma nəticəsində tərtib edilmiş İnzibati xəta haqqında 16 yanvar 2025-ci il tarixli, ******* nömrəli protokolda X7 işəgötürəni əsasız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş intizam xəta törətdiyini hesab etmişdir. Həmin protokola əsasən işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixdə qeyri iş günü M.Ağayevi işə cəlb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2024-cü il qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilmişdir. Hamıya bəli olan halın Xidmətin Bakı şəhər İdarəsinə bəli olmaması bir daha onu göstərir ki, inzibati iş üzrə icraat keyfiyyətsiz aparılmışdır. Əmək müfəttişliyi müvafiq protokol əsasında qərarı qəbul edərkən işin faktiki hallarını araşdırmadan yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə məhəl qoymadan öz mülahizələrinə əsaslanaraq səhv nəticəyə gəlmişdir. Göründüyü kimi X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən heç bir ətraflı araşdırma aparılmadan əsassız olaraq Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 555.1 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş intizam xəta törətdiyini nəzərə alaraq İnzibati xəta haqqında 16 yanvar 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilmişdir. Hesab edir ki, hazırkı inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühürr əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən işəgötürən barəsində toplanmış material üzrə zəruri araşdırma aparılmaması onun inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikası İXM-nin tələbləri üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, hesab edir ki, İXM-nin 53.1.2.-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi və vəkili şikayəti müdafiə edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X7 Xidmətinin Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci və 198.1.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində 16 yanvar 2025ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X7 Xidmətinin Bakı şəhər İdarəsinin 06 fevral 2025-ci il tarixli MN 02084990 nömrəli qərarına əsasən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci və 198.1.5-ci maddələri ilə başlanmış iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə dair hissədə xitam verilmişdir. X7 Xidmətinin Bakı şəhər İdarəsinin 06 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1.250 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İş materiallarından görünür ki, şikayətçinin mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan hal “Azəriqaz” İB-nin işçisi X3 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə işəgötürən X9 tərəfindən X7 Xidmətinə hadisə baş verən gün məlumat verilməməsi olmuşdur. Lakin iş materiallarında mövcud olan X7 Xidmətinin Bakı şəhər İdarəsinin “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığı 21 yanvar 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş hadisə ilə bağlı əmək qabiliyyətini bir gündən artıq müddətə itirmədiyindən və ya tibbi rəy əsasında gündən artıq yüngül işə keçirilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 2.6-cı bəndinə əsasən onunla baş vermiş hadisə İZ formalı aktla rəsmiləşdirilmir və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınmır. Yuxarıda qeyd edilən sənədlərin məzmunundakı ziddiyyətlər tərtib edilmiş protokolun əsassızlığına dəlalət edən hal olaraq məhkəmə tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 verdiyi şikayəti təmin edilməli, barəsində X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. X7 Xidmətinin Bakı şəhər İdarəsinin 06 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar