Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1514/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Gürcüstan Respublikası, Tsalsk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ali təhsilli, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 10, mənzil 134-də qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Apellysiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4142/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs Bakı-Quba avtomobil yolunun kənarında yerləşən, sahəsi 13250 kv.m olan torpaq sahəsinin alğı-satqı məbləği olaraq 103700 manat məbləğində pul vəsaitini 2019-cu ilin noyabr ayından etibarən hər ay 5000 manatdan az olmamaq şərti ilə 2020-ci ilin iyul ayının 1-dək ödəməyi, Sumqayıt Bələdiyyəsi də həmin pul vəsaitini qeyd olunan müddətlərdə qəbul etməyi öhdələrinə götürmüşlər. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Apellysiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 4142/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs Bakı-Quba avtomobil yolunun kənarında yerləşən, sahəsi 13250 kv.m olan torpaq sahəsinin alğı-satqı məbləği olaraq 103700 manat məbləğində pul vəsaitini 2019-cu ilin noyabr ayından etibarən hər ay 5000 manatdan az olmamaq şərti ilə 2020-ci ilin iyul ayının 1-dək ödəməyi, Sumqayıt Bələdiyyəsi də həmin pul vəsaitini qeyd olunan müddətlərdə qəbul etməyi öhdələrinə götürmüşlər. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hal-hazırda 103700 manat məbləğində ödənilməmiş borcu vardır. Bu səbəbdən də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi xx xxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, Sumqayıt Apellysiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4142/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs Bakı-Quba avtomobil yolunun kənarında yerləşən, sahəsi 13250 kv.m olan torpaq sahəsinin alğı-satqı məbləği olaraq 103700 manat məbləğində pul vəsaitini 2019-cu ilin noyabr ayından etibarən hər ay 5000 manatdan az olmamaq şərti ilə 2020-ci ilin iyul ayının 1-dək ödəməyi, Sumqayıt Bələdiyyəsi də həmin pul vəsaitini qeyd olunan müddətlərdə qəbul etməyi öhdələrinə götürmüşlər. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Sumqayıt Apellysiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4142/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs Bakı-Quba avtomobil yolunun kənarında yerləşən, sahəsi 13250 kv.m olan torpaq sahəsinin alğı-satqı məbləği olaraq 103700 manat məbləğində pul vəsaitini 2019-cu ilin noyabr ayından etibarən hər ay 5000 manatdan az olmamaq şərti ilə 2020-ci ilin iyul ayının 1-dək ödəməyi, Sumqayıt Bələdiyyəsi də həmin pul vəsaitini qeyd olunan müddətlərdə qəbul etməyi öhdələrinə götürmüşlər. Ödəniş etməkdən boyun qaçırmır, pandemiya ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Borcunu 6-7 aya ödəyəcək. Məhkəmədən həbslə bağlı bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini, evli olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alaraq, onun barəsində müvafiq maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-1514/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1514/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver