Məhkəmə qərarları › İş №3(011)-1514/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1514/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1514/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş 12 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda və protokola əlavədə göstərilmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-517/2020 saylı icra sənədi üzrə Şəxs 1807 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-444/2020 saylı icra sənədi üzrə 368.55 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-593/2020 saylı icra sənədi üzrə 1142.68 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-1134/2020 saylı icra sənədi üzrə 1021.63 manat məbləğində pul vəsaitinin tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri 40 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli, 2114 saylı icra sənədi üzrə 118.29 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-761/2020 saylı icra sənədi üzrə 964 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-1852/2020 saylı icra sənədi üzrə 548 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-623/2020 saylı icra sənədi üzrə 1093.85 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Lakin borclu borcunu tam olaraq ödəməmiş və icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Borclunun hal-hazırda icra sənədləri üzrə borcu 6381 manat təşkil edir. Beləliklə, göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin seçilməsini xahi etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-517/2020 saylı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-444/2020 saylı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-593/2020 saylı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)- 1134/2020 saylı, Bakı şəhəri 40 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli, 2114 saylı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-761/2020, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-1852/2020 saylı və Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-623/2020 saylı icra sənədlərindən xəbəri olmuşdur. Belə ki, həmin icra sənədləri üzrə olan borcu hal-hazırda 6381 manat təşkil edir. İcra sənədləri üzrə olan borcunu ödəməkdən imtina etməmişdir, 2020-ci ildə çalışdığı vaxtlarda onun aylıq gəlirindən müvafiq tutulmalar aparılmışdır, lakin sonra səhhətində yaranmış problemlərlə bağlı işdən çıxmış və xeyli müddət xəstə yatmışdır. Hal-hazırda heç bir yerdə işləmədiyindən, maddi vəziyyəti ağır olduğundan, himayəsində xəstə oğlu və 2 azyaşlı nəvəsi olduğundan icra sənədləri üzrə olan borcunu tam olaraq ödəmək iqtidarında deyil, lakin yaranmış borcundan hissə-hissə ödənişlər edəcəkdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-623/2020 saylı icra sənədindən görünür ki, Şəxs 884 manat əsas, 179.45 manat cərimə, cəmi 1063.45 manat, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir; xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-623/2020 saylı icra sənədi üzrə həmin tarixdə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-1852/2020 saylı icra sənədindən görünür ki, Şəxs 399 manat əsas, 119 manat cərimə, cəmi 518 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir; xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-1852/2020 saylı icra sənədi üzrə həmin tarixdə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir; Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-761/2020 saylı icra sənədindən görünür ki, Şəxs 849 manat əsas, 85 manat cərimə, cəmi 934 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir; xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-761/2020 saylı icra sənədi üzrə həmin tarixdə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-517/2020 saylı icra sənədindən görünür ki, Şəxs 1644 manat əsas, 163 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1807 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir; xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-517/2020 saylı icra sənədi üzrə həmin tarixdə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-517/2020 saylı icra sənədində qeyd olunan tələbi icra etmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur; Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-1134/2020 saylı icra sənədindən görünür ki, Şəxs 776 manat əsas, 98.83 manat faiz, 116.40 manat cərimə və 30.4 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1021.63 manat məbləğində pul vəsaitinin tutularaq BOKT "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir; xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-1134/2020 saylı icra sənədi üzrə həmin tarixdə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir; Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-593/2020 saylı icra sənədindən görünür ki, Şəxs 968.6 manat əsas, 167.82 manat faiz, 6.26 manat cərimə olmaqla, cəmi 1142.68 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pulun tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi qət edilmişdir; xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-593/2020 saylı icra sənədi üzrə həmin tarixdə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir; Bakı şəhəri 40 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli, 2114 saylı icra sənədindən görünür ki, Şəxs cəmi 118.29 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir; xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri 40 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli, 2114 saylı icra sənədi üzrə həmin tarixdə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir; Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-444/2020 saylı icra sənədindən görünür ki, Şəxs 300 manat əsas, 47.18 manat faiz, 1.37 manat cərimə olmaqla, cəmi 348.55 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat pulun tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi qət edilmişdir; xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-444/2020 saylı icra sənədi üzrə həmin tarixdə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və tərəflərin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-517/2020 saylı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-444/2020 saylı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-593/2020 saylı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)- 1134/2020 saylı, Bakı şəhəri 40 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli, 2114 saylı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-761/2020, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-1852/2020 saylı və Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-623/2020 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı tam təmin etməmiş, icra sənədlərinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, Şəxs tərəfindən icra sənədləri üzrə olan borc məbləğləri tam olaraq ödənilmədiyindən, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-517/2020 saylı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-444/2020 saylı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-593/2020 saylı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)- 1134/2020 saylı, Bakı şəhəri 40 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli, 2114 saylı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-761/2020, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-1852/2020 saylı və Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-623/2020 saylı icra sənədləri üzrə onun halhazırda borcu 6381 manat təşkil edir. Bunlar, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar