Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1514/2025 20.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Mərkəzi Bankının 27 iyun 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3587,40 ABŞ dolları məbləğində inzibati cərimə tətbiq edilməsinə dair 27 iyun 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 27 İYUN 2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ilə barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilərək inzibati xətanın obyekti olmuş 35874 ABŞ dolları məbləğində pul vəsaitinin 10 faiz miqdarinda yəni 3587,40 (üç min beş yüz səksən yeddi dollar qırx sent) ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İlkin olaraq bildirmişdir ki, fiziki şəxs olaraq fərdi sahibkar qismində Vergidə qeydiyyatda olsa da onun adından bağlanmış bütün müqavilələr müqavilə əsasında xarici şirkətlərlə edilmiş köçürmələr həyat yoldaşı X7 tərəfindən icra edilmişdir. Adına qeydiyyata alınmış ***-***-**- ** saylı Asan İmza və fərdi sahibkar olaraq adına qeydiyyatdan keçmiş möhür hər zaman həyat yoldaşı Qarayev Rafiqdə olmuş və bütün müqavilələr müqavilə üzrə razılaşmalar onun tərəfindən bağlanmış müqavilə üzrə ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Hazırda həyat yoldaşı X7 barəsində Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.4 maddəsi ilə cinayət işinin istintaqı aparılır və X7 həmin maddə ilə təsdiqləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin müvafiq qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həyat yoldaşı həbs olunduqdan sonra bir neçə dəfə rəsmi qaydada müraciət edərək müqavilə şərtlərinin icra edilməsini tələb etsə də həmin şirkət öhdəliyinin icrasından yayınaraq müqavilə predmetini təşkil edən elektrik avadanlıqlarını göndərməmişdir. Son dəfə 2024 cü il mart ayında rəsmi qaydada poçt vasitəsilə satıcıya müraciət edərək müqavilə şərtlərini icra etmələrini və ya ödənilən 35874 ABŞ dolları pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Yalnız şirkətin şifahi bildirdiyi məlumata əsasən sifariş edilən məhsulların istehsalı müvəqqəti olaraq dayandırıldığı üçün müqavilə şərtlərini icra edə bilməmişlər. Həmçinin müqavilənin 14.1 maddəsinin tələbinə əsasən müqavilə üzrə son icra müddəti 31 dekabr 2025 ci il tarixi olduğuna görə həmin tarixə qədər elektrik avadanlığlarını göndərəcəklərini bildiriblər. İnzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilmədiyi üçün eləcə də hüquq və vəzifələri izah olunmadığı üçün bütün bu təsdiq edən sübutları inzibati orqan olan Mərkəzi Banka təqdim edə bilməmişdir. İnzibati orqan isə inzibati xəta haqqında iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qanunsuz qərar çıxarmışdır. X8 tərəfindən cərimə olunduğu 3587,40 ABŞ dolları məbləğində pul vəsaitini ödəmək qabiliyyətində deyildir. Çünki ailədə yoldaşı yeganə qazanc gətirən şəxs olmuşdur. Özü heç yerdə işləmir. Himayəsində iki azyaşlı uşağı var və çox çətinliklə dolanırlar. İnzibati orqan tərəfindən yazılmış protokol düzgün tərtib edilməmiş həmçinin təqsirinin olub olmadığı araşdırılmamışdır. Odur ki, məhkəmədən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 3587,40 ABŞ dolları məbləğində inzibati cərimə tədbiq edilməsinə dair 27 İYUN 2024-cü il tarixli ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, fiziki şəxs olaraq fərdi sahibkar qismində Vergidə qeydiyyatda olsa da onun adınnan bağlanmış bütün müqavilələr, müqavilə əsasında xarici şirkətlərlə edilmiş köçürmələr həyat yoldaşı X7 tərəfindən icra edilmişdir. Hal-hazırda həyat yoldaşı X4 barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət işi başlanmış və barəsində müəyyən müddətə həbs qətimkan tədbiri də seçilmişdir. Həmin iş üzrə o, sırf xaricə əri tərəfindən onun adından göndərilmiş pul məbləğləri ilə bağlı zərərçəkmiş şəxs qismində tanınmışdır. İnzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilmədiyi üçün eləcə də hüquq və vəzifələri izah olunmadığı üçün sübutlarını inzibati orqan olan Mərkəzi Banka təqdim edə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X5 tərəfindən tərtib olunmuş 13 iyun 2024cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 35874.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürməsi və 02 il müddət keçsə də, 35874.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X3 tərəfindən tərtib olunmuş 27 iyun 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 35874.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürməsi və 02 il müddət keçsə də, 35874.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş 35874.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 faizi miqdarında, yəni 3587,40 ABŞ Dolları məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X7 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-176/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 barəsində istintaq müddətinin sonunadək, yəni 25 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 13 iyun 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 27 iyun 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X1 35874.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürməsi və 02 il müddət keçsə də, 35874.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş 35874.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 faizi miqdarında, yəni 3587,40 ABŞ Dolları məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında verdiyi izahatında X2 bildirmişdir ki, fiziki şəxs olaraq fərdi sahibkar qismində Vergidə qeydiyyatda olsa da onun adınnan bağlanmış bütün müqavilələr, müqavilə əsasında xarici şirkətlərlə edilmiş köçürmələr həyat yoldaşı X7 tərəfindən icra edilmişdir. Hal-hazırda həyat yoldaşı X4 barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət işi başlanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin iş üzrə o, özü zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilmədiyi üçün eləcə də hüquq və vəzifələri izah olunmadığı üçün sübutlarını inzibati orqan olan Mərkəzi Banka təqdim edə bilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan şikayət əsaslıdır. Şikayət ərizəsinə əlavə olunmuş sənədlərdən məlum olduğu kimi 25 yanvar 2024-cü il tarixdə Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, 26 fevral 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə X7 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham elan edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-176/2024 saylı, xx.xx.2024cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin səlahiyyətli orqan tərəfindən barəsində inzibati iş üzrə icraat aparılan X1 inzibati icraat zamanı iştirakı təmin edilmədən, izahatı alınmadan və xaricə pul köçürmə əməliyyatlarının onun və ya həyat yoldaşı, hal-hazırda barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi olan X7 tərəfindən həyata keçirilməsi müəyyən edilmədən barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində 13 iyun 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 27 iyun 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 13 iyun 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 27 iyun 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 13 iyun 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 27 iyun 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1514/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1514/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver