Məhkəmə qərarları › İş №3(011)-1517/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1517/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1517/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, Zərərçəkmiş şəxs "xxxx"MMC-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə rəisi, polis kapitanı Tural Həbibullayevin iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixində ünvan 3 ünvanında yerləşən “Bravo” marketdən bir neçə çay qutusunu oğurlayaraq ümumilikdə mağazaya 300 manat pulu talamışdır. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Tural Həbibullayev tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 29 aprel 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosu çıxışında yerləşən “Bravo” marketə getmiş və müxtəlif növ təmizlik məhsullarını və qida məhsullarını oğurlamışdır. Törətdiyi əməldən səmimi peşmandır və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, xx.xx.2024cü il tarixdə saat 17:30 radələrində müdir müavini olduğu Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosu çıxışında yerləşən “Bravo” marketdə bir nəfər şəxs tərəfindən müxtəlif növ təmizlik məhsullarını və qida məhsullarının oğurlanmasını aşkar etmiş və dərhal bu barədə 34-cü Polis Şöbəsinə məlumat vermişdir. Vurulmuş ziyan ödənilmədiyindən Şəxs ilə barışmamış, şikayətçidir. Məhkəmə iclasında səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin 34-cı PŞ-nin sahə inspektoru, polis kapitanı Tural Həbibullayev protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 29 aprel 2024-cü il tarixli protokol tərtib olunduğunu bildirmiş, qeyd edilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; Protokoldan görünür ki, Şəxs 28 aprel 2024-cü il tarix saat 20:10-da inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru Rauf Ağayev tərəfindən tərtib edilmiş 29 aprel 2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində ünvan 3 ünvanında yerləşən “Bravo” marketdən müxtəlif növ təmizlik məhsullarını və qida məhsullarını oğurlayaraq ümumilikdə mağazaya 300 manat pulu talamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmanlığını, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 28 aprel 2024-cü il tarix saat 20:10-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar