Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-152/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Abşeron RPİ DYPŞ-nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP4684795 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Abşeron RPİ DYPŞ-nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP4684795 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Abşeron PPİ-nin TS-in tahqiqatçisi polis kapitanı X1 Emil Raif oğlunun müraciət əsasında toplanmış HK-1/275 material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edib barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün həmin qərarın sürətini Abşeron RPİ-nin DYPŞ-nə göndərmiş və o, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 60 manat inzibati cərimə tənbeh növü tətbiq edilərək bu barədə xx.xx.2021-ci il tarixli TP ******* nörməli inzibati tənbeh verma haqqında qərar qəbul edilmişdir. Qərar xx.xx.2022-ci il tarixdə ona təqdim edilmişdir. Təhqiqatçı material üzrə formal araşdırma aparmaqla və izahatınıı təhrif etməklə yanaşı yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri olmadığı halda heç bir əsas olmadan ona aid hissədə əsassız qərar qəbul etmişdir. Belə materialdan göründüyü kimi yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb onun idarə etdiyi avtomobil deyil, digər VAZ 2104 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Belə həmin avtomobil Mehdiabad qəsəbəsindən Novxanı istiqamətində hərəkətdə olarkən sol qabaq təkəri yerindən çıxmış və təkər normal sürətlə idarə etdiyi Mitsubishi Pajero markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında çıxaraq dövrə vurmuş, daha sonra isə maşının altına girmişdir. Bundan sonra o, idarəetməni itirərək əks hərəkət zolağına çıxıb həmin zolaqda yüksək sürətlə hərəkət edən X16 markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol yan hissəsindən çırpıldı və Toyata avtomobili sürüşürək yol kənarındakı dərəyə düşdü. Təqsirli bilindiyi İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır" yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərla yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın mənasından göründüyü kimi inzibati məsuliyyətə səbəb olan bu hallar yol hərəkət iştirakçısının bilərəkdən qanun pozuntusuna yol verdiyi hallara şamil edilir. Mən də isə bu hal yoxdur. Yəni yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb X7r. Çünki onun nəqliyyat vasitələrinin istismarı qaydalarının pozması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Lakin buna baxmayaraq təhqiqatçi hər ikisi təqsirili bilərək barəmdə əsassız və qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən hesab edirəm ki, formal araşdırma aparmaqla baromda qəbul etdiyi qərar asaslı və qanuni ola bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış qərarından şikayət verilmiş orqan məhkəmə iclaslarına gəlməmiş, iş materialları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə şikayət vermiş şəxsin fikrini dinləyərək hesab edir ki, məhkəmə iclası barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan keçirilə bilər. Məhkəmə iclasında X10 şikyətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, onun qeyd edilən yol-nəqliyyat hadisəsində heç bir təqsiri yoxdur. Belə ki, o, Mehdiabad yolu ilə hərəkət edən zaman onun qarşısı ilə hərəkətdə olan VAZ2104 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkəri çıxaraq dövrə vurmuş, onun idarə etdiyi Mitsubishi Pajero markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin altına girmiş, ondan asılı olmayaraq qeyri-ixtiyari şəkildə idarəetməni itirmiş, əks istiqamətli yola çıxaraq, X16 markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol yan hissəsindən çırpılmışdır. Onun heç bir təqsiri yoxdur. Hesab edir ki, Abşeron RPİ DYPŞ-nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP4684795 nömrəli qərar ləğv olunmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X10 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, TP4684795 nömrəli inzibati tənbeh vermək haqqında qərara əsasən X10 xx.xx.2021-ci il tarixdə, saat 11:00-da Novxanı-Mehdiabad yolunda Mitsubishi Pajero markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozulması nəticəsində X10 tərəfindən, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur; 12 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vət. X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, vǝt. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİnin DYPŞ-nə göndərilməsi, vǝt. X6 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi, vət. X8, məlum yol-nəqliyyat hadisəsi zamanı avtomobilinin zədələnməsi ilə bağlı ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar tələbi olacağı təqdirdə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə -altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin: İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İİ hissəsinə əsasən yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəkildə dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sol qol sağa dönmə siqnalına uyğundur. Yuxarı qaldırılmış sol və ya sağ qol tormozlama siqnalına uyğundur. İİİ hissəsinə əsasən dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir.; Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Abşeron RPİ DYPŞ-nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP4684795 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini barədə X3 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Bakı şəhər Baş Polis İdarəsinin X17 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP4684795 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X3 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-152/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-152/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver