Məhkəmə qərarları › İş №3(011)-1524/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1524/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1524/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Hüseyn Cavid Vaqif oğlu, X3 və X1 MN ******* və İXP3203877 saylı protokolun əsaslı yazılması barədə Xətai Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 101-4988K-4221 saylı iş nömrəli qərarının, xx.xx.2021-ci il tarixli 101-7929-1221 saylı iş nömrəli qərarın, xx.xx.2021-ci il tarixli 044- 8708H-4221 saylı iş nömrəli qərarın və 2 ədəd 100 manat cərimənin silinməsi barədə şikayətini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X6 və X4 MN ******* və İXP3203877 saylı protokolun əsaslı yazılması barədə Xətai Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 101-4988K-4221 saylı iş nömrəli qərarının, xx.xx.2021-ci il tarixli 101-7929-1221 saylı iş nömrəli qərarın, xx.xx.2021-ci il tarixli 044- 8708H-4221 saylı iş nömrəli qərarın və 2 ədəd 100 manat cərimənin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad çıxarılır; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətdən və ona əlavə edilmiş sənədlərdən X3 və X1 barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsi müəyyən edilməməklə qərarların surəti şikayətə əlavə edilməmişdir. Şikayətçilərin barəsində inzibati tənbeh vermə haqqında qərar mövcud olsa belə İnzibati Xətalar Məcəlləsi bir neçə şəxsin ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlardan birlikdə şikayət verməsini nəzərdə tutmamışdır. Həmçinin, şikayətdə Xətai Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 101-4988K- 4221 saylı iş nömrəli qərarının, xx.xx.2021-ci il tarixli 101-7929-1221 saylı iş nömrəli qərarının, xx.xx.2021-ci il tarixli 044-8708H-4221 saylı iş nömrəli qərarının silnməsi xahiş edilmiş, müəyyən edilmişdir ki, həmin nömrəli və tarixli sənədlər Xətai Rayon Polis İdarəsinin şikayətçilərə cavab məktubu olmaqla inzibati tənbeh vermə haqqında qərarlar deyildir. Şikayətçilərə cavab məktubu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan sənədlər siyahısına aid olmamaqla həmin sənəddən şikayət verilməsi proseduru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən şikayət icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçilərə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxslərə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarına uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114, 115, 128 və 132ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 və X1 MN ******* və İXP3203877 saylı protokolun əsaslı yazılması barədə Xətai Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 101-4988K-4221 saylı iş nömrəli qərarının, xx.xx.2021-ci il tarixli 101-7929-1221 saylı iş nömrəli qərarının, xx.xx.2021-ci il tarixli 044- 8708H-4221 saylı iş nömrəli qərarının və 2 ədəd 100 manat cərimənin silinməsi barədə şikayəti və ona əlavə olunmuş sənədlər X5 və X2 geri qaytarılsın. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar