Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1529/2024 13.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından T330AC05/AM011605 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olan və xx.xx.2023-cü il tarixli 12290130/621 invoys sənədi ilə bəyan olunan “şlak pambıq mineral silikat pambıq təbəqələr və ya rulonlar” adlı yükə dair təqdim edilmiş **********1735 nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş yükə dair müşayiət sənədlərində idxalatçının adı düzgün qeyd edilməmiş, **********4902 sorğu nömrəli qısa idxal bəyannaməsində idxalatçının adı nəqliyyat qaiməsindəki idxalatçı ilə eynilik təşkil etmədiyi üçün **********31735 nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasında qısa idxal bəyannaməsi qeydə alınmamış və həmçinin **********05450 saylı malın qeyd kodunda idxalatçının adı "xxxx" MMC olaraq qeyd edilmişdir. Buna görə də Şəxs MMC barəsində 02 fevral 2024-cü il tarixli 00100-00302/24 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, mal müşayiət sənədlərində aşkar edilmiş uyğunsuzluğun yaranmasına səbəb göndərən şirkətin texniki səhvə yol verməsinə görə idxalatçı şirkətin adının səhvən "xxxx" MMC qeyd etməsi olmuşdur. Bu səbəbdən nəqliyyat vasitəsi sərhədi keçərkən gömrük orqanına nəqliyyat qaiməsi təqdim edilərkən mala dair qeydiyyat kodu həmin qaimə əsasında verilmiş və orada da idxalatçı şirkətin adı "xxxx" MMC olaraq qeyd edilmişdir. Nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olduqdan sonra sürücünün sərhədi keçməsi barədə verdiyi məlumatına əsasən sistemi yoxladıqda MMC-nin adına hər hansı malın idxal edilmədiyi müəyyən edilmiş, bundan sonra məsələ araşdırıldıqda nəqliyyat qaiməsində idxalatçı şirkətin adının səhvən "xxxx" MMC olduğu müəyyən edilmişdir. Bundan sonra göndərən şirkətlə əlaqə saxladıqda onlar yanlışlığa yol verdiklərini bildirmiş və bu barədə Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə məktub yazmışdırlar. İdxal edilmiş mallara dair sənədlər əvvəlcədən elektron formada onlara göndərilmiş, onlar da bunun əsasında qısa idxal bəyannaməsini tərtib etmişdirlər. Lakin bu zaman sənədlərdə olan uyğunsuzluq diqqəti çəkməmiş və olduğu kimi bəyannaməyə qoşma etmişdirlər. T330AC05/AM011605 nömrəli nəqliyyat vasitəsində idxal edilmiş mallar "xxxx" MMC tərəfindən 14 fevral 2023-cü il tarixli, 86329/23 nömrəli müqaviləyə əsasən sifariş verilmişdir. Lakin müqavilədə ümumilikdə inşaat mallarının alınması barədə razılıq əldə olunmuş, mallara dair ödənişlər invoys sənədinə əsasən qabaqcadan ödənilmişdir. Şəxs MMC ilə "xxxx" MMC arasında heç bir əlaqə mövcud deyil, idxal edilmiş malların "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur. Onlar özləri də bunu məktub yazaraq təsdiq etmişdirlər. Bu xüsusatları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan **********1735 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, bəyannamə Şəxs MMC adına bəyan edilsə də, nömrəsiz xx.xx.2023-cü il tarixli nəqliyyat qaiməsində idxalatçı "xxxx" MMC adına qeyd edilmişdir. İş materiallarında olan **********4902 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, bəyannamədə idxalatçının adı nəqliyyat qaiməsindəki idxalatçı ilə eynilik təşkil etmədiyi üçün **********1735 nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasında qısa idxal bəyannaməsi qeydə alınmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi G/X Polkovnik cənab Elmir Ramazanova ünvanlanmış məktubdan görünür ki, T330AC05/AM011605 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, invoys № 12290130/621-xx.xx.2023-cü ildə Azərbaycana daxil olan mal, Rusiyanın “Texnonikol” şirkəti tərəfindən göndərilən sənətdə CMR-in 2-ci qrafasında malı qəbul edən təmsilçi "xxxx" MMC şirkəti yanlış olaraq qeyd olunmuşdur. **********4902 sorğu nömrəli qısa idxal bəyannaməsi Şəxs şirkətinə aiddir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1529/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1529/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver