Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1540/2021 23.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş İXP № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 00:10 radələrində «X8 minik» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Lakin məhkəmə baxışının nəticəsində Şəxs həmin inzibati xətanın törədilməsində təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmır. Belə ki, xx.xx.2021-ci il tarixində restoranda olmuş və spirtli içki qəbul etmişdir. Lakin restorandan çıxdıqdan sonra «X8 minik» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili onun yanında olan X5 idarə etmişdir, restorandan çıxdıqdan sonra, çörək almaq üçün avtomobildən düşmüş, geri qayıdıb avtomobilə mindikdə, onlara polis əməkdaşları yaxınlaşaraq onun sərxoş halda avtomobil idarə etdiyini bildirərək, Rzayeva Elnarə ilə yerlərini dəyişdiklərini demişlər. Polis əməkdaşlarına belə halın olmadığını, avtomobili Rzayeva Elnarə idarə etdiyini desə də, polislər ona məhəl qoymamışlar. Məhkəmə iclasında şahid kimi izahat vermiş X5 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 00:10 radələrində «X8 minik» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən idarə olunmuşdur. Belə ki, həmin tarixdə tanışı Şəxs ilə restorana getmişlər və sonuncu spirtli içki qəbul etdiyi üçün nəqliyyat vasitəsini idarə etməmişdir. Şəxs yolda çörək almaq üçün marketə girmiş, geri qayıtdıqdan sonra polis əməkdaşı ona yaxınlaşaraq Şəxsla yerlərini dəyişdiyini, bu səbəbdəndə barəsində protokol tərtib olunacağını bildirmişdir. Beləliklə hesab edir ki, polis əməkdaşı tərəfindən tərtib olunmuş protokol əsassızdır, çünki Şəxs həmin tarixdə məhz sərxoş olduğu üçün nəqliyyat vasitəsini idarə etməmişdir. Protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi və şahidin çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 333.1-ci maddəsi ilə məhkəməyə göndərilmiş materiallarda Şəxs həmin inzibati xətanın törədilməsini təsdiq edən sübutlar kimi: inzibati xəta haqqında yuxarıda qeyd edilən protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2021-ci il tarixli, 2/5932 saylı akt olmuşdur. Şəxs məhkəməyə verdiyi izahatından, məhkəmə iclasında dindirilmiş şahidin izahatından da görünür ki, o spirti içki içməsinini etiraf etsə də, avtomobili idarə etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə göndərilmiş həmin sübutlarla şəxsin qeyd edilən inzibati xətanı törətməsi qanunla müəyyən edilmiş, yəni hazırkı halda İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, hər bir sərxoşluq vəziyyəti İXM-in 333.1-ci maddəsinin tərkibini yaratmır. Həmin maddədəki inzibati xəta tərkibi yalnız o vaxt yaranır ki, sərxoş şəxs avtomobili idarə etsin. Çünki İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə avtomobilin kim tərəfindən idarə edilməsi tərəflər arasında mübahisələndirilir. Yəni Şəxs spirtli içki içməsini mübahisələndirmir, lakin avtomobili idarə etmədiyini bildirir. Buna görə də avtomobilin onun tərəfindən idarə edilməsi məsələsi qanunla nəzərdə tutulmuş qaydada protokolu tərtib etmiş orqan tərəfindən sübut edilməlidir. Lakin hazırkı iş üzrə bu halın mövcudluğunu təsdiq edən, qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübut yoxdur, əksinə şahid X1 Elməddinin avtomobili idarə etmədiyini bildirir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə qanunla tələb edildiyindən, lakin buna əməl edilmədən, yəni şəxsin avtomobili idarə etməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetirilməmişdir. Ona görə də şəxs təqsirsiz hesab edilməli və inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Məmmədov X2 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1540/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1540/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver